Sirius Ulduzu

 

 

Qurandakı bəzi anlayışları XXI əsrin elmi faktları ilə qarşılaşdırdıqda qarşımıza Quran möcüzələri çıxır. Bunlardan biri «Nəcm» surəsinin 49-cu ayəsində haqqında bəhs edilən Sirius ulduzudur:


Şiranın (Sirius ulduzunun) da Rəbbi Odur! (Nəcm surəsi, 49)

Ərəbcə "Şira" adlanan Sirius ulduzunun «ulduz» mənasını verən «Nəcm» surəsinin 49-cu ayəsində işlədilməsi çox diqqətçəkəndir. Çünki elm adamları gecələr göy üzündə ən parlaq ulduz olan Siriusun qeyri-müntəzəm hərəkətlərinə əsasən, onun cüt ulduz olduğunu kəşf etdilər. Buna görə də Sirius, Sirius A və Sirius B adlandırılan iki ulduzdan ibarət qoşa ulduzdur. Daha böyük olan Sirius A Yerə Sirius B-dən daha yaxındır və gözlə görünən ən parlaq ulduzdur. Sirius B ulduzunu isə teleskopsuz görmək mümkün deyil.

Sirius ulduzları bir-birlərinə doğru yay formasında çevrə çəkirlər və hər 49.9 ildə bir-birlərinə yaxın məsafədə trayektoriya cızırlar. Bu fakt Harvard, Ottava və Leysester Universitetlərinin astronomiya fakültələrinin yekdilliklə qəbul etdiyi elmi həqiqətdir. 55 Bəzi mənbələrdə belə bildirilir:

Ən parlaq ulduz olan Sirius, əslində, qoşa ulduzdur. Orbitində fırlanma müddəti 49.9 ildir. 56

Məlum olduğu kimi, Sirius-A və Sirius-B ulduzları bir-birlərinin ətrafında hər 49.9 ildə bir dəfə qoşa yay şəkilli çevrə çəkərək fırlanırlar. 57

Burada diqqətçəkən cəhət iki ulduzun bir-birləri ətrafında fırlanarkən yay şəkilli qoşa çevrə əmələ gətirməsidir.

Ancaq XX əsrin sonlarında məlum olan bu həqiqət möcüzəvi şəkildə 14 əsr əvvəl Quranda bildirilmişdir. «Nəcm» surəsini 49-cu və 9-cu ayələri birlikdə oxunduqda bu möcüzə qarşımıza çıxır:

Şiranın (Sirius ulduzunun) da Rəbbi Odur! (Nəcm surəsi, 49)

(Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu. (Nəcm surəsi, 9)

«Nəcm» surəsinin 9-cu ayəsindəki «onların arasındakı məsafə» ifadəsi bizə bu iki ulduzun orbitinin bir-birlərinə yaxınlaşdığını bildirir (ən doğrusunu Allah bilir). Quranın vəhy edildiyi dövrdə kəşf edilməsi qeyri-mümkün olan bu həqiqət Quranın uca Rəbbimizin sözü olduğunu göstərir.

0 şərh