Toylara salınan pul

Deyirəm indi Vallah toylara getmək də artıq problem olub.Tək getsən gərək aşagısı heç olmasa 50 manat pul salasan.Əgər ayda 2 toya getsən onda gərək maaşının yarısını qoyasan orda.Tək də getmək olmur.Gərək ailənin bütün üzvləri ilə gedəsən.Qohum toyudur axı,yaxşı çıxmaz.Sonra deyərlər filankəs gəlmədi.
Hələ geyinib keçinməkdən danışmıram.Qadınların xərci lap çox çıxır.Paltarı,saç düzümü,makiyajı, manikürü.Kişilər də isə bi o qədər də problem deyil.Çünki təkcə kostyum ilə kifayətlənirlər.Əvəzində isə bütün xərclərdə elə onların boynuna düşür.
Nə isə,təki həmişə şadlıq olsune.Amma bir az israfçılıqdan da uzaq qaçmaq lazımdı.Süfrəyə də o qədər yerli-yersiz təamlar doldururlar ki,sonra da deyirlər menyu nə bilim 50 manatlıqdı,70 manatlıqdı.İndi pulun varsa gəl adambaşı 50 manat olan süfrədə,mədənin tutduğu 10 manatlıq təamın pulunu ver.

UPD. Milli Azərbaycan toyu necə olur?
 

14 şərh

fidan
Ooo! Müəllif ən yaralı yerə toxunub. Mütləq bu topikdə bütün problemləri sadalamalıyıq.
1.toya hazırlıq(geyim-gecim,makiyaj,saç düzümü)
2. yol pulu(maşının olub-olmamağından asılı olaraq,bəzən taksiyə çox pul verilir.
3. toyun özünə salınan pul
Məncə bu üç bəndi analiz etməliyik. Toy menysu söhbəti isə ayrı söhbətin mövzusudur.Onu bir ayrı mövzuda müzakirə edək.
Arzt
Demə demə.Yaman yaralı yeridi xalqın.Hələ Ramazan və Məhərrəm aylarından əvvəl və sonra intensivləşir toyların sayı.Hamı məlum məsələyə görə işini uzatmaq istəmir.Həm də toya salınan pulu çıxartmaq məsələsi də var ha:-)Bax o yeri yaman kədərlidir.Axşam vaxtı yeyilən o qədər qida+verilən pul.Can da gedir,pul da:-)
Raskolnikov
Toylarımızda inqilaba ehtiyyac var. Bu qədər israfçılıq dünyada heç bir nöqtəsində olmaz məncə.  Parti şəklində olsa daha yaxşı olar. Musiqi çalınsın, oynamaq istəyən oynasın. Ortalıqda bir neçə ofisant dolansın. Tamadaya da ehtiyyac qalmaz. Maraqsız şeirlərini də eşitmərik. Əsas da odur ki pul atmaq söhbəti də olmaz.
raqa
Bu günlərdə internetdə gəzişərkən youtube-də Azərbaycan toyu ilə bağlı maraqlı video ilə rastlaşdım. İndi Toyla bağlı mövzunu oxuyanda onu paylaşmaq qərarına gəldim. Buyurun baxın :)





 

Raskolnikov
Bu toya da bir göz atın. Yenilik istəyənlər öz toylarında bunu sınaya bilərlər =)





Wizard
Bu toydakıları(oynayanları) tanıyıram. Toy həyatımızda bir dəfə olur(Normal halda). Toyu da unudulmaz etmək lazımdır.Daha indiki şəhər toyları: 1. Toy 1-2 təbrik(Qohumlar) başlayır!2. Əflatün və Manafın mahnıları3. Ləzginka+ yenə də Mənaf4. Belə-belə iyirmi dəfə + diskoteka 5. Hamı evə'Bu toy olmadı' ('Bəyin oğurlanması' filmindən)
Arzt
Hər ikisi də bəyənilsin.
2ral
Çalışın mövzuya uyğun şərhlər yazın. Mövzu toy rəqsləri deyil,maddi imkanın toylarla əlaqəsidir.Offtop edənlərin reytinqi aşağı düşəcək.
raqa

Əslində bu video çarxı bu mövzuya deyil ayrıca olaraq sizlərlə bölüşmək istəyirdim. Nəsə onu fikirləşdiyim zamanda «Toy» mövzusu lap yerinə düşdü :)

Səbinə
Toylarda stolun üstünə 100 növ yemək qoyulur.Bu israfçılığın qarşısını almaq lazımdır.
1. yeyilmir və xarab olur
2. boş yerə artıq pul xərclənir.
Təklif edirəm ki,buna qarşı mübarizə aparmaq üçün bir şey fikirləşilsin.
Ferbara
Hesablasan toyda yediyin yeməyin dəyəri verilən puldan xeyli aşağıdı. Belə olanda adam toyunu bağda mağarda eləmək istəyir. ))
IDEAL
Yazıları oxudum bir məsəl yadıma düşdü. «Dəvəyə deyirlər ki, boynun əyridi -Deyir haram düzdü ki»
Leyla
Az toylarımızı pisləyin=)
kastanka
Əslində yuxarıda deyildiyi kimi həm toy həm də yas mövzusunda inqilab çox gərəklidir.Bir şeyi bilirəm ki,digər ölkələrdən fərqli olaraq biz toyu özümüzçün deyil,bizi bəlkə də heç yaxşı tanımayan bəzən də tamamilə yad bir insanlar üçün edirik.Bu  isə çox mənasızdır.Məncə toyda ən yaxın qohumlar və dostlar iştirak etməlidir. Həm toyun vaxtını da bir az qisaltmaq lazımdır.Əgər belə olsa israfçılıq da azalar və toylarımız daha gözəl və rəngarəng olar.Hamıya sevdiyi insanla ailə qurub xoşbəxt olmağı arzulayıram.