Masturbasiyanın ziyanları

Masturbasiya (lat. manus — əl + turbare — tərpətmək) — cinsiyyət üzvlərinin orqazm prosesi baş verənə qədər stimulyasiyası.
Məşhur həkimlərdən biri onanizm (masturbasiya) vərdişinin ziyanları barəsindəki kitabında bəzi həkimlərin
bu barədəki müşahidələrini belə nəql edir:
Hufman deyir:«On beş yaşından bu iyrənc vərdişə aludə olub onu 23 yaşına kimi davam etdirən bir gənclə rastlaşdım.
O, fiziki cəhətdən elə zəifləmişdi ki, kitab oxumaq istəyəndə gözləri qaralır,başı ağrıyırdı.Qarabasmaya bənzər bir hala düşmüş,
sərxoş adamlar kimi baçgicəllənməyə düçar olmuşdu.Gözünün hədəqəsi adi haldan çox genişlənmişdi və gözünün dibində
möhkəm ağrı hiss edirdi.»

Dr.Hotçinsonun müşahidələri sübut edir ki,cinsiyyət orqanına aid bütün narahatlıqlar onanizmin nəticəsidir və gözün tor qişa
və damar təbəqəsində olan narahatlıqların da kökü budur.(Diqqət edin!)
Müəllif həmçinin yazır:
 -«Bu çirkin vərdişə aludəliyin ilk nəticəsi,onun gözün güc və şəffaflığını aradan aprması,üzün özünün əsl rəngini itirməsi və
solğunlaşmasıdır.Bu bəlaya düçar olanlarda elə də yüksək ağıl və dərrakə müşahidə edilmir.Onların üzündə tutqunluq
görünür,gözləri tünd rənglə əhatə edilir.Bundan sonra onların müxtəlif bədən üzvlərində süstlük və zəiflik müşahidə edilir.
 
     Yaddaş zəifliyi,iştahasızlıq,həzm problemi,təngnəfəslik,dillə deyilməsi mümkün olmayan dərəcədə davranış və xarakterdəki
dəyişkliklər,paxıllıq,qəm-qüssə,kin-küdurət,malxulya,tərki-dünyalıq və tənhalıq bu cinsi sapıntının acı nəticələrindəndir».
         Bu həkim öz kitabının digər bir yerində bunu da əlavə edir ki,onanizm qan azlığına ,fiziki və psixoloji zəifliyə,həmiçinin
başgicəllənməyə,qulaqlarda səs-küyün yaranmasına,bel ağrılarına,tənəffüsün çətinləşməsinə,yaddaşın zəifləməsinə,arıqlmağa,
zəiflik və süstlüyə,bir sözlə,bədənin öz gücünü itirməsinə səbəb olur və beş hissiyyat üzvü ilə yaxın əlaqəyə malik olduğu üçün
xüsusən,göz və qulağa mənfi təsir göstərir.(Diqqət edin!)
 
        Bu çirkin cinsi azğınlığa adət etmək bədənin xəstəliklər qarşısındakı müqavimətini ciddi şəkildə zəiflədir.Həmin həkim deyir:
-«Bu pis adətə düçar olan şəxslər ağır xəstləliklərdən birinə tutulduqdan sonra ölümün çəngindən asanlıqla qurtula bilmirlər».
 
Bu çirkin əməldən qurtulmaq üçün nə etməli?
İlk öncə bu əməli tərk etmək üçün qəti şəkildə qərar qəbul etmək lazımdır.Daha sonra isə aşağıdakı 10 göstərişə əməl olunması sizə
kömək edəcək.Bu göstərişlər kiməsə sadə görünə bilər amma əməl mərhələsində onların möcüzəli təsirə malik olduğunu görəcəksiniz:
 
