İynələrdən sonra qalmış şişləri necə yox edək?

Bəzən iynə vurulan yerlərdə (əsasən bu sağrı nahiyəsi olur) şişlər, bərkimiş sahələr əmələ gəlir. Bu şişlər insanlara ağrı və narahatçılıq verir. Belə şişlər iltihablaşa və irinləyə bilər ki, nəticədə bu problemi yalnız cərrah həll edə bilər.

Bu vəziyyətə çatdırmamaq üçün ilk növbədə inyeksiyanın vurulması yalnız mütəxəssis tərəfindən həyata keçirilməlidir. İnyeksiyanın texnikasına dəqiqliklə riayət etmək, uzun iynəsi olan şprislərdən istifadə etmək bu problemin qarşısını alır. İnyeksiya zamanı pasiyent əzələni boş saxlamalıdır — bu şişlərin əmələ gəlməsinin profilaktik tədbirlərindən biridir.

İynələrdən sonra qalan şişlərlə mübarizə aparmaq üçün heparin, troksevazin, trokserutin kimi məlhəmlərdən istifadə etməyi tövsiyə edilir. Bu məlhəmlər iltihabəleyhinə təsir edir, yerli qan dövranını yaxşılaşdırır, şişin sovrulmasına komək edir.

Maqnezium sulfatı da bu problem zamanı kömək edir. Maqnezium sulfatı məhlulunda (apteklərdə satılır) steril bint isladılır və şişin üzərinə kompres şəklində qoyulur. El arasında bu problemi həll etmək üçün müxtəlif xalq təbabəti vasitələrindən də istifadə olunur.

Bu vasitələr arasında:
— Massaj (əzələ lifləri boyu aparılamlıdır, əks halada vəziyyət daha da pisləşə bilər)
— Yod setkası.
— Balla aplikasiyalar.
— Aloe şirəsi ilə kompreslər.
— Kələm yarpağı.
— Sellofan.

Bu vasitələr də müəyyən kömək edə bilər. Vasitələri birləşdirmək də olar — məsələn, yod setkası + sellofan və ya massaj + balla aplikasiya + sellofan (bal pambıq parçaya çəkilir, üzərinə sellofan qoyulur, plastırla bərkidilir).

Nəzərə almaq lazımdır ki, şişlərin müalicəsi uzun çəkə bilər. Buna hazır olmaq lazımdırı. Şişin yerində qızartı, ağrı əmələ gəlib, yerli hərarət qalxıbsa, vaxt itirmədən cərraha müraciət edin. Bu absesin (irinlik) inkişafına işarə edir.

saglamolun.az 

0 şərh