Qeybət

Görəsən elə insan var ki,bir az da olsa qeybət etməsin?Umumiyyətlə qeybət nədir?Başqalarının əleyhində xoşlarına gəlməyən bir şəkildə danışmaq,arxalarından qusurlarını söyləmək qeybətdir.

Butun insanlar arasında etimad hissini sarsıdan qeybət.eyni zamanda onları ikiuzluluyədə sövq edər.Birinin uzunə deyə bilmədiyin şeyi onun arxasından danışmaq ,əlbəttə ki,dogru bir hərəkət deyildir.Bu səbəblə də,İslam dini qeybəti qəti qadagan etmişdir.Qurani Kərimdə belə buyrulmuşdur.

BİR-BİRİNİZİN QEYBƏTİNİ QIRMAYIN.SİZDƏN BİRİNİZ ÖLMUŞ QARDAŞININ ƏTİNİ YEMƏYƏ RAZI OLARMI?BU SİZDƏ İKRAH HİSSİ OYADAR.(qeybət də belədir)ALLAHDAN QORXUN.HƏQİQƏTƏN ALLAH TÖVBƏLƏRİ QƏBUL EDƏNDİR.RƏHMLİDİR.(Hucurat 12)

Elə insanlar da var ki,qeybət edib buna qeybət yox söhbət edirəm deyirlər.Bununla da ancaq özlərini aldadirlar.

Qeybəti etmək də ona qulaq asmaqda gunahdır.

Bir gün Məhəmməd Peyğəmbərdən (s.ə.s) soruşurlar:

Ya Peyğəmbər,əgər mən müsəlman qardaşım haqqında olmayan yox,olan sözləri danışıramsa,bu qeybət sayılır?

Peyğəmbər (s.ə.s) cavab verər:

Əgər olmayan sözləri danışarsansa bu iftira adlanır,yox əgər olan sözləri danışarsansa,bu qeybət adlanar.

 

Qiyamət günündə qulun əlinə savab dəftəri veriləcək, qul da əlinə verilən dəftərinə baxacaq və savablarının olmadığını görüb çaşaraq yanındakı mələklərdən belə soruşacaq:
Savablarıma nə oldu? Savab dəftərimdə görə bilmirəm.
Buna qarşı mələklər cavab olaraq:
Onu bunu çəkişdirdin,savabların onlara verildi.

Qeybətdə üç fəlakət vardır:
1 Qeybət edənin duası qəbul edilməz.
2 Yaxşı əməlləri qəbul edilməz.
3 Qeybət edənin günahları dayanmadan artar"



Rəvayətə görə İsrailoğulları böyük bir qıtlıq və quraqlığa məruz qalırlar. Musa (ə.s) dəfələrlə yağış duasını edir ,amma yağış yağmır. Cənabı Haqq ona içlərində qeybətcil birinin olduğunu vəhy edir.
Bu davam etdiyi müddətcə sənin və yanındakıların duasını qəbul etmərəm deyir.
Musa ə.s :
Ya rəbbim,onun kim olduğunu mənə söylə də onu aramızdan çıxarım.
Cənabı Haqq (c. c) buyurar ki:
Ey Musa! Mən sənə dedi-qodunu qadağan edərkən özüm dedi-qodumu edim.
Bunun üzərinə oradakılar tövbə etdi, bu səbəbdən yağış yağdı.
 
 

1 şərh

Dior
Alilmlər bildirmişdirlər ki, müəyyən hallarda qeybət etməyə icazə verilir. Bunlar aşağıdakılardır:
1. Şikayət etmək: Zülmə məruz qalan, məzlum birinin rəhbərə və yaxud hakimə və ya zülm edənin məsələsinə baxmağa səlahiyyəti və gücü olan şəxslərə şikayət etməsinə icazə verilir.
2 Fəsad, şərri dəyişmək və günahkarı doğru yola gətirmək üçün kömək istəmək. Məsələn, bir iş görə biləcəyinə, məsələyə əlac tapacağına ümid etdiyiniz birinə belə deyə bilərsiniz: «Filankəs və filankəs bu cür əməllər edir, ona söyləyin bu cür etməsin
3 Nəsihət və yaxud fətva almaq. Məsələn müftiyə: „Filankəs, mənim atam/qardaşım mənə bu cür etməklə zülm etmişdir, onun belə etməyə haqqı varmı? Mən bu problemi nə cür həll edə bilərəm və mənə toxunan zərəri necə aradan qaldıra bilərəm?
4 Müsəlmanları birinin fitnəsindən xəbərdar etmək, məsələn bəzi rəvayətçilər və yaxud şahidlər, müəlliflərin zəif cəhətlərini onlara başa salmaq, bildirmək. Bura həmçinin nöqsanlı malları alanı görmək və ya oğru, zinakar ilə dostluq edəni ondan xəbərdar etmək və yaxud qadın bir qohumunu bu cür kişi ilə evləndirməkdən çəkindirmək daxildir. Bu barədə siz onlara səmimi bir nəsihət etməklə bunu onlara bildirməlisiniz, fitnə (zərər) yaratmaq və fəsad yaymaq məqsədilə bu cür etmək olmaz.
5. Bir insan açıq aşkar şər işləyir və yaxud bidət yayırsa, məsələn içki içirsə və insanların malların qeyri-qanuni olaraq alırsa, onun bu əməlindən açıq-aşkar danışmaq olar. Lakin, başqa bir səbəb olmadıqca onun əleyhinə başqa cür danışmaq olmaz.
6. Tanımaq üçün: Əgər birinin zəif görürsə (zəif görmə qabiliyyəti olan) və yaxud kordursa və ya bir gözü varsa və ya axsaq isə (bu cür çağırılırsa) onu tanıtmaq üçün bu cür söyləmək olar. Lakin onu alçaltmaq məqsədilə bu cür söyləmək haramdır. Onu başqa cür tanıtmaq mümkünsə bu daha yaxşıdır.
Fətəvə əl-Ləcnə əl-Dəimə lil İftədə (26/20) deyilir: Buna ehtiyac, zərurət varsa şəriətdə dəlillərdə bildirildiyi kimi bir insanın qiyabında (onun iştirakı olmadan) müəyyən hallarda danışmaq olar. Məsələn, biri səninlə evlilik barəsində məsləhətləşirsə və yaxud biznes əməkdaşlığı etmək istəyirsə və ya biri səlahiyyət orqanlarına onun zülmünə son qoyulmasını şikayət edirsə. Bu halda onun xoşlamayacağı şeyləri onun haqqında danışmaq olar. Çünki bununla bir faydaya xidmət olunur.