1)Hər hansı süni təhrikdən çəkinmək.(Erotik filmlər,şəkillər,təhrikedici səhnələrə baxmaqdan çəkinmək)
2)Heç bir boşluğu olmayan mükəmməl proqramın hazırlanması.Belə ki,sizin o əməl barəsində düşünməyə belə vaxtınız qalmamalıdır
3)İdmana xüsusi diqqət.İdmançıların cinsi məsələlərə az maraq göstərməsi məşhurdur.
4)Hər hansı bir pis işin yerini başqa bir adət tutmalıdır.Psixoloqlar deyirlər ki,hər hansı pis bir adəti tərgitmək üçün yaxşı bir adət
tapmalı və həmin pis adət bu yaxşı adətlə əvəzlənməlidir.
5)Təklikdən çəkinmək.Bu cür şəxslər bir mənalı şəkildə, tək qalmaqdan çəkinməlidir.
6)İlk fürsətdə evlənmək.
7)Təlqin və iradənin gücləndirilməsi.
8)Tam çəkinmək.Həmişə ,xüsusilə bu adətin tərgidilməsi dövründə,pozğun və bu adətə aludə olan insanlarla ünsiyyətdə olmaqdan,
onlarla oturub-durmaqdan,vəbaya yoluxmuş adamdan qaçılan kimi qaçmaq lazımdır.
9)Ümumi gücləndirmə və qida rejimi.Bədənin güclənməsinə səbəb olan kamil və sağlam qida rejimi də,bu əməlin tərgidilməsində,bir çox hallarda nəzərə çarpacaq dərəcədə böyük təsir göstərir.Soyuq suyla çimmək(əlbəttə,hava şəraiti mübasib hallarda) və sonra bədəni dəsmal ilə masaj etmək də bu şəxslərə kömək edə bilər.
10)İmanın gücü və dini etiqaddan yardım diləmək.İmanın gücü və dini etiqa bu çirkin adətə aludə olanlara ən böyük kömək edə bilər,onları tez bir zamanda
bu pis vərdişin çəngindən qurtara bilər.Bu cür adamlar özlərini ,əsla,lənətlənmiş və Allah dərgahından qovulmuş hesab etməməlidir.
 
