Beynəlxalq maliyyə bazarları

Maliyyə bazarı — əmanət toplayanların vəsaitlərini birbaşa borc götürənlərə təqdim edilməsinə şərait yaradan maliyyə institutlarıdırlar. Maliyyə bazarının yaranması zəruriliyinin əsas amillərindən biri maliyyə ehtiyatlarının qeyri-bərabər bölgüsüdür. Çünki bu bölgü zamanı müəssisələrin bir qismində maliyyə ehtiyatlarının artıqlığı, digər qismində isə maliyyə ehtiyatlarının çatışmamazlığı özünü büruzə verir. Bu zaman maliyyə ehtiyatlarının bir müəssisədən digərinə doğru hərəkətinin təmin edilməsinin mühüm forması kimi maliyyə bazarı çıxış edir. Deməli, maliyyə bazarı pul vəsaitlərinin sahiblərindən ehtiyacı olanlara doğru yönəldilməsində vasitəçi rolunu oynayır. Müasir şəraitdə maliyyə bazarı aşağıdakı funksiyaları həyata keçirir:
— pul vəsaitlərini bir mülkiyyətçidən (kreditordan) digərinə (borclarına), yəni pula ehtiyacı olanlara hərəkətini təmin etmək; təcrübədə o, özünü müvəqqəti sərbəst pul vəsaitlərinin və qiymətli kağızların alqı — satqısı, maliyyə ehtiyatlarının bölgüsü ilə əlaqədar iqtisadi münasibətləri ifadə edir. Hazırda dünya miqyasında maliyyə vəsaitlərinin böyük hissəsi maliyyə bazarı vasitəsilə bölüşdürülür;

— bazarda alıcı ilə satıcının birbaşa görüşməsi zamanı satışa çıxarılan aktivlərin real bazar qiymətləri müəyyən olunur. Burada həmçinin aktivlərin geri ödənməsi səviyyəsi, onun müddətləri müəyyənləşdirilir;

maliyyə bazarı investorlar üçün pulların ən səmərəli istiqamətlərə yerləşdirmək üçün yer, imkan və şərait yaradır. Bu vaxt nəinki ölkə, hətta bütün dünya üzrə seçmə imkanı yaranır. Bu isə firmalar üçün ən sərfəli qiymətlə maliyyə mənbəyi tapmağa imkan verir;

Qızıl bazarı – qızılın həm yığım və ölkənin qızıl  ehtiyatlarının artırılması və həm də biznesi təşkil etmək və sənaye istehlakı məqsədilə alqı-satqısı ilə əlaqədar olan iqtisadi münasibətlər sferasıdır. Dünya qızıl bazarlarına misal olaraq London, Sürix, Nyu-York, Çikaqo, Honkonqu misal göstərmək olar.
Kapital bazar
ı  maliyyə bazarının ümumən pul bazarına və kapital bazarına bölgüsünün əsasında müvafiq maliyyə alətlərinin tədavül müddəti durur.Ssuda kapitalları bazarı – ssuda kapitalının dövriyyəsinin təmin edilməsi prosesində yaranan münasibətləri, yaxud da dövriyyənin təşkili formasını ifadə edir. Pay qiymətli kağızları – onun sahibinin mülkiyyətə sahib olmasını, təşkilatın nizamnamə kapitalında payını, mənfəətin bölgüsündə iştirakını və bir qayda olaraq bu təşkilatın idarə edilməsində iştirak etməsi hüququnu təsdiq edən sertifikatlardır. Maliyyə bazarının digər tərkib hissəsi qiymətli kağızlar bazarıdır. Maliyyə bazarına çox vaxt qiymətli kağızlar bazarı kimi baxırlar. Maliyyə bazarının qeyd etdiyimiz bütün subyektləri bu bazarın iştirakçılarıdır. Qiymətli kağızlar bazarı bazar iqtisadiyyatının vacib atributlarından biridir. Hazırda qiymətli kağızlar bazarı olmayan dövlətdə yüksək səviyyədə inkişaf etmiş bazar iqtisadiyyatının mövcudluğundan danışmaq olmaz. Qiymətli kağızlar bazarı pul vəsaitlərinə olan tələbə təklifin qarşılıqlı əlaqədə olan münasibətlərindən ibarətdir. Qiymətli kağızlarla əməliyyatları başa çatdırmaqdan asılı olaraq qiymətli kağızlar bazarı spot və müddətli bazarlara bölünür.

Spot bazarında qiymətli kağızların pul vəsaitinə mübadiləsi praktiki olaraq sövdələşmə anında təcili olaraq həyata keçirilir. Müddətli bazarlarda ticarət müddətli sazişlə həyata keçirilir.Forvard bazarı – elə bir bazar növüdür ki, burada tərəflər onlarda həqiqətən mövcud olan qiymətli kağızların gələcəkdə müəyyən vaxtda son hesablaşmaq şərti ilə göndərilməsinə razılaşırlar.

Fyuçers bazarı – elə bir bazardır ki, burada gələcəkdə qiymətli kağızların və yaxud maliyyə bazarında real surətdə satılan digər maliyyə alətlərinin müəyyən müddətə göndərilməsi üzrə müqavilə ilə ticarəti həyata keçirilir.

Opsion bazarı – elə bazardır ki, burada müəyyən vaxt çərçivəsində müəyyən maliyyə alətlərinin (qiymətli kağızların) qabaqcadan təyin edilmiş qiymətlə alınıb-satılması hüququnu verən müqavilənin alqı-satqısı baş verir. Əvvəlcədən müəyyən edilmiş qiymət opsionun icra qiyməti adlanır.

Svop bazarı – qiymətli kağızlar sazişi iştirakçıları arasında müqavilələrin birbaşa mübadiləsi bazarıdır. Bu gələcəkdə müəyyən anda (və ya bir neçə anda) saziş iştirakçılarına iki maliyyə öhdəliyi ilə mübadilə etməyə təminat verir.

0 şərh