Ağıllı cavab

Pulla görə evlilikAmerikan forumlarının birində bir qız sorğu vermişdi:
«Mən gözəl, şən və ağıllı qızam. Gəliri il ərzində 500 min dollardan az olmayan oğlana ərə getmək istəyirəm.»
Cavan maliyyəçilərdən biri tənbəllik etməmiş və ona əsaslı cavab vermişdi:
«Mən sənin sözlərini böyük maraqla oxudum. Və bunun hamısını belə görürəm.
Mənim kimi oğlan üçün sənin təklifin düzü, pis sövdələşmədi. Əgər qısaca desək, sən mənim pullarımın əvəzində öz gözəlliyini təklif edirsən. Çox gözəl. Axı sənin gözəlliyin solacaq, amma mənim kapitalım ancaq artacaq. Əlbəttə, mənim kapitalımın artması tam dəqiq olmaya bilər, amma sənin gözəlliyinin artmayacağı tam dəqiqdi!
Beləliklə, iqtisadiyyat dili ilə desək, sən — köhnələn aktivsən, mən isə — gəlirli aktivəm. Sən sadəcə köhnələn aktiv deyilsən: sənin dəyərin sürətlə düşür, 10 il sonra sənə heç kim baxmayacaq. Səni almaq (sənin dediyin kimi) — uğursuz biznesdi, buna görə səni icarəyə götürsəm, daha yaxşı olar.
Əgər mənim sözlərim sənə çox sərt görünərsə, düşün, əgər mənim pullarım yox olsa, sən də mənim kimi hərəkət edəcəksən. Belə ki, hüquq üzrə, sənin gözəlliyin solandan sonra mən bu aktivdən canımı qurtarmalı olacam. Bu çox sadədi. Buna görə mənim üçün sərfəli sövdələşmə görüşməkdi, toy deyil.
Ümid edirəm ki, mən sənə kömək etdim. Hə, əgər icarə variantlarını müzakirə etməyə hazır olsan, mənə xəbər et!»
 

9 şərh

velili_hemide
çox  ağıllı cavabdır… bəlkə də təhqirdir :)))
Ferbara
Qadın o cür axtarışla ilk özünü təhqir etmiş oldu artıq. :)
_BUMERANQ_
Eynən. Özünə hörmət etməyənə heç kəs hörmət etmir.
2ral
Məqaləni daha dolğun etmək olardı: qızahəmin cavabı yazan James Dimon dünyanın ənböyük banklarından birinin J.P.Morgan-ın icraçı direktorudur. İllik maaşı 27.5 mln. dollardır.
Ferbara
Əvəzində forum sözünü əsl məlumat olan linkə bağlamışam. :)
asel
Əməlli-başlı qadını təhqir edib ki 
pascal
Bu insan dünyaya iş adamı kimi doğulub. Əsl iş adamı kimi də, əsasən də son cümləsiylə, qıza «layiqli cavabını verib». :)
Ferbara
Nə ürəyimdən tikan çıxardıb… :))

 
imtogrul
super)))  Yazıya və şəkilə görə gülümsəməyə dəyər