«Gənclərin cinsi problemləri»kitabından

11 şərh

azadmamedov90
Bunu cinsi problemlər adlı bloqda yayımlasaydız adına uyğun olardı. Dünyanın bir çox ölkələrində camata «yardım etmək» üçün hər an əllərindən gələni edirlər ki, insanların soyunu bir təəfdən də belə qırsınlar.
Guilty
Ən dəhşətlisi də bunu bəzilərinin adi bir şey kimi göstərmək cəhdləridi.
azadmamedov90
Zənnimcə insan yeməyi ə su içməyi də adiləşdirir zamanla təkrar etdikdə. Sokrat demişkən, mütləq evlənin, yaxşı arvadınız olsa xoşbəxt, pis olsa filosof olarsız…
Türkəl
Məncə bu yazı dini mövzulu bloqda olmalıdır. Çünki bu daha çox hansısa dindarın uydurmasına bənzəyir. Məsəlçün yazıda «məşhur həkimlərin» soyadı verilir (Hufman, Hotçinson), lakin onların nə adı, nə də işlədikləri klinika/xəstəxana göstərilir. Halbuki elmi məqalələrdə mənbə kimi göstərilən mütəxəssislər barədə tam məlumat verilməlidir.
Ən gülməlisi isə odur ki, əgər masturbasiya fiziki cəhətdən ziyanlı bir şeydirsə, onda ənənəvi seks də ziyanlı sayılmalıdır. Hər iki proses eyakulyasiya ilə bitir və bir-birindən çox fərqlənmir. Masturbasiya yalnız mənəvi cəhətdən ziyanlı bir şey ola bilər.
Bu məqalə daha satiraya oxşayır.
Guilty
Hörmətli Türkəl bəy,bu yazı sadəcə kitabdan çıxarılmış bir hissədir.Hər hansı bir dindarın uydurması deyil.Əlavə məlumat və mənbələri həmin kitabdan əldə edə bilərsiniz.Seks və masturbasiyanın eyniləşdirilməsinə hansı əsasınız var.Seksdə pantyor olur amma masturbasiyada hər hansı pantyora ehtiyac yoxdur.Masturbasiya cinsi ehtiyacı nəinki ödəyir hətta daha da artırır.Seks isə belə deyil.Bu barədə daha çox həm də obyektiv məlumatlar oxuduqdan sonra fikir bildirsəydiniz daha gözəl olardı.Həyatda uğurlar sizə. 
Türkəl
Bəy, kitabın müəllifi qeyd olunmayıb heç (original adı və ISBN kodunu demirəm heç). Partnyorun olub olmaması gözlərə ziyanı necə dəyişdirə bilər axı, hər iki proses eyakulyasiya ilə bağlıdır.
Bir daha deyirəm, mənəvi cəhətdən doğrudan da ziyandır.
Guilty
Kitabın müəllifi:Nasir Məkarim.İSBN 978-9952-8140-7-1
Partnyorun olub olmaması gözlərə ziyanı dəyişmir deyirsiniz amma masturbasiya zamanı fərdin özünün bütün əzələlərini bu işə cəmləməsi,özünə ağır təzyiq göstərməsinin gözlərə də ziyanı var.Seksdə isə bu müşahidə olunmur.Daha ətraflı həkimlərdən məlumat ala bilərsiniz.Təbii ki,hər həkimdən yox.Bu məsələlərdə mütəxəssis olan həkimlərdən.
Türkəl
Ayətullah Nəsir Məkarim Şirazi, dindar oluğunu demişdim ))) Özü də şiə müsəlmanı :D
Mən sekslə məşğul olduqda kifayət qədər təzyiq hiss edirəm, çünki partnyoruma da həzz verməliyəm. Sizi bilmirəm)
Həkimlərə gəldilkdə isə, biləsiniz ki, bu sahədə ixtisaslaşmış həkim yoxdur. Amma adətən alman həkimlərin ətrafında oluram, onlara desəm yəqin gülərlər buna. Dediyiniz ISBN isə heç bir nəticə vermədi google-da :) Bir ukraynalı dostumdan sitat gətirmək istəyirəm: «masturbasiyanı pisləyənlər hamıdan ikiqat artıq bu işlə məşğul olur»
Mən də Sizə uğurlar arzulayıram, əsasən də cinsi həyatınızda)
Guilty
Siz insanların dini seçiminə görə elm səviyyəsini ölçürsünüz?Qorxmuyun soruşun.Artıq mən sizin bu haqda heç bir məlumatınız olmadığı qənaətindəyəm.)Yəqin ki,məşğul olanlar onun acı nəticələrini təcrübə etdiyi üçün pisləyir.Əgər ingilis dili məlumatınız varsa,bu sayta da baş çəkə bilərsiniz yourbrainonporn.com/ .Birdəki bir müddət peşəkar idmanla məşğul olduğum üçün bu məsələni çox araşdırmışam. ;) Dünyanın bir çox ölkəsindən olan həkimlərlə məsləhətləşmişəm.Yəni ki,özümdən demirəm bunları. ;) Bəs sizin birmənalı olaraq masturbasiya etməyin güya ziyanı olmamasını müdafiə etməyiniz nə ilə bağlıdır?Öz vicdanınızı sakitləşdirmək istəyirsiniz yoxsa nə?Sizə də uğurlar amma sizə aid olmayan yerə burnunuzu soxmasanız sizin üçün daha yaxşı olar.(Cinsi həyatımın sizə heç bir dəxli yoxdur.) Vaxtınız olsa bu haqda kitab oxuyun,həkimlərdən soruşun.Sonra sizin cahilliyinizin cavabını biz verməli oluruq.Gedin dediklərimi elədikdən sonra gəlib şərh yazarsınız. ;) Lazım olsa görüşüb söhbət də edə bilərik.
Türkəl
Burnumu soxmaq? Çox əsəbisən. Sənin kimi dindoşdan fərqli olaraq cinsi həyatım zəngindir. Bu haqda kitab? Bu haqda kitablar olmur əzizim, sivil ölkələrdə yeniyetmələrin onanizmlə məşğul olmasına normal baxırlar və bunu problemə çevirmirlər. Bu məsələ ilə şəxsən məsləhətləşdiyini özün etiraf etdin? Nə ilə bağlıdı?

Hə, söhbət din və elmdən getmişkən Nobel mükafatı almış dindarların sayı mənə maraqlıdır))
Guilty
Əsəbi?Çox pessimistsən.Dindoş deməkdən sənin necə əsəbi olduğun bəllidi.)Bu haqda kifayət qədər kitab var əzizim.Sivil ölkə insanlardan ibarət deyil?Bu da insanlar üçün ziyandı.)Mən sizə 5 il bundan öncəsindən xəbər verdim.)Nobel mükafatı alan müsəlmanlar çoxdu hələ bu zamanlarda o haqda kitab da tərcümə olunub.Və ən əsası sən mənim tapşırığıma əməl etmədin.)Dediklərimi edəndən sonra sənə şərh yazmağı tapşırmışdım.Amma sən yenə öz cahilliyinlə buraları bəzədin.Sən söhbəti yenə şəxsiləşdirdin.Mənim cinsi həyatımın sizə bu qədər maraqlı olmasına səbəb ?Sənin o dindoş sözünə görə səni hətta məhkəməyə vermək hüqüumun olmasını bilirsən?Bu baxımdan da cahilliyini bəlli etdinTəbriklər.))
Topik müəllifi şərh yazmağa qadağa qoyub