İnsanlıq Dərsi
Çanaqqala döyüşlərində döyüşüb, bir qolu ilə bir ayağını itirən Fransız Generalı Bridges, evinə qayıtdıqdan sonra izah etdiyi bir döyüş xatirəsində belə deyir:
«Fransızlar, Türklər kimi mərd bir millətlə döyüşdüləri üçün daim fəxr etməlidir. Hələ də xatirimdədir. Müharibə ərazisində döyüş bitmişdi. Yaralı və ölülərin arasında gəzirdik, Türk və Fransız əsgərləri süngü süngüyə gəlib ağır itki vermişdilər. Bu vaxt gördüyüm bir hadisəni ömrüm boyu unuda bilmərəm.
»Yerdə bir fransız əsgəri uzanıb, bir türk əsgəri öz köynəyini cırıb onun yarasını sarıyır, qanını təmizləyirdi. Tərcüməçi vasitəsi ilə belə bir dialoq oldu:
— Nə üçün öldürmək istədiyin əsgərə kömək edirsən? Taqətsiz halda olan türk əsgəri bu cavabı verir:
«Bu Fransız yaralanınca cibindən yaşlı bir qadın rəsmi çıxardı. Nəsə dedi, anlamadım ama hər halda anası idi. Mənim isə heç kimim yoxdu. İstədim ki, o xilas olsun, anasının yanına dönsün». Bu alicənab hiss qarşısında hönkür-hönkür ağlamağa başladım. Bu vaxt zabitimin biri türk əsgərinin yaxasını açdı.O anda gördüyüm mənzərədən yanaqlarımdan süzülən yaşların donduğunu hiss elədim. Çünkü, Türk əsgərinin sinəsində bizim əsgərinkindən də çox ağır bir süngü yarası vardı və bu yaraya od basmışdı. Az sonra ikisi də öldü...

Fransız Generalı Bridges
Çanaqqala döyüşlərində komandir olub.

Dünya bir tamaşadır

Şərhlər (4)
RSS qısalt / böyüt