Sıfır bədən olmağın zərərləri

Çox arıqlayıb, incə olmaq üçün saxlanılan pəhrizlərdə ilk səhv çörək və çörək qrupu qidalara yer verməməkdir. 

Diqqət
Bədənin ehtiyacı olan şəkər miqdarı azaldığında beynin işləmə keyfiyyəti azalır.

Diqqət və əzbərləmə bacarığında zəifləmə yaşanır. 

İmmunitet sistemi
Az və gec-gec qidalanmaq immunitet sistemini zədələyir.

Ağ qan hüceyrələrində azalma bədəni infeksiya və xərçəngə qarşı həssas hala gətirir.

Hamilə qala bilməmək
Qadınlarda bədənin yağ nisbəti hormonlarla əlaqəlidir.

Bədənin yağ nisbəti 12 faiz olanda aybaşı gecikir və qadının gənc yaşda hamilə qalması problem olur.

Erkən menopauza
Sıfır bədən olan qadınların 30%-də sonsuzluq və erkən menopauza problemləri ortaya çıxır.

Yüksək xolesterol
Gün ərzində az kalorili qidalanmaq yüksək xolesterola yol açır.

Hormonal nizam
Arıqlamaq tiroid hormon üzərində mənfi təsir edir. Nəticədə hipertiroid problemləri ortaya çıxır.

Sümük əriməsi
Gənc qızların arzusu olan zəif olmaq sümük əriməsinə səbəb olur.

15 yaşındakı 4 min gəncin sümük yoğunluğu  və şəkli yağ kütləsinə bağlı olduğu bilinib.

Sümüklərin yaranmasında yağ nisbətinin vacib olduğunu deyən mütəxəssislər yağ nisbəti yüksək olanların sümüyünün daha sağlam olduğunu deyir.

İnfarkt
Az enerji qəbulu və bilmədən edilən pəhrizlər əzələ itkisinə səbəb olaraq ürək ritmində pozulma və infarkta kimi apara bilər.  

 

0 şərh