Рейтинг
+71.59

Bilirsinizmi?

94 üzv, 598 topik

Əqiq daş- Dəqiq daş

“Xoşbəxtlik daşı”
Qiymətli daşların ən dəyərlilərindən biri də qədim yunanların “aqatos” adlandırdıqları əqiqdir. Yunanca mənası “xoşbəxtlik” deməkdir. Bəzi mənbələrə görə isə daşın adı ilk dəfə tapıldığı Siciliya adasındakı Axates çayından götürülüb

Uğurun simvolu
Bu daş öz enerjisi ilə özünüzü pis hiss etiyiniz və stress keçirdiyiniz anlarda sizə nikbinlik bəxş edir. Ətrafınızdakı insanların neqativ aurasından təsirlənənlərə də müsbət təsir edir.
Uğurun simvolu olan bu daş cəsarətsiz insanların özünə olan inamını artırır. Xüsusən də işgüzar insanların bu daşı üzük formasında və ya cibdə gəzdirmələri faydalıdır.
Qırmızımtıl-narıncı rəngli əqiq fiziki canlılığı artırır, tənbəlliyi aradan qaldırır.
Mavi rəngli əqiq nəzərə qarşı təsirlidir. Həmçinin ünsiyyət problemi yaşayanların, insanlar qarşısında danışmaqda çətinlik çəkənlərin “dilini açır”, həyəcanı aradan qaldırır.
Yosun rəngli əqiq xoşbəxtlik hissi bəxş edir, narıncı ümidsizliyi aradan qaldırır, sarı həyat sevgisi verir, qara rəngdə olanı isə qərarlılıq bildirir.
Ardı →

Yuxu yozma | Aksesuarlar

Üzük: Yuxuda üzük görmək, yaxşı işarədir. Üzük taxmaq, yeni bir işə başlayıb çox pul qazanmağa, nigah üzüyü taxmaq isə gözəl və xoşbəxt bir evliliyə yozulur. Subay biri üçün üzük evlilik anlamına, evli insanlar üçün isə işlərində qazanacağı müvəffəqiyyətə yozulur. Gözəl olmayan və solğun rəngli bir üzük bədbəxtlik gətirər.

Şal: Röyada şal görmək həyat, mərdlik, səyahət, qardaş və övlada yozulur. Bir kimsə yuxuda şalının əlindən alındığını görərsə, şan və şöhrəti azalar, mal-dövlətinə xələl gələr. Şal həmçinin borc ödəmə və qısa zamanda mülk sahibi olacağınıza işarə sayılır.

Boyunbağı: Röyada boyunbağı görmək kişi üçün sıxıntıya, qadın üçün isə xeyirə, evlilik və övlad sahibi olmağa işarədir. Qırmızı boyunbağı taxmaq uzun və həyəcan verən bir sevgiyə yozulur, yaşıl boyunbağı bütün arzu və istəklərinizin qısa bir zamanda gerçəkləşəcəyinə, ağ boyunbağı taxmaq gözləmədiyiniz bir yerdən sizi rahatlaşdıracaq xəbərlər alacağınıza, qara boyunbağı taxmaq isə sıxıntılı günlər keçirəcəyinizə yozulur.

Yelpik: Yuxuda yelpik rahata, çətinlikdən və döyüşdən qurtuluşa, yoxsulluqdan varlığa şərh olunur.
Ardı →

Dartıcı alt paltarlarının daxili orqanlara təsiri

Xanımlar bir çox hallarda gözəllik naminə əziyyət çəkməli olurlar.

Bu misal, çoxlarının gündəlik istifadə etdiyi dartıcı kalqotlar və kompression alt paltarlarıdır ki, daxili orqanlar üçün çox ziyanlı sayılır. Bu məhsulların orqanizm üçün nə qədər ziyanlı olduğunu öyrənmək üçün, The Huffington Post nəşriyyatı, qastroenteroloq, dermotoloq və manual terapevtə müraciət edib. Nəticələr budur:

Strukturuna görə, bu kimi geyimlər bədənin kəskin dartınmasını təmin edirlər. Belə geyimləri istifadə etdikdə, mədə, bağırsaq, düz bağırsağın sıxılması baş verir. Bu isə orqanizm üçün təhlükəli nəticələnə bilər. Mütəxəsisslər xəbərdarlıq edir ki, bu kimi sıxılmalar, turşu reflyüksu və qıcqırma, artıq müşahidə olunan sidik saxlaya bilməmə hallarının ağırlaşmasına gətirə bilər.

Dartıcı paltarlar, bud ətrafında dartıcı rezin zolaq rolunu oynayır. Xanım oturaq vəziyyətdə olduqda, qan dövranında çətinliklər əmələ gəlir ki, bu da trombların formalaşmasına səbəb ola bilər. Bədəni korreksiya edən bu paltarlar həmçinin nəmi udur, bu isə göbələk və ya bakterial infeksiyalara səbəb olur. Həkimlər belə paltarları ümumiyətlə istifadə etməməyi, xüsusən də gündəlik istifadədən imtina etməyi tövsiyə edirlər.
Davamı →

Dekorasiyada abajur necə istifadə olunur?


