Bir uşağın gözündə zənginlik

Bir dəfə zəngin bir ailənin atası insanların nə dərəcədə kasıb ola biləcəyini göstərmək üçün kiçik oğlunu kəndə, fermaya aparmaq qərarına gəlir. Onlar gündüzü və gecəni çox kasıb bir ailənin fermasında keçirdirlər.Evə qayıtdıqları zaman ata öz oğlundan soruşdu:
— Səyahət necə, xoşuna gəldi?
— Bu olduqca gözəl idi, ata!
— Gördünmü, insanlar nə dərəcədə kasıb ola bilir? — deyə, ata soruşdu.
— Bəli.
— Beləliklə, bundan nə öyrəndin?
Oğul cavab verdi:
— Mən gördüm ki, bizim evdə bir it, onların isə dörd iti var. Bizim bağın ortasında çarhovuz var, onların isə, kənarı görsənməyən buxtası (kanal). Biz öz bağımızı lampalar ilə işıqlandırırıq, onlara isə ulduzlar işıldayır. Arxa həyətdə bizim eyvanımız, onların isə, bütöv bir üfüqü (mənzərəsi) var. Oğlunun bu cavabından sonra atanın dili tutuldu.
Oğul isə, sözlərinə əlavə etdi:- Bu insanların nə qədər dövlətli olduqlarını mənə göstərdiyin üçün, çox sağol, ata.  

«Uğurun tarixləri»
Çevirdi: Fərid Abdullah   
 

4 şərh

pascal
Çox gözəl hekayədir. Bu hekayə internet saytlarında yetəri qədər var, bir də niyə zəhmət çəkib tərcümə edirsiniz, copy də etmək olar. Özünüz bilən yaxşıdır yenə. :) 
babayeva_sabina
təşəkürlər maraqlı idi:)