Рейтинг
+71.59

Bilirsinizmi?

89 üzv, 343 topik

Cütlüklər arasında ideal boy fərqi

Kişinin qadından yaşca və boyca hündür olması tabu halını alıb.
Bəs, sevgililər arasında boy fərqi neçə olmalıdır?

700 qadın və kişi arasında aparılan anket cinslərin bu mövzuda fikirlərini öyrənib.

Qadınlara görə kişilər 20 sm daha uzun olmalıdır. Kişilərin boy fərqi isə çox deyil. Qadınlardan 8 sm hündür olduğunu düşünürlər. 

İdeal qadın boyu 173 sm və kişdə isə 188 sm-dir.  

Statistikalara görə, cütlüklərin 92 faizində kişilər qadınlardan hündürdür. Cütlüklərin 4 faizində isə qadınlar kişilərdən hündürdür. 3.5 faizində isə cütlüklərin boyu eynidir.
 

Uduzdu, uduzdu... Və ABŞ prezidenti oldu...

Avraam Linkoln yoxsul bir ailədə dünyaya gəldi. Üstəlik, ata-anası oxumaq-yazmaq da bilmirdi. Və onun ilk imtahanı 9 yaşında anasını itirməklə başladı. Bundan sonra o dəfələrlə işsiz qaldı. Bütün bunlarla yanaşı, övlad acısı da daddı. Bəli, ağrı-acılar qarşısında Avraam Linkolnun ağladığı vaxtlar da olurdu. Nə vaxt həyatında bir maneə ilə qarşılaşsa, axşamlar tozlu cığırlarda, ağaclar və kollar arasında gəzməyi çox sevirdi.


Ardı →
 

Məlum, yoxsa naməlum müəmmalar?...

Elm və texnikanın inkişafı ilə əlaqədar alimlər insanlara sirli gorünən hadisələrin üstünü açmağa çalışırlar. Çünki ola bilsin ki, bu hadisələrdən hər hansı birinin sirri açılsa, bəşəriyyə sürətli inkişaf dövrünə qədəm qoya bilər. Bu baxımdan, hazırda alimlərin diqqətini daha çox cəlb edən məsələ müxtəlif dövrlərdə insanların başına gələn hadisələrin demək olar ki, sonralar olduğu kimi təkrar olunmasıdır.


Ardı →
 

Bilirsinizmi?

1.Qazaxistanda 7 yashindaki bir oglan ushaginin qarninda ekizi tapilib.Qarnindaki shishlik
sebebile xestexanaya getirilen ve tezlikle burada emeliyyat olunan ushagin qarnindan saclari ve dirnaqlari
uzanmish bir varliq cixarilib.

2.Insan uzun muddet 1 boyrek ve agciyerle,medesiz,dalaqsiz yashaya biler,amma qaraciyersiz 1 deqiqe
bele yashaya bilmez.

3.Sevdiyimiz zamaz beynimiz "«phenylethylamine» duzeldir.Bu urek atishimizi tezleshdirir ve ozumuzu
xoshbext hiss etmeyimize sebeb olur.Bu kimyevi madde shokoladda da vardir.

4.Avtomobil sayi insan sayindan 3 qat daha tez artir.
Ardı →
 

Nərd oyunu

nərd oyunuNərd oyununun qədim tarixi var. Bu oyunun İranda meydana gəldiyi ehtimal olunur. Nərd oyunu qaydaları tarixən astroloji görüşlərdə  (münəccimlik)  izah edilmişdir. Buna bənzər oyunlar, hələ qədim Yunanıstanda və Romada, bir sıra qədim Şərq ölkəsində mövcud imiş.

Amma indiki zamana nəzər salsaq, ən çox nərd oyunu Azərbaycanda oynanılır. Küçədə, məhlələrdə gəzərkən nərd oynayan insanlara, əsasən də qocalara az rast gəlmirik.

 Azərbaycanda hələ qədimdən məlum olan, Xaqani, Nəsimi və digər klassiklərimizin əsərlərində adı çəkilən nərd oyununun 3 növü var: uzun, döymə, gülbahar. Nərd oyunu 24 xanalı lövhə ― nərdtaxta üzərində 30 daş (15 ağ və 15 qara) və bir cüt zərlə iki nəfər arasında keçirilir.


Ardı →
 

Qadınlar niyə həmişə üşüyür?


Qadınların niyə həmişə üşüdüyünü bilmək istəyirisinizsə, topiki mütləq oxuyun. Həkimlər bu sualın cavabını tapıb və hormonları günahlandırıb.  
Bir araşdırma göstərir ki, qadınların bədən istiliyi kişilərdən 0.4 dərəcə daha çoxdur. Ancaq əlləri və ayaqları isə 2.8 dərəcə soyuq olur.  Araşdırmanın nəticələrinə görə bu, təbii bir mexanizmadır. Qadının vücudu hamilə ikən körpəni soyuqdan qorumaq üçün belə fəaliyyət göstərir. 
Ardı →
 

Bluetooth

Bluetooth“Bluetooth”  sözünün hərfi mənası — mavi diş deməkdir. Bəs bunun telefon və kompüterə nə aidiyyatı var?

Bu ad 930-986-cı illərdə yaşamış Danimarka kralının adına söykənmişdir.

  Kral Harald Bluetooth skandinav ölkələrini birləşdirmək uğrunda çalışırdı. 958-ci ildə taxta çıxan Herald 976-cı ildə vuruşaraq Norveçı öz tərkibinə qatır. Bununla Herald Bluetooth iki dövlətin kralı olur, Norveç və Danimarka. Heraldın daxili, xarici və birləşdirmə siyasəti dünyada məşhurdur.

  «Bluetooth» ləqəbinin yaranmasına iki səbəb var. Birincisi — kralın dişləri doğurdan da patoloji rəngdə idi, yəni mavi rəngdə. İkincisi — bu adı ona vikinglər qarabuğdayı və tünd saçlı olduğuna görə vermişlər.

Vikinglərin dilində kralın ləqəbidir. Lakin  o tarixdə dişinin rəngiylə yox, başqa xüsusiyyəti ilə iz qoyub.


Ardı →
 

Dünyada ilk şəkil

Le Grasın pəncərəsindən gorunuşİlk şəkil 1826-cı ildə fransız fotoqraf Jozef Nisefor Neps tərəfindən çəkilmişdir. Foto «Le Grasın pəncərəsindən görünüş» adlanır. Şəkildə görünən mənzərə fotoqrafın ailəsi ilə yaşadığı evdən çəkilmişdir və tarixə ilk şəkil olaraq düşmüşdür.

 Şəkil işıq və günəş şüalarının köməyi ilə çəkildiyi üçün Neps bu işə 8 saat vaxt sərf etmişdir. Neps 8 dekabr 1827-ci ildə özünə «fotoqrafiyanın atası» adını verir. Hərçənd ki, həmin dövrlərdə fotografiya anlayışı yox idi. Neps bu sənətə «helioqrafiya» adı verir. Bu ad indiki dövrümüzə fotoqrafiya kimi gəlib çıxmışdır, eyni anlayışı əks etdirir.

Nepsin atası XV Lüdovikin məsləhətçisi, anası isə məşhur hüquqşunas qızı idi. 1829-cu ildə Neps xəstələnir. Etdiyi işlər müqabilində yaxşı qiymətləndirilməyən fotoqraf 68 yaşında 1833-cü ildə dünyasını dəyişir.

 Lui Jak Mande Daqer — ilk fotoqraf Jozef Nepsin davamçısı Nepsin ölümündən sonra onun kəşfini genişləndirdi.

Mənbə: azens.az 

 

Yelpiyin tarixcəsi

yelpikYelpik qədim tarixə malik bir əşyadır. Onun yaranması ilə bağlı müxtəlif rəvayətlər mövcuddur. Onlardan biri  imperatriça Von Vanla bağlıdır.

  3 min il bundan əvvəl qızmar,isti və bürkülü yay günlərinin birində imperatriça sarayın bağında istirahət edirdi. Hava dəhşət bürkü idi, külək belə əsmirdi. İmperatriça yalnız bağdakı fəvvarədən çıxan sərin su ilə rahatlıq tapır və əlindəki böyük yaşıl yarpaqla özünü sərinlədirdi. Onun üzündə xəfif bir təbəssüm var idi, öz ideyasından olduqca məmnun görünürdü. Bu kiçik, lakin eyni zamanda dahiyanə ideya sonradan qədim adətlər tarixində uzun bir yol keçir. Çin rəvayətinə görə, yelpiyin tarixi belə başladı.


Ardı →
 

Sirləri ifşa edənlər

paparassi  Əslində onlar 50-ci illərin sonlarında meydana çıxıblar. Şirin, xəyali həyatın episentrində — italyan kino ulduzları və digər vacib personaların yaşadığı Roma şəhərində. Foto kameralar varlıları və məşhurları bir dəqiqə belə obyektivin diqqətindən kənara qoymayaraq daimi gərginlikdə saxlayırdılar. Onlar Lambaretta və Vespa markalı motorollerlərində gəzirdilər. Misir kralı Fərruxu əsəb sarsıntısı keçirməyə, Anita Ekberqi oxla «atəş açmağa» məcbur etmişdilər. Riçapd Barton onları ölümlə hədələmişdi. Cekki Kennedi onları görəndə qorxurdu. Qalmaqalçı fotoqraflar üçün adı Federiko Fellini tapıb. Fellini onlardan birini «Şirin həyat» filminin personajına çevirərək Paparasso adını vermişdi. 
   
   Dahi rejissor «Şirin həyat» filmini məşhur jurnalist Ennio Flayanonun ssenarisi əsasında çəkib. Qəhrəmanını da uşaqlıq dostunun şərəfinə belə adlandırıb. Amma «paparassi» sözünün necə yaranmasına dair başqa bir versiya da mövcuddur — Guya Fellini bu adı XIX əsrdə yaşamış yazıçı Corc Qissinqin əsərindən götürüb. (Onun qəhrəmanı Kariolano Paparasso mehmanxana sahibi idi).
Ardı →