Azadlıq Heykəli

İlk dəfə Fransız heykəltaraşı olan Frederik Avquste Bartholdiyə sifariş verilən bu heykəl, mis və poladdan hazırlanmışdır.Ama heykəl Nyu Yorkda yox, Misirdə tikilməsi üçün inşa edilmişdi.Sonradan Misirdə tikilməsindən imtina edildikdə Parisdə bir anbara saxlanılmışdır. Hazırlanan bu ilk heykəl Qırmızı dəniz ilə Aralıq dənizinin qovuşduğu yerə qoyulacaqdı. Heykəl fironluq dövründəki geyimlərə bürünmüş qadın şəklində idi və əlində 'Asiyanın işığının Misirdən gəldiyini' simvolizə edən bir məşəl tuturdu. Bu hadisədən 20 il sonra 1885-ci ildə Fransa hökuməti ABŞ ilə olan yaxşı münasibətlərinin bir göstəricisi olaraq böyük bir heykəl inşa etmək istədiyində, yenə eyni heykəltraşın qapısı döyülür. Hazır vəziyyətdə olan heykəl anbardan çıxarılır, heykəltəraş Bartholdi və Qustave Eiffel (Eyfel qülləsinin mühəndisi) birlikdə çalışaraq bəzi dəyişikliklərlə heykəli yeniləmişdir. Daha sonra heykəl New York sahilində Liberty adasına yerləşdirilmişdir.
Azadlıq Heykəli ABŞ-ın New York şəhərindəki Liberty (Azadlıq) adası üzərində inşa edildiyi 1886-ci ildən bu günə kimi Amerikanın simvolu olaraq xatirə və müşahidə qülləsidir. Dünyanın ən tanınmış abidələrindən biri olaraq adını tarixə yazıb.
Misdən hazırlanan Azadlıq Heykəli, Fransa höküməti tərəfindən müstəqilliyinin 100-cü ili münasibəti ilə ABŞ-a hədiyyə verilmişdir. 1884-1886 illər arasında inşa edilmişdir. 
Heykəl, sağ əlində bir məşəl, sol əlində isə bir kitab vardır. Kitabın üstündə 4 İyul 1776 tarixi (Müstəqillik Bəyannaməsinin tarixi) yazılmışdır. Heykəlin başındakı tacın 7 iti ucu 7 qitəni və ya 7 dənizi simvolizə edir. Heykəlin yüksəkliyi 46 m, yerdən hündürlüyü isə 93 m-dir. Ziyarətçilər heykəlin içindən məşələ qədər 168 pilləli bir nərdivanla çıxa bilərlər. Heykəlin məşəl tutan sağ əlinin yüksəkliyi 13 metrdir. Məşəlin ətrafındakı Dəhlizdə 15 adam bir yerdə gəzə bilər. Heykəlin başının genişliyi 2 metr, hündürlüyü isə tacı ilə birlikdə 5 metrdir.
 Heykələ Singer tikiş maşınlarının qurucusu Isaac Singerin dul həyat yoldaşı Isabelle Eugenie Boyer dizayn vermişdir. Azadlıq Heykəli 1884-cü ildə Fransada inşası tamamlandıqdan 1 il sonra 350 hissəyə bölünərək 214 sandıq içində New York limanına gətirilmişdir.Hissələr 4 ay ərzində yenidən birləşdirildikdən sonra 28 Oktyabr 1886-ci ildə minlərlə tamaşaçının qarşısında açılışı reallaşmışdır.

3 şərh

Nailə_Qasarayeva
Heykəlin başındakı tacın 7 iti ucu 7 qitəni və ya 7 dənizi simvolizə edir. Mən altı qitə tanıyıram, 7-ci qitə hansıdır?
Teqdə azadlıq yazmayıb, freedom niyə yazmısız? Nə isə, mən pedant deyiləm. :) Maraqlı mətn üçün sağ olun.
LocalBoy
Tacda yaradılmış 7 şölə dünyadakı yeddi dənizin simvolunu daşıyır və yeddi kontinentləri. Qərbin coğrafiyaçılarına görə onların ənənələrinə xas olaraq yeddi kontinentin olduğu güman olunur.
soni_memmedzade
amma mən də deyərdim ki,elə bil bilirdilər ki,bu günə 7 möcüzə qalacaq.biri də bu olacaq.düzü oxumuşdüm bu qədərini yox.çox maraqlı gəldi.ƏLLƏRİNƏ,GÖZLƏRİNƏ sağlıq.