Postun müvafiq bloqa yerləşdirilməsi

Saytda məqalə yerləşdirməyə başladığım ilk vaxtlar qarşılaşdığım çətinliklər az olmayıb, bəzilərini soruşub öyrənmişəm, bəzilərini də səhv edə-edə. Zaman-zaman istifadəçilər tərəfindən verilən suallardan məşhuru — «topiki müvafiq bloqa necə yerləşdirim?» sualıdı. Şəxsi mesajda aydınlaşdırmaq halları da yaxşıdı, amma məsələni birdəfəlik həll etmək üçün topik hazılamaq qərarına gəldim.

Saytda sizin maraq dairənizə uyğun məqalələr yerləşdirmək istəyirsinizsə, ilk görəcəyiniz iş lazımi bloqlara üzv olmaqdı. Bunun üçün "Bloqlar" bölməsinə daxil olmaq lazımdır:


Daxil olduğunuz bölmədə tibbi bloqlardan tutmuş evdarlıq, kulinariya, marketinq, musiqi… — demək olar hər kəsin maraq dairəsinə uyğun zəngin bölmələr var.
Bloqa üzv olmaq üçün etməli olduğunuz, sadəcə, gördüyünüz + işarəsinə klikləyib   onu rəngləndirməkdir. 
 

Bu mərhələdən sonra «yazmaq» bölməsinə daxil olub məqaləni müvafiq bloqa əlavə etmək olar.
 

4 şərh

acqarik
Təşəkkürlər.
Ferbara
Yaxşı iş görmüsən. :)
name
Ağıllı fikirdi.:) Gərək topikini yerləşdirməyə bloq tapa bilməyən adamın ağlına gəlsin bunu necə edəcəyini kayzen`dən soruşmaq.:)