O mütəfəkkirdir ya iq`u aşağı olan bir insan?

Məktəb illərimdən tanıdığım yaxın bir dostumun zəkası ilə bağlı həmişə düşünmüşəm: o mütəfəkkirdir ya iq`u aşağı olan bir insan? Məsələ orasındadır ki, onun həyat seçimləri və akademik qavrama səviyyəsi heçdə bir-birini tutmur. O dindar, alicənab, qürurlu və hörmətcil bir insandır. Məktəbdə o, tərbiyəsi, mülaimliyi və təvəzökarlığı ilə tanınan bir uşaqdı. Lakin nə qədər öyrənməyə çalışsa da, o adi vurma cədvəlini öyrənə bilmədi. Yadımdadır kimya dərsində sadə məntiq tələb olunan məsələyə müəllim onu qaldırmışdı. Məsələyə cavab verə bilmədiyini görən müəllim ona hirsindən 8 + 7 sualını verdi. Bilmirəm həyəcandan olsa gərək, ona belə düzgün cavab verə bilməmişdi. Olduqca səliqəli və səviyyəli geyinən, modernliyə üstünlük verən bir insan sosyal şəbəkələrdə isə siyasi məsələlərə toxunur, aforizmlər paylaşır. Bu yaxınlarda mənə bildirdi ki, Türkiyəyə qohumlarının yanına işləməyə gedəcək. Xudafizləşmək məqsədi ilə bir kafeyə getdik. Facebookda paylaşdığı bir aforizm çox xoşuma gəldiyini söylədim və başladıq müzakirə etməyə. Paylaşdığı sadə bir aforizmi heç düzgün qavraya bilməmişdi. Axı necə? Çaşıb qalmışdım. Qərar aldım ki, bunu elə özündən soruşum. Evə qayıdarkən yolda ona dedim ki, qərar verə bilmirəm — sən ya ən axmaqsan ya ən ağıllı. Heç emosiyalarını dəyişmədən: elə məndə, biri var axmaqlar içində ağıllı, biri də var ağıllılar içində axmaq olmaq. Bu cavabı necə dəyərləndirəcəyimi hələ də düşünürəm.
 

5 şərh

azadmamedov90
Deməli nəsə var bu işdə. O aforizm nə idi bəs *? )
Türkəl
Sizin gözünüzdə onu mütəfəkkir edən nədir? Facebook-da aforizm paylaşması? Belə başa düşürəm ki, o aforizmlərin müəllifi özü deyil.
DrELM
Beynin assosiativ funksiyalarında pozğunluq ola biler. Psixiatra müraciet etsin.
_BUMERANQ_
Nitqi aforizm yığını olan insan özünü tapa bilməyən insandı. Hələ hələ dediyi (paylaşdığı) aforizmin mahiyyətinə vara bilməyib izah edə bilməyən insan. Mütəfəkkirlikdən söz gedə bilməz, məncə. 
kurdamir
 Məncə, Bir insanın dindar, alicənab, qürurlu və hörmətcil, (Məktəbdə tərbiyəli, mülaim və təvəzökar) olması onun mütəfəkkir olması demək deyil.Üstəlik sadə məntiq tələb olunan məsələyə və 8+7 sualına cavab verə bilməməsi bunu təsdiq edir...Çox guman ki,bu psixaloji problemdir...