Puldan daha əhəmiyyətli olan...

    Bir sahibkar başdan-ayağa borcun içində idi və bundan çıxış yolunu tapa bilmirdi. Borc sahibləri onun üstünə çökmüşdülər. Mal verənlər ödəniş etməsini tələb edirdilər. O başını  əllərinin üzərinə salladıb, şirkətinin iflasdan nəyin qurtara biləcəyi haqda xəyala dalaraq, parkda skamyaların birində oturmuşdu. Birdən onun qarşısında naməlum qoca bir kişi peyda oldu. — Görürəm ki, sizi nəsə narahat edir, — dedi. Sahibkarı dinlədikdən sonra qoca dedi, — «Düşünürəm ki, sizə yardım edə bilərəm». O, sahibkardan adını soruşdu, bir çek imzaladı və «Bu pulları götürün. Düz bir ildən sonra burada yenidən görüşərik və siz onları bu vaxt mənə geri qaytara bilərsiz.» deyərək, onu (sahibkarın) əlininin içinə qoydu. Daha sonra arxaya çevrildi və qəfil göründüyü kimi də yoxa çıxdı. Sahibkar əlində o zaman dünyada ən varlı insanlardan biri olan Con Rokfeller tərəfindən imzalanmış 500000$ dəyərində olan çeki gördü. Mən problemlərimə bir anda son verə bilərəm! — deyə o düşündü. Amma buna baxmayaraq, sahibkar nağd olmayan çeki seyfinə qoymağı qərara aldı. Hətta onun varlığı barədə düşüncə belə, ona şəxsi biznesini qorumaq üçün çıxış yolu düşünməyə qüvvə verirdi.  O, bir daha yüksək nikbinliklə (optimizmlə) sərfəli sazişlər bağladı və ödəmənin şərtlərini genişlətdi. Ona bir neçə böyük satış icra etmək müvəffəq oldu. Bir neçə ay müddətində o, borclardan yaxa qurtardı və yenidən pul qazanmağa başladı. Düz bir il keçdikdən sonra o, həmin nağdlaşdırılmamış çeklə yenidən parka qayıtdı. Razılaşılmış vaxtda qoca yenidən peyda oldu. Və o zaman ki, sahibkar çeki qaytarmaq və uğuru haqqında hekayəsini bölüşmək istəyirdi, qaça-qaça bir tibb bacısı gəldi və qocanı saxladı. Onu tutduğuma elə şadam ki!- deyə, yüksəkdən dedi. — Ümidvaram ki, o sizi narahat etməyib. O, həmişə evdən qaçır və Con Rokfeller olduğunu danışır. Sahibkar təəccüb edərək, sadəcə karıxmış halda durmuşdu. Bütün il ərzinə o hərləndi və biznes qurdu, alaraq və sataraq, əmin olmuş halda, nə var ki, onun yarım milyon dolları var. Qəfildən anladı ki, onun həyatını alt-üst edən real və ya xəyali olan pullar olmayıb. Bu, hal-hazırda malik olduqlarına çatmaq üçün ona qüvvə verən yeni inamı (qətiliyi) idi. Sizin, üzərinizə təşəbbüs götürərək, şəxsi oyununuzu oynamağınız gərəkdir. Həlledici anda qətilik ən mühüm (başlıca) rolu oynayır.   Tərcümə və tərtib etdi: Fərid Abdullah.
 
loading...

0 şərh