Karandaş
Karandaşı qutuya qoymazdan öncə usta onu bir kənarda saxladı və dedi.
— Bilmən gərəkən 5 nəsnə var. Mən səni dünyaya göndərməzdən öncə bunları bil və yadda saxla, yalnız o zaman yaxşı karandaş ola biləcəksən.
Birinci: Sən çox gözəl işlər görə bilərsən. Amma kiminsə əlində tutulmağa razı olsan.
İkinci: Bəzən sənin canını acıdacaqlar, çox iti şəkildə xəttləyəcəklər. Amma bu daha yaxşı karandaş olmana kömək edəcək.
Üç: Sən səhvləri düzəldə biləcəksən, hansıları ki özün etmişdin.
Dörd: Sənin ən mühüm hissən daima içində/daxilində olacaq.
Beş: Hansı səthdə istifadə olunursan ol, həmişə öz imzanı/izini qoymalısan.
Nə olursa olsun yazmağa davam etməlisən…
Ardın davam edə bilərsiniz, 6,7,8 və s. Baxaq kreativliyinizə
© Kənan Kərimzadə
P.S: Məncə, bizim kayzençilərin də maraqlı əlavələri olacaq. :)

29 şərh
7. Səhvlərin təcrübən olacaq, amma çox səhv edib həyatını «qaralama dəftəri»nə çevirmə.
Birin də mən yazım, ilk ağlıma gələni. Sonra uydura bilsəm, yenə yazaram. ;)
8. Bəzən «sındıracaqlar» səni, ama sən yenə də «yaşamağa» davam edəcəksən… Ya səni sındıranın, ya da başqasının əlində. :(
Həm zövq verən, həm düşündürən topiklər az yazılır burda. Bumeranq bu tip topik yazanların başında gəlib həmişə. Sevinirəm onun adını «Postlar» bölməsində görəndə. _BUMERANQ_ adı varsa orda, bilirəm ki, yenə də bizi düşündürməyə sövq edəcək topiklər yazıb. Çox bəyəndim bu topiki də, «Knulp»u da. Axarıncı olsun, oyretmenim. :)
Qəşəng uydurmusan. ;)
...Nə yerləşdirmək lazımdır ki, milləti şərh yazmaq vərdişinə alışdırasan? :)
Birini də mən deyim. Bəzən səni yonacaqlar, yonacaqlar… Amma son nəfəsinə kimi istifadə edəcəklər… Bezmə, səbr et…
Qısa ömür sür, amma həyatda yoldaşını, dostunu elə seç, ömrünü elə adama sərf et, elə insanla paylaş, elə ömür tükət ki, o sənin qədrini biləcək, səni anlayacaq, mənalı, rəngarəng, rifah dolu, ürəyin istədiyin həyat yaşadacaq sənə — nəinki, sevmədiyin insanla monoton, mənasız, uzun çizgili həyat yaşa.
Əllərinizə sağlıq :)