Günah kimdədi?

Maraqlı gəncliyimiz var bizim.Qızlar oğlanlar tərəfindən aldananda deyirlər ki,oğlanlar vəfasızdı.Oğlanlar da deyirlər ki,ağlınız var aldanmayın.Görəsən tərəflər bir-birilərini günahlandırarkən günah hansı tərəfdə olur?Şəxsən mən belə hallarda günahı qızlarda görürəm.
Məsələn guya iki gənc bir-birini sevir,bir-birinə inanır.Sonda isə hər hansı bir anlaşılmazlıq üzündən söz-söhbət düşür.Yenidən barışıq elan olunur.Və tərəflər bir-birinə daha yaxın olmağa başlayırlar.Hər şeydə elə bu zaman başlayır.Ötəri bir hisslər üçün,qız öz nəfsinə qalib gələ bilmir.Elə bu zaman da oğlanın gözündən düşür.Fikirləşir ki,yəqin qızın xasiyyəti belədir.Mən olmayım,başqası olsun.

Qız isə başının boşluğu üzündən bütün həyatını alt-üst edir.Bəzən isə bu münasibətlər nigahdan kənar uşaqların doğulmasına zəmin yaradır.Həmin uşaqların da aqbətinin bəzən necə olduğunu yaxşı bilirik.
Oğlan da artıq qızdan uzaq gəzməyə başlayır.Özünə başqa macəralar axtarmağa başlayır.

ay qızlar,aldanmayın!

Amma bəzən elə olur ki,qızlar oğlanları aldadır.Yəni burda sırf qızları qurban kimi göstərmək bir az haqsızlıq kimi olur.Amma onu da nəzərə alaq ki,qızların belə hallarla qarşılaşması daha acınacaqlı nəticələr verir.
Buna görə də qızlar gərək öz mənliklərini,qürurlarını əldən verməsinlər.Hər şirin söz,hər şirin vəd gərək heç bir qızı yoldan çıxartmasın.Əgər hər iki tərəf bir-birinə yaxın olmaq istəyirsə,unutmasın ki,bunun üçün türklər demişkən "nigah masası" var.
 

1 şərh

ramzes

Birdəfəlik yazaydın ki, qızlar tutulurlar, bişirlər, oğlanlar, ilişdirilillər. Hər səviyyəsizə   qürurlu və mənlik anlayışını aid etmək  dəhşətdir, sözləri aid edəndə diqqətlə fikirləşin!