Oxuduqlarımızın yadda qalması üçün

Oxu olmadan müasir insanın heyatını tesevvür etmək mümkün deyil, hətta televiziya ve radioda bizə ümumi intellektual inkisaf ücün zəruri olan informasiani bütünlükle verə bilməz. Statistikaya gore, insan nəyisə oxuduqdan hətta 24 saat sonra yaddasında qalan informasiya cəmi 20% təşkil edir.
Əgər oxuma üsullarını tam olaraq istifadə etsəniz bu rəqəmlər 80%-dək artırıla bilər. Bundan əlavə həmişə çalışın sizə maraqlı olan və sizi motivasiya edəcək məlumat, məqalə, kitab və s. oxuyasınız.
Əks halda bir müddət sonra siz oxuduqlarınızı heç vaxt tam xatırlaya bilməzsiniz. Oxuduqlarınızın daha yaxşı yadda qalması üçün siz bu qaydaları yadda saxlamalısınız;
 
1. Pisixoloqlar tez-tez informasiyanın daha yaxşı yadda qaldığını qeyd edirlər. Bundan basqa çalışın mətni xətt üzrə ziqzaq şəkilli oxumaqdansa üstdən aşağı (bir baxışda bir cümlə vəya daha çox) oxuyasınız. Oxuyarkən heç zaman geri qayıtmayın bir söz vəya cümləni bir neçə dəfə oxumaq yolverilməz haldır. Belə edərkən informasiya qəbulu dahada pisləşir.
 
2. Hər hansı informasiya ən yaxşı səhərlər yadda qalır. Beyin səhərlər və gecə informasiyanı daha yaxşı qəbul edir. Bu vəziyyət fərqlidə ola bilər, insanların beynin işləmə prosesi fərqlidə ola bilər.
 
3. Heç vaxt bərkdən, səsli tərzdə oxumayın. Bu sizin oxuma sürətinizi azaldır və beyni həmçinində sinir sistemini tez yorur. Həmişə səssiz oxumaq lazımdır.
 
4. Hər bir yazını bitirdikdən sonra oxuduqlarınız haqqda qeydlər aparmağı unutmayın. Məsələn bədii ədəbiyyat oxuyursunuzsa oradakı bəyəndiyiniz sözləri, şeirləri, aforizmleri və s. qeyd edin. Bu həm sizin söz bazanızı artıracaq,həm də, ən əsası siz bir müddət sonra həmin yazını yadınıza salmaq istədikdə qeydlərə baxmaqla oxuduqlarənızı xatırlaya biləcəksiniz.
 
5. Çalışın oxuduqlarınızı ailə və ya dostlarınızla müzakirə edəsiniz.
 
6. Hər hansısa sənəd əsərin oxuduqda çalışın onun haqqında olan ədəbi-tənqidi fikirləridə oxuyasınız.
 
7. Unutmayən siz oxuduqlarınızı kiməsə danışmaq, onlarla fikirlərinizi müzakirə etməklə məlumatları beyninizdə təkrarlamış olursunuz.
 
Oxumazdan əvvəl yerinizin rahat olması, əhvalınızı yaxşı olması vacibdir. Əgər yorğunsunuzsa, əhvalınız pisdirsə oxuduqlarınızın yadda qalması sual altındadır və əksər hallarda əlavə vaxt itkisidir.
 
Qeyd; Bu mənim buradakı ilk yazımdır səhvlər varsa üzrlü sayın.
 

0 şərh