Su - Həyatdır!

Su həyatdır.. Su haqda bildiklərimizi və bilmədiklərimizi nəzərdən keçirəkmi ? Elə isə.....
- Bədənimizin  60% -i Sudur 
- Beynimizin 70% -i Sudur  
- Qanımıızın 80% -i Sudur 
- Heç bir şey yeməsək təxminən 1 ay yaşaya bilərik, Amma bədənimiz susuzluğa 1 həftə belə dözə bilməz.

Milyard illər öncə Dünyada var olan su, bu gün hələ də var. Planetimizin böyük hissəsini su ilə örtülüdü, ancaq 3%-i təmiz və içilə bilər.
Bu an üçün qeyd etdiyimiz 3%-lik təmiz suyun cəmi  1%-ni istifadə edə bilirik. Daha dəqiq desək, yer üzündəki bütün suyun  0.007% -indən az bir qisminı  içə bilirik.
su həyat mənbəyidir
- Evimizə gələn təmiz suyun 1/4 -i tualet sifonu üçün istifadə edilir. 

- Bir dəfə sifon çəkməklə 10 litr suyu kanalizasiya idarəsinə "Pay" veririk.

- Paltaryuyan maşında bir dəfə paltar yumaqla, 37 litr çirklənir.

- 10 dəqiqəlik bir duş qəbulu 132 litr su bahasına başa gəlir. 

Yaxın gələcəkdə böyük bir su qıtlığı bizi gözləyir. Su qaynaqları təhlükədədi. XXI əsrdə öncəki əsrə nisbətən dünya əhalisinin sayının 3 dəfəyədək artıb. Su istifadəsi isə 6 qat artıb. Bu əsrin ortasında dünya əhalisinin sayı 10 milyardı üstələyəcək. Bir çox körpə su qıtlığından əziyyət çəkən ölkələrdə dünyaya gözlərini açacaq.

Dünyada milyonlarla insan gündə 10 litrdən də az su ilə yaşamaq məcburiyyətindədi.

- Hər 5 insandan biri etibarlı və təmiz içməli sudan məhrumdu. 

- BMT-nin hesabatına görə, hər 15 saniyədə bir uşaq, susuzluğun səbəb olduğu xəstəliklərdən dolayı həyatını itirir.  

Statistikaya görə BENZİNSİZ qalmadan əvvəl SUSUZ qalacağıq.
 

6 şərh

lili95
su heyat menbeyidir.gerek heyatimizin qedrini bileek.gelecekde aysberqlerin istifadesi nezerde tutulur.yeqin simal ve cenub qutblerindde SES ler tikilecek.maraqli olar.
girl_moon
Ceyranbatan su anbarının donduğu vaxtda bu nə xəbərdi belə)))
MaksiMuS
Demeli indi ceyranlar rahatliqla orda suruwe bilerler;)
umud600
Çox aktual mövzuya toxundun. Azərbaycanda içməli su hara gəldi axıdılır. Başqa dövlətlərdə, məsələn, Çində tualet sifonu üçün texniki sudan istifadə edilir. İçməli su üçün də ayrıca krant var.
MaksiMuS
Ümid qardaw,bu çinliler var haa,hansi ki texniki su deyirsenee, bax ondan duwes de düzelderler;);) Azerbaycandida qaqa, hemin koordinat,hemin movzu;)
soni_memmedzade
çoxluca güldüm.axı bura Azərbaycandır..bir fakt da deyim yəqin çoxları bilir.yeganə sudur ki,ZƏMZƏM suyu qiyamətə qədər qalsa belə xarab olan deyil.6 ildir qalıb nə dadı dəyişir,nə qoxusu gəlir.çox sağ ol.