Qonaq otağı dekorasiyasında yumşaq və romantik bir hava yaratmaq üçün işıqlandırma olaraq abajurlardan faydalana bilərsiniz.

Dekorasiyada işıqlandırma ən mühüm məsələlərdən biridir. Evin işiqlandırılmasında daha çox təbii işıqdan istifadə etməyə çalışın.


Ardı →

Ağıllı olduğunuzun 15 əlaməti

Ağıl təvazökar olmağı da özü ilə gətirər. Bəlkə siz dilinizə gətirmirsiniz, amma biz sizin ağıllı olduğunuzu görürük.

Özünüzə çox təzyiq edirsiniz.
Əslində bir çox şeyi anlamaq sizin üçün elə də çətin deyil. Ancaq qarşınıza ağlınıza gəlməyən, tam qavraya bimədiyiniz bir şey çıxdıqda ondan əsla əl çəkməzsiniz. O mövzunu, o anlayışı, o faktı anlayana qədər özünüzü məcbur edirsiniz. Təslim olmaq sizə görə deyil.

Ətrafınızda olub bitənlərdən xəbərdarsınız.
Çevrənizdən ayrılmış biri deyilsiniz. Ailənizdən, məhəllənizə, məktəbinizdən, ölkənizdə, dünyada olub bitən hər şeydən xəbəriniz vardır. Yaşadığınız dünyada olub-bitənlər sizin üçün olduqca vacibdir və buna bütün diqqətinizi ayırırsınız.

Başqalarının xətalarını izləmirsiz.
İnsanların müsbət tərəflərinə nəzər yetirirsiniz. Başqa insanların xətalarını görüb bunları onların üzünə vurmaq çox asandır. Ancaq siz qətiyyən belə insanlardan deyilsiniz. Sizin üçün əsas olan insanların müsbət tərəfləridir, bunları görüb təşviq etməkdə heç çətinlik çəkmirsiniz. Onsuz heç bir zaman asan olan yolla getmədiniz ki.

Səhv anlaşıldığınız zamanlar çoxdur.
Çünki fərqli və qarma-qarışıq düşünürsünüz. Sizə sadə gələn bir şeyi başqalarına söylədiyinizdə tərəddüd edirlər. Məsələn, incə zarafatlarınız layiq olduğu münasibəti görmür, çünki anlamırlar.


Ardı →

Qida antidepressantları

Hamımız fikir vermişik ki, əhvalımız pis olduqda əlvan rəngli və şirəli giləmeyvələr, təravətli çay və şokolad bizə sevinc hissini qaytarmaq gücünə malikdir.

Bunun səbəbi yalnız təravətli qoxu və dadda deyil. Tori Payns (Florida) Universitetinin tədqiqatçıları bu məhsulların hal əhvalımıza niyə yaxşı təsir göstərdiyinə cavab tapıblar.

«Qida antidepressantları» sayılan çay, şokolad və giləmeyvələrin analizi göstərmişdir ki, bu məhsulların tərkibində olan maddələr, güclü depressiya dərmanlarının tərkibində olan maddələrə çox yaxındır.

Buna misal olaraq, qaragilə, moruq, çiyələk, kakao və çayın müxtəlif növlərində müasir antidepressantların əsas tərkibi olan «valproev turşusuna» oxşar komponentlər vardır. Şokoladın isə tərkibində təbii kimyəvi birləşmələr olduğundan (onlar üzüm və qırmızı çaxırda da var) ürək və damarlara çox yaxşı təsiri göstərdiyi deyilir.

Alimlər hələ psixiki xəstəlikləri bu məhsullarla müalicə etmək mümkündürmü sualına cavab almasalar da, bu məhsulların həm xeyirli, həm də əhvalınıza müsbət təsir göstərdiyinə əmin olaraq rasionunuzda tez tez istifadə etməniz məsləhət görülür. Yalnız həddi keçməyərək, çünki hər bir məhsulun xeyri olduğu kimi istifadəsi çox olduqda ziyanlı xüsusiyyətləri nin də olduğunu unutmayın.
Davamı →

Ebru- Rənglə suyun rəqsi

ebruİncəsənətin maraqlı növlərindən olan ebru rənglərin su ilə rəqsinin ən ideal ahəngidir. Qədim tarixə malik bu füsunkar sənət əsrlərdir ki, millətindən və kimliyindən asılı olmayaraq seyr edən hər kəsi heyran qoymağı, ruhunu oxşamağı bacarır. Səbəb isə sadədir: bir ebru əsərinin ortaya çıxması üçün rəssam emalatxanasından tutmuş fırçasına, kitrəli suyuna, boyasına və ödlü suyuna qədər bütün vasitələr və mərhələlərlə bərabər, ruhunu qoyur.

Rəvayətə görə, ebru kağız bəzəmə sənəti Buxara şəhərində meydana gəlib, sonralar İrana ayaq açıb, daha sonra isə Anadoluya yayılıb.

