XOLiNERGiK SiNAPSLARA TƏSİR GÖSTƏRƏN MADDƏLƏR

Xolinergik sinapslar mərkəzi sinir sistemində, periferik qanqlionlarda, xolinergik sinirlərin  postqanqlionar liflərinin sonluqlarında və s. yerləşir. Sinapslar impulsların işcil orqanlara verilməsi və ya onların inhibə olunması prosesində iştirak edən fəal funksional törəmələrdir. Onların quruluşu tam aydinlaşdırılmamışdır. Sinaptik kontakt (impulsun sinirdan sinira və yasinirdən işcil orqana ötürülməsini təmin edən törəmə) presinaptik membrandan, postsinaptik membrandan və onları  biri-biri ilə alaqaləndirən sinaptik boşluqdan ibarət olduğu məlumdur.

     Sinapsların  akso-somatik və aksodentrit növü məlumdur. Presi­naptik membran neyronların cismində və ya dentritində olur, impulsları qəbul edir və mediatorların azad olmasını tənzimləyir. Postsinaptik membran isə sinir hüceyrəsinin cismi və dendriti ilə effektor hüceyrələrin iştiraki hesabına əmələ gəlmişdir. Mediatorların  köməyi ilə impulsların işcil orqana ötürülməsində iştirak edir. Həmin membranın müəyyən hissəsinndə asetilxolinlə əlaqəyə girə bilən xolinoreseptorlar olur.Presinaptik va postsinaptik membranlar arasinda sinaptik boşluq qalir.Həmin boşluq hidratlaşmış hel ilə və xolinesteraza ila dolu olur.

     Müəyyanləşdirilmişdir ki, xolinergik sinapslar lokalizasiyasina görə müxtəlif olduqlari kimi, bəzi maddələrə qarşı həssaslıqlarına görə də biri-birlərindən fərqlənir. Bəzi xolinergik sinapslar muskarinə qarşı çox yüksək cavab reaksiyasi verdiyi halda digər xolinergik sinapslar nikotinə qarşı yüksək cavab reaksiyası verir. İlk dəfə 1946-ci ildə S.V. Anickov xolinergik sinapslrın postsinaptik xolinoreseptorlarının muskarinə həssas va nikotinə həssas xolinoreseptorlara bölmək təklifini irəli sürmüşdür. Odur ki,şərti olaraq muskarinə həssas olan xolinoreseptorlar m-xolinoreseptorlar, nikotinə hassas olan xolinoreseptorəar isa n-xolinoreseptorlar adlandırılmışdır.

     Son zamanlar mi, m2 və mj -xolinoreseptorlarının mövcud olmasü muəyyənləşdirilmişdir. mi-xolinoreseptorlar vegetativ qanqlionlarda (sinapslardan kənar) və M.S.S-də (beyin qabığında retikulyar formasiyada),m2 xolinoreseptorlar ürəkdə həm pre və həm də postsinaptik membranda: Presinaplərin stimulə olunması asetilxolinin azad olmasını zəiflədir, m3-xolinoreseptoriar isə saya əzələlərdə və şirə vəzilərində yerləşir.m2,m3 -xolinoreseptorlara təsir edən maddələrin törətdiyi effect m-xolinoreseptorların ümumi effektinə uyğun olduğu üçün söhbət məlum ümumi m-xolinoreseptorlardan gedir.

     M-xolinoreseptorlar postqanqlionar xolinergik sinir lifləri ilə innervasiya olunan orqanlarin effektor hüceyrələrinin postsinaptik memranında, o cümlədən saya əzələlərdə,şirə vəzilərində, mərkəzi sinir sistemində, həyati mərkəzlərdə, böyrəküstü vəzinin beyin maddəsinin xromaffin hüceyrələrində, sinir-əzələ sinapslarında,sinokarotit yumaqciqda, beyin qabığında, Renşou hüceyrələrində, piramid sistemdə yerləşir. Onların mediatoru asetilxolindir.Xolinergik dərmanlar sinapslardan impulsarın  nəql olunmasina, asetilxolinin sintezinə, azad olmasına, hidrolizinə,xolinin peresinaptik udulmasına stimuləedici ve ləngidici təsir göstərməklə keçiriciliyi asanlaşdıra və ya çətinləşdirə bilər. Asetilxolinin azad olmasi va tanziminda eks-elaqa prinsipi əsasında presinaptik m2-xolinoreseptorlar və D2 adrenoreseptorlar yaxından iştirak edir. Onların stimulə olunmasi asetilxolinin azad olmasını dayandırır.Xolinoreseptorlar nahiyəsində impulsların nəql olunmasına, göstərdiyi ümumi təsir xüsusiyyətinə görə tibdə bu dərman maddələri iki böyük qrupa bölünür:

1. Xolinoreseptorlar nahiyəsində impulsların nəql olunmasını stimullaşdıran maddələr (xolinomimetiklar).

2. impulsların nəql olunmasını ləngidən maddələr (xolinoblokatorlar).

    Dərman maddələri xolinoreseptorlara göstərdiyi seçici farmakoloji təsirə göra bir neçə qrupa bölünür:

1.Əsasən m- və n- xolinoreseptorlara (eyni vaxtda) təsir göstərən maddələr.

2. Yalniz m- xolinoreseptorlara təsir göstərən maddələr.

3.Xolinestereza fermentini blokada edən (antixolinesteraz) maddəlar.

4.Əsasən n-xolinereseptorlara təsir edən maddələr.

Eyni vaxtda m və həm də n-xolinoreseptorlara təsir edən maddələr iki yarımqrupa bölünür:m və n xolinoreseptorlan stimula edən və blokada edən maddələr.

M və n- reseptorlari stimulə edən maddələrə asetilxolin,karbaxolin, m və nreseptorları blokada edən maddalərə isə siklodol,dinezin, tropasin və s.aid edilir.

Yalniz m-xolinoreseptorlara təsir edən maddələr də iki yarımqrupa bölünür:

M-xolinoreseptorları stimulə və blokada edən maddələr.

Mxolinoreseptorları stimulə edən maddələrə pilokarpin hidroxlorid, aseklidin,m xolinoreseptorlar blokada edən maddələrə isə atropin sulfat, platifillin hidrotartas, metasin, “aeron” tableti, skopolamin hidrobromid va s. aiddir.

M xolinoreseptorlara təsir edən maddələr isə qanqlion sinapslarına və sinir-əzələ sinapslarina təsir edən maddələr yarımqrupuna bölünür.

Qanqlion sinapslarına təsir edən maddələr öz növbəsində periferik qanqlionlari oyadan və ləngidən maddələrə bölünür.

     Qanqlionlari oyadan maddələrə nikotin, sititon, lobelin hidroxlorid və s. qanqlionları blokadaedən maddələrə pirilen, imexin, pentamin, benzoheksonium, dimekolin, paxikarpin hidroyodid, temexin, hiqronium və s. aid edilir. Skelet əzələlərinin sinapslarına edən maddələrə kurareyebenzar maddələr də deyilir. Onlar bu qruplara bölünür:

1.Antipolyarizəedici maddələr (antrakuriyum,diplasin,melliktin,tubokurarin)

2.Depolyarizasiyaedici maddələr (ditilin)

3.Qarışıq təsir xüsusiyyətinə malik maddələr (dioksonium)

 
 

0 şərh