Рейтинг
+71.59

Bilirsinizmi?

94 üzv, 600 topik

Əslində necə görünürük?


Bəzi insanlar şəkildə başqa, güzgüdə başqa cür görünür. Təbii ki, insanın ağlına ilk olaraq bu sual gəlir: “Görəsən başqaları məni necə görür?” Bu sualın cavabı isə çox sadədir. Şəkildəki görünüşünüzə aldanmayın, çünki ən yaxşı fotoaparat belə insan gözü qədər inkişaf etməyib. Buna görə də şəkillərdəki görüntü sizin əsl görünüşünüz deyil.

Həmçinin insanların 70%-nin üzü asimmetrikdir. Yəni sağ və sol tərəfi arasında fərq vardır. Bu halda güzgüdə gördüyünüz də həqiqi görünüşünüz deyil. Çünki insanlar üzünüzün sağ və solunu yer dəyişdirmiş kimi görür, güzgüdəki kimi deyil.
Davamı →

Enerjimizi azaldan 3 amil

İnsan orqanizmi çox ciddi yükləmələrə tab gətirmək və bu zaman tonusda qalmaq iqtidarındadır. Lakin bəzən insanlar hiss edir ki, buna heç bir ciddi səbəb olmadan enerjisini itirir, çox tez yorulur. Bəzi çox adi şeylər enerjimizi azalda bilir. Bunlara fikir verin.

Susuzlaşma
Enerjinin səbəbsiz azalmasının əsas səbəblərindən biridir. Müasir insanlar adi təmiz suyun əvəzinə çay, qəhvə, cola və s. içir ki, bu içkilər orqanizmin mayeyə olan tələbatını ödəmir, əksinə orqanizmdən mayenin çıxmasını sürətləndirir, orqanizmi susuzlaşdırır. Özünüzü adi təmiz su içməyə öyrəşdirin. Hər bir saatdan bir kiçik qurtumlarla 1 stəkan təmiz qazsız su için.
Davamı →

Hündürboy olmaq üçün məsləhətlər

İnsanın boyu əsasən genetikadan asılıdır. Lakin müəyyən vasitələrin köməyi ilə orqanizmdə gedən boy atma proseslərinə təsir etmək mümkündür.

Orqanizmdə boy atma proseslərinə somatotropin adlı hormon cavabdehdir. Müəyyən vasitələrin köməyi ilə bu hormonun ifrazını artırmaq olar. Nəzərə almaq lazımdır ki, somatotropinin ifrazı insan orqanizmində təxminən 20 yaşa qədər çox olur, daha sonra isə kəskin azalır. Somatotropinin ifrazını artırmaq üçün bu kimi məsləhətlərə əməl edin:

Düzgün qidalanın
Boy atma proselərinin normal getməsi üçün orqanizmə zülallar lazımdır. Bu səbəbdən rasionda mütləq kifayət qədər ət, balıq, yumurta, süd məhsulları olmalıdır. Yulaf yarması («gerkules»), qoz-fındıq, bol meyvə-tərəvəz və göyərti də boy atma proseslərinə müsbət təsir edir. Duzlu qidaların, tərkibində çoxlu kofein maddəsi olan içkilərin (kola, enerji içkiləri və s.), şirniyyatların çoxlu miqdarda qəbulu əksinə boy atma proseslərinə mənfi təsir edir.
Davamı →

Günorta yuxusunun 5 mühüm faydası

Hal hazırda fizioloqlar insanlara gün ərzində bir dəfə deyil, 2 dəfə yatmağı tövsiyə edir. Gecə yuxusu 7 saatdan az və 9 saatdan çox olmamalıdır.

Günorta isə alimlər saat 13.00-15.00 arası 20-30 dəqiqə ərzində (bundan artıq yox!) yatmağı tövsiyə edir. Belə qısa günorta yuxusunun bir neçə mühüm faydası var:

1. Sinir sistemində gərginlik azalır, beyin dincəlir.

2. Stress azalır.

3. İş qabiliyyəti xeyli artır.

4. Qocalıqda ağıl zəifliyinin səbəbi olan Alsheymer xəstəliyinin riski azalır.
Davamı →

Saxta ətri orijinalından necə ayırmalı?

Ətirlərin saxta və ya orijinal olub-olmamasını aydınlaşdırmaq çox zaman çətin olur. Amma bunun da bəzi göstəriciləri var. 

— Orijinal ətrin qutusunun ətrafındakı şəffaf sellofan ustalıqla qablaşdırılır və bağlı olur. Qablaşdırmada problemlər varsa, saxta olma ehtimalı yüksəkdir.

— Orijinal ətirlərin qutuları ətir şüşəsinin zərər görməsinə mane olacaq formada və ağ kartondan olur. Boz rəngli və ya nizamsız kartonlu qutusu olanları almayın.

