Рейтинг
+10.05

Hüquq

14 üzv, 5 topik

Hamilə qadınların və anaların hüquqları

Hamiləlik və əmizdirmə dövrü hər bir qadın və onun ailəsi üçün çox çətin və məsuliyyətli bir dövrdür. İşləyən və ya təhsil alan qadınların bu dövrdə məsuliyyətləri daha da artır. Üstəlik bəzi problemlərlə də üzləşirlər. Çünki, hamiləlik vaxtı qadınlar gərgin iş rejimində çalışa bilmir, əmizdirmə dövründə isə hər 2–3 saatdan bir körpənin yanında olmaq lazım gəlir.

Bu çətinlikləri aradan qaldırmaq üçün dövlətlər analara bəzi güzəştlər tətbiq edir, onlara xüsusi hüquqlar verirlər. Bu hüquqlar əmək, cinayət, ailə və s. məcəllələrdə öz əksini tapır.

Lakin təəssüf ki, bəzən anaların öz hüquqları ilə bağlı məlumatları olmur və bəzi iş yerlərində onların bu hüquqları çox tