Qurd Bacılar

Hindistanın Maharaştra Əyalətinin Pune şəhəri yaxınlarında kiçik bir kənddə yaşayan 3 bacı «Qurd adam sindromu» səbəbindən çölə çıxa bilmirlər.
Üzləri və bədənləri tüklərlə örtülü olan «qurd bacılar» Savita (23 yaş), Monişa (18 yaş) və Savitri Sanqli (16 yaş) çölə çıxanda yoldaşları tərəfindən ələ salındığını deyirlər. Tüklərdən xüsusi bir kremlə müvəqqəti olaraq xilas olan 3 bacının ən böyük istəyi isə lazer müalicəsi ilə tüklərdən xilas olmaqdır.

Qurd bacılar «Pulumuz olmadığı üçün müalicə ala bilmirik. Xahiş edirik imkanlı şəxslər bizə kömək əli uzatsın» deyir. Gənc qızlar tüklərindən xilas olduqdan sonra evlənmək istəyir.

P.S Allah köməkləri olsun.Amin

7 şərh

kocharli
Allah köməkləri olsun.
Rene
Saqqalı çıxan qadınlar görmüşdüm, amma bu cürünü görməmişdim, «qurd adam sindromu» haqqında ilk dəfədi eşidirəm. Allah qorusun… Allah onların da köməkləri olsun… (( Bəs deyirlər, lazer epilyasından sonra tüklər harda olsa çıxır, məs, daxili orqanlarda. Bilmirəm bu nə dərəcədə həqqətə uyğundur, amma belə eşitmişəm.
Munise
Bunlarıda alah yaradıb onların xəstəliklərinə müalicə varmı görəsiniz
Elana
Allah köməkləri olsun Amin İnşallah