— Qızılı rəngli dairəyə diqqət edin. Aşağıda şəkildə gördüyünüz soldakı orijinal, sağdakı isə saxtadır. Orijinal ətirlərdə qara ox sağ tərəfə, qızıl rəngli ox sol tərəfə doğru baxır. Belə deyilsə, saxtadır.
Davamı →

Yeni alınmış paltarı niyə yumaq lazımdır?

Nyu-Yorkda Kolumbiya universitetinin dermatologiya kafedrasının professoru Donald Belsito istənilən geyimi aldıqdan sonra yumağı və iki dəfə yaxalamağı tövsiyə edib. O, həmçinin xəbərdarlıq edib ki, mağazada paltarı geyinib yoxlayan digər müştərilərin bədənlərində hər hansı zəhərli parazitlər ola bilər.

Təəssüf ki, qanun istehsalçılara məhsullarda hansı kimyəvi maddələrin istifadə edildiyinə dair məlumatın yarlıqlarda qeyd olunmasını icazə vermir.
Davamı →

Qısa saç nəyin göstəricisidir?

Araşdırmalar göstərir ki, xarici görünüş insanlar üzərində müəyyən təsirlər formalaşdırır. Bunlardan isə ən önəmlisi saçdır.

Belə ki, qısa saç insanlar tərəfindən daha dominant, kəskin zəkalı, agressiv və üsyankar xarakter göstəricisi kimi qəbul edildiyi halda, uzun saçlı qadınlar ətrafda daha uzlaşan, təmkinli, sakin və səbirli təsiri yaradırlar.

Westminster universitetinin apardığı bir araşdırmadan çıxan nəticəyə görə isə qara saçlı qadınlar sarışınlardan daha çox diqqət çəkirlər.

Sosioloq Dr. Rose Weitz isə qıvırcıq və ya dalğalı saçlı insanların düz saçlılarla müqaisədə daha istiqanlı, mehriban və səmimi təsir bağışladıqlarını müəyyən etmişdir.
Davamı →

Uşağınızı dodaqdan öpməyin

Mütəxəssislər valideynlərə xəbərdarlıq edib. Onların sözlərinə görə, uşaqlıq dövründə dodaqdan öpmək onların cinsi həyatına təsir edir. Bəs, ana və ataların uşaqlarını dodağından öpməsi onların gələcəkdə hansı problemlər yaşamasına yol açır?

Uşaqlar hesab edirlər ki, bir şey ya yaxşıdır, ya pisdir. Uşaq şüuraltı müsbət duyğu yaşadıqda onu yaxşı kimi qəbul edir. Mənfi duyğu yaşadıqda isə təbii olaraq onu pis hadisə kimi qəbul edir. Ana və atanın övladının dodağından sevgi ilə öpdükdə bu, uşağın xoşuna gəlir. Bu hadisəni yaddaşında yaxşı kimi qeyd edir.
Davamı →

Fəlsəfədə qadınlar və İsgəndəriyyəli Hipatiya

Niyə qadın filosof yoxdur?  Bu sual qadın və kişi arasında gedən “qısır” mübahisənin nəticəsində yaranır. Qısır deyirəm, ona görə ki, mübahisələrin nəticəsi heç nə doğurmur…

Məntiqlə düşünən insan anlayar ki, ağıl və fəlsəfə cinsiyyət məsələsi deyil. Fəlsəfə deyəndə ilk öncə ağlımıza Platon, Sokrat, Kant, Dekart və s.  kimi adlar gəlir. Bu sırada qadın adının yada düşməməsi normaldır. Günümüzdə belə “qadın azadlığı”, “gender bərabərliyi”, “qadın zorakılığı” kimi ifadələr varsa, əsrlər öncə vəziyyətin necə olduğunu təsəvvür etmək o qədər də çətin olmur. Filosofların qadınlar haqqındakı bəzi fikirlərini yada salmaq istəyirəm... 
Davamı →

İntellektual olmadan necə intellektual görünmək olar?

1. Həmişə əlinizdə kitab olmalıdır. Metroda, avtobusda, küçədə, kafedə və s. Özü də kitab qalın olsa daha yaxşı olar. Üstəlik kitabla şəhərin ən tanınmış yerlərində gəzmək məsləhətdir.

2. Kitabı, ya da filmi sosial şəbəkələrdə paylaşmaq lazımdır. Paylaşdığınıza diqqət etmək gərəkdir: kitabın şəkli və yanında mütləq bir kofe fincanı olmalıdır. Bu sizin hətta istirahət anında belə kitabdan ayrı düşmədiyinizi göstərəcək. Qısacası, göstərə-göstərə oxumaq və filmə baxmaq.

3. Dostlarla, xüsusilə intellekti olan adamlarla bir süfrə arxasında oturanda çalışın çox danışmayın. Daha çox dinləyici mövqeyində durun. Onların danışdıqlarından yığdığınız məhsulları daha sonra təkrar özlərinə qaytarın. Özünüzü həmişə şagird kimi göstərməkdə yarar var.
Davamı →