Рейтинг
+71.59

Bilirsinizmi?

94 üzv, 598 topik

Evi neqativ enerjidən təmizləməyin yolları

Mübahisə, ölüm, xəstəlik və s. bu kimi hallar evdə neqativ enerji yaradır. Neqativ enerji, evdə yaranmış xoşagəlməz auranı aradan qaldırmağın müxtəlif yolları var.

Təmizlik
Dağınıqlıq və çirk, mənfi enerjiləri evə cəlb edir. Evi təmizləməklə avtomatik olaraq mənfi enerjini də aradan qaldırırsınız. Mütəmadi olaraq hamam və mətbəx də daxil olmaqla, bütün otaqların künc-bucaqlarını yaxşıca təmizləyin. Mətbəxdə heç vaxt, xüsusilə gecələr çirkli qab saxlamayın. Əşyaları həmişə aid olduqları yerə qoyun. Ehtiyacınız olmayan köhnə əşyaları atın.
Davamı →

Yoxsulluğa proqramlaşdıran 7 vərdiş

Bilirsinizmi ki, vərdişlərimiz fiziki və emosional vəziyyətimizə təsir edir, davranışlarımız həyatımızı proqramlaşdırır, hətta maddi durumumuzu müəyyənləşdirir. Hətta elə vərdişlər var ki, onları vaxt itirmədən tərgitməli və hər vəchlə özümüzdən uzaqlaşdırmalıyıq. Məsələn, vərdiş halına çevrilən 7 xüsusiyyət var ki, onlar nəinki insanın yoxsulluğundan xəbər verir, hətta insanı ona proqramlaşdırır.

1. Özünə yazığı gəlmək
Özünə mərhəmət hissi taleyində yaşanmış uğursuzluqlara təəssüflənməklə başlayır. Nə bədən quruluşu, nə siması, nə maaşı, nə mənzili ürəyincə olur. Hər xırda problem, uğursuzluq özünə yazığın gəlməsi üçün bəhanə ola bilər. Özünə yazığı gəlməyi vərdiş halına gətirən insanlar tezliklə ətrafdakıların gözündən düşür. Nəticədə bütün yaxşı əlaqələrini itirir, karyerada uğur əldə edə bilmir. Əlbəttə ki, zavallıya yazığı gələn tapılar. Lakin həmin zavallı unutmamalıdır ki, həyatda özünə yazığı gəlməklə işini bitmiş saymamalıdır. Boş dayanmamalı, hansısa şirkətin zəng edib onu işə çağırmasını gözləməməlidir.
Davamı →

Düyünü bişirməzdən əvvəl yuyun

Alimlər sübut edib ki, düzgün bişirilmədikdə düyü sağlamlığımıza ciddi ziyan vura bilər. The Daily Mail xəbər verir ki, Belfast Kral Universiteti alimləri düyüdə çoxlu miqdarda «arsen» adlı zəhərli maddəni aşkar edib. Bu maddə düyüyə torpaqdan və sudan düşür. İstənilən digər məhsullarla müqayisədə düyüdə arsenin miqdarı 10 dəfə çoxdur.

Arsen güclü zəhərdir və orqanizmdə toplanaraq xərçəng, ürək xəstəlikləri, diabet, sinir sistemi pozulmalarının riskini xeyli artırır.

Düyüdə arsenin konsentrasiyanı azaltmaq üçün həkimlər düyünü yaxşı yumağı və axşamdan səhərə qədər bol suda islatmağı tövsiyə edirlər. Bu halda aresin miqdarı düyüdə 80%-ə qədər azalır.
Davamı →

Daha müasir ev dekorasiyası üçün 4 məsləhət

Evinizdə müasir ab-hava yaratmağa nə deyirsiniz? Üstəlik bunun üçün köklü dəyişikliklərə ehtiyacınız yoxdur. Bir neçə xırda toxunuş evinizin qüsursuz görünməsi üçün bəs edəcək.

Müasir klassik mebellər
Qəribə səslənsə də, bir məkanı yeniləmək üçün atılacaq ilk addım onu zamansız əşyalarla doldurmaqdır. Müasir klassik mebelləri evin ən sevdiyiniz otağında qoruyun.

Dekorunuza metal əşyalar da əlavə edin
Metal toxunuşlar müasir dekorasiyanın əvəzedilməzidir. Mis, ya da qızılı rəngdə metal əşyalar dekorunuzda fərq yaratmanız üçün bəs edəcək. Ən yaxşı nəticə üçün hamısını birdən istifadə edə bilərsiniz.

Keçmiş naxışlı parçaları qarışdırın
Keçmişə dair parçaları müasir mebellərlə qarışdırın. Üstəlik bu parçaları almaq elə baha deyil.
Davamı →

Yuxuda danışmaq

Uşaqların 50 %-i, böyüklərin isə 5 %-i yuxusunda danışır. Mütəxəssislər hələ də tam səbəbi bilinməyən bu halın kişilərdə daha çox görüldüyünü deyir. Yaxşı, bəs gecənin bir yarısı yanınızdakı adam yuxusunda danışarsa, nə edəcəyinizi bilirsizmi?

Yuxuda danışmaq nədir?
Yuxuda danışmaq yuxunun hər hansı bir mərhələsindən dolayı yaranan narahatlıqdır. Anlaşılmayan dialoqlar, monoloqlar, tamamilə mənasız sözlər və mırıldanmaq şəklində olur. Yuxusunda danışan adamlar özləri bu hərəkətlərindən xəbərsiz olurlar.
Davamı →

Sarımsaq qoxusunun qarşısını necə almaq olar?


Sarımsaq sevənlər bilir, qoxusu uzun müddət bədəndə qalır. Yediyiniz sarımsaqlı yeməyin üstündən 24 saat keçsə də, qoxusu nəfəsinizdə və tərinizdə hiss edilir. Hətta, dodağınıza sarımsaq sürtsəniz belə, eyni nəticə ilə üzləşəcəksiniz.

1936-cı ildə Journal of the American Medical Association jurnalında dərc olunan bir məqalədə həkimlər, xortum ilə mədəsinə sarımsaqlı şorba verilən bir xəstənin nəfəsindən, bir neçə saat sonra sarımsaq qoxusu gəldiyini qeyd etmişdilər.

Başqa bir həkim isə, sarımsaq iyi verən hamilə bir qadının doğuşundan sonra, körpənin də eyni şəkildə qoxuduğunu yazmışdı.
Davamı →

Körpəni qucağa götürmək faydalıdır

Yeni araşdırmalara əsasən daha çox qucaqda olan körpələr böyüdükdə daha sağlam, daha məhsuldar, daha anlayışlı, mehriban və daha az depressiyaya meylli olurlar. Darcia Narvaez araşdırması əsasında 600 böyük adamı müşahidə etmişdir. Müşahidələrə əsasən məlum olmuşdur ki, körpəlikdə daha çox qucaqlananlar böyüdükdə daha sağlam psixikaya malik olaraq, daha az psixoloji narahatlıqlar keçirirlər. Həmçinin bu insanlar stresin öhdəsindən daha yaxşı gəlirlər. 

“Qucaqlamaq fərq edir” deyən həkimlər, bu araşdırmadan sonra köhnə yanaşma olan ” qucağa öyrəşdirmə” anlayışının tamamilə süquta yetdiyini qeyd edirlər. Qucağa götürməklə körpənizin tərbiyəsini korlaya bilməzsiniz, əksinə ağlayan və mızıldayan körpə hər istəyində qucağa götürülməlidir.
Davamı →

Dostluq və sevginin limitləri

Hesab olunur ki, orta statistik bir adamın 5-6 çox yaxın dostu ola bilər. Bu adamlarla demək olar hər gün görüşürük. Əlavə olaraq 12-15 adam var ki, onları da biz dost adlandırırıq, ayda bir dəfə görürürük ən azı. Onların ölümü bizə çox təsir edər.

Daha geniş bir yaxın tanış çevrəsi var ki, bu da 50 nəfərdir, bəzən 150 nəfərə kimi genişlənə bilər. Bu adamları biz yaxşı tanıyırıq.

Dunbar rəqəmlərinə (Dunbar's number) görə bir adam yalnız təxminən 150 nəfərlə davamlı mənalı sosial əlaqə saxlaya bilər. Hesab olunur ki, sevgi və dost ehtiyarı çox limitlidir. Yəni, bir sevgiliniz olduğu zaman iki ən yaxın dostunuzu itirə bilərsiniz. Sevgi digərləri ilə dostluğunuza böyük zərbə vurur.
Davamı →

Wi-Fi-ı söndürmədən yatmayın!

Müasir evləri Wi-Fi olmadan təsəvvür etmək mümkün deyil. İnternetə nəinki evdə, işdə, ticarət mərkəzlərində, təhsil müəssisələrində, ümumiyyətlə hər yerdə böyük ehtiyac var.

Bəs bizi gecə-gündüz əhatə edən Wi-Fi sistemi insana necə təsir edir?
Alimlərin çoxu Wi-Fi-ı əsl qatil adlandırır. Belə ki, elmi tədqiqatlarda elektromaqnit dalğalarının xüsusiyyətləri və onların insan beyninə mənfi təsir etdiyi məlum olub. Tədqiqatın nəticələrinə görə, Wi-Fi şüaları nəticəsində hüceyrə səviyyəsində dəyişikliklər baş verir, insan beyinin fəaliyyətini zəifləyir, həmçinin bitkilərin böyüməsinin qarşısı alınır. Wi-Fi avadanlıqları ilə işləyən adamlar şüaların orqanizminə mənfi təsirini azaltmaq üçün təhlükəsizlik texnikası üzrə dəqiq göstərişlər alır.
Davamı →

Allüminium qablar təhlükəlidir

Son araşdırmalar göstərib ki, allüminiumdan hazırlanmış qablar çox ziyanlıdır. Ekspertlərin fikrinə görə, bu qablar insanların, xüsusilə uşaqların sağlamlığına ciddi ziyan vura bilər. Belə ki, araşdırmalar göstərib ki, allüminium qablar İQ səviyyəsinin düşməsinə və ürək-damar sistemində pozulmaların inkişafına səbəb ola bilər.

Bundan əvvəlki araşdırmalar göstərib ki, allüminiumla Alsgeymer xəstəliyi arasında əlaqə var. Zee News xəbər verir ki, ABŞ alimləri 10 müxtəlif ölkədə istehal olunmuş allüminium qabların tərkibini yoxladıqdan sonra belə nəticəyə gəliblər ki, bu növ qablarda bişirilmiş qidaya allüminiumdan əlavə digər toksiki maddalər keçir və sonra insan orqanizminə daxil olur. Orqanizmdə toplanaraq bu maddələr müxtəlif pozulmalara səbəb olur.

Alimlər allüminium qablarından imtina etməyi, daha ekoloji qablara (poladdan, şüşədən və s. hazırlanmış) üstünlük verməyi tövsiyə edirlər.
Davamı →