Ac qarına qəhvə içmək olmaz

Əksəriyyət günə enerjili başlamaq üçün qəhvə içməyin yaxşı fikir olduğuna inanır. Lakin oyanan kimi, xüsusilə də ac qarına qəhvə içmək düzgün deyil.

Mədədə olan hidroxlorid turşunun səviyyəsi normal miqdarda olanda vücudumuz qidaları asan həzm edə bilir. Mədə boş olan vaxt həmin turşu fəaliyyətdə olduğuna görə, bu, qarın ağrılarına səbəb olur.

Ac qarına qəhvə içəndə isə vücud daha çox turşu ifraz etdiyi üçün problem artmağa başlayır. Eyni zamanda səhər ac qarına günə başlayanda beyin serotoninin düzgün işləmə qabiliyyəti azalır və belə hal depressiyaya səbəb ola bilir.

Boş mədəyə qəhvə içmək adrenalin səviyyəsini artırır və bu da gərgin, əsəbi, halsız hiss etməyinizlə nəticələnir. Qəhvə günün müəyyən vaxtlarında iştahı azaltmaq üçün yaxşı yol olsa da, günün erkən saatlarında belə deyil. Bədənin səhər yeməyinə ehtiyacı var. Qidalanmadan qəhvə qəbul etmək artıq çəki ilə nəticələnə bilər.

Araşdırmaçılar qəhvə içmək üçün ideal zamanın səhər 10:00 və günorta olduğunu qeyd edirlər. Lakin ondan öncə qidalanma önəmlidir.

0 şərh