Ebru suyun üzərində işlənilir. Məsələ burasındadır ki, ebrunu istənilən suyun üzərində hazırlamaq olmaz. Bunun üçün suyun içinə qatılaşdırmaq üçün müxtəlif məmulatlar əlavə edilir. Bunlar kətan toxumu, səhləb, çəmən otu, heyva çəyirdəyi, dəniz yosunu və kitrə adlanan maddələrdir.

Kitrə – suyu ən yaxşı qatılaşdırma qabiliyyətinə malikdir. Əsasən Türkiyə və İranda bitən yabanı bir tikanın suyundan hazırlanır.
Ardı →

Yaxşı "selfie" çəkməyin 10 qaydası

Müasir dövrün əsas trendlərindən biri olan «selfie» – öz şəklini çəkmək – çox adama asan gələ bilər. Əlbəttə, burda qəliz heç nə yoxdur. Telefonun qabaq kamerası ilə öz şəklini çəkirsən, məsələ bitir. Amma söhbət ən yaxşı «selfie»lərdən gedirsə, onda bu məsləhətləri mütləq oxuyun.

1. Aşağıdan çəkməyin. Ən yaxşı «selfie»lər kameranın təxminən gözlə bərabər səviyyədə tutulduğu «selfie»lərdir.

2. Özünüzün ən yaxşı tərəfini göstərin. Bir neçə kadr çəkməyə cəhd edin. Bu halda hansı tərəfinizin daha fotogenik olduğunu aydınlaşdıra bilərsiniz: sağ, yoxsa sol tərəf?

3. Əllərinizə fikir verin. Fotonu çəkəndə qolunuz düşməsə, daha yaxşı olar. Barmaqlar, yaxud dirsək görünən «selfie» qeyri-ciddidir.

4. Güzgü qabağında çəkdirəndə işığı söndürün. Yoxsa şəkildə gördüyünüz vəziyyət yaranacaq. İşıq fotonu tamamilə məhv edir.

5. Elə tərəfdə dayanın ki, işıq düşən yerlə üzbəüz dayanasınız. Arxanızı pəncərəyə tərəf deyil, üzünüzü pəncərəyə tərəf çevirin. Bu halda həm foto keyfiyyətli çıxacaq, həm də bütün gözəlliyiniz ortada olacaq.

6. Təkcə "İnstagram"ın deyil, digər tətbiqetmələrin də təklif etdiyi foto effektlərindən istifadə edin. Hətta adamı arıq göstərən effektlər də var.
Ardı →

Əllərimiz suda niyə büzüşür?


Çox qab yuduğumuzda, əllərimizi suda çox saxladığımızda büzüşüb formasını itirir.  Bəs görəsən niyə?

Elm adamları bunun da səbəbini araşdırıb.

Suda uzun müddət qaldığında əllərin büzüşməsinin səbəbinin dərinin süngər kimi suyu özünə çəkməsi, dağılmasından qaynaqlandığı iddia edilir. Ancaq bu özəlliyin əslində bir bacarıq olduğu ortaya çıxıb.

Suda uzun müddət qaldığında əllərin büzüşməsi təkcə dərinin süngər özəlliyi ilə əlaqəli  deyil, yaş əşyaları daha yaxşı qavraya bilməsindən irəli gəlir.  

Nəticələri “Biology Letters” jurnalında yayımlanan araşdırmaya görə, büzüşmüş barmaqlar yaş halda daha yaxşı çalışır.


Davamı →

Yağış suyunun bitkilərə faydası

İstər qapalı şəraitdə saxsı qablarda, istərsə də həyətdə yetişdirdiyiniz bitkiləri sulamaq üsulu həmin bitkinin böyüməsi baxımından çox önəmlidir.

İnsanlar kimi bitkilər də qida və su ehtiyaclarını ödəyə bilməyəndə quruyub ölə bilərlər. Sulama zamanı suyun həddini aşmaq və ya su qıtlığı bitkinin qurumasına səbəb olur. Buna görə bitkilərin düzgün şəkildə sulanmasına diqqət edin.

Bitkilər ehtiyac duyduqları qida və suyu kökləri vasitəsilə torpaqdan əmərək əldə edirlər.

Saxsı qablarda yetişdirdiyiniz bitkinin torpağındakı su və qidalar bitkinin aktivliyi nəticəsində azalır.

Bitkini yetişdirdiyiniz torpaqda su və qida qıtlığı olduğundan bitki yaxşı qidalanmır və quruyur. Buna görə saxsı qablardakı bitkinizi 10-15 gündən bir suyla yanaşı, qida elementləri ilə də təmin etməlisiniz.

Qapalı şəraitdə saxsı qablarda yetişdirdiyiniz bitkiləri steril kran suyu ilə sulamaqdansa, yağış suyundan istifadə etməyiniz daha məsləhətlidir. Çünki yağış suyu steril kran suyundan daha faydalı olub, bitki üçün yararlı qida elementləri ilə zəngindir.

Yağış suyu bitkilərin üzərində ağ rəngdə ləkələr buraxıb görünüşünü pozmaz. Spreylə yağış suyunu bitkilərin üzərinə səpmək bitkiləri daha canlı və parlaq göstərər. Buna görə spreylə bitkilərin kökünə hər zaman buxar və su vermək vacibdir.
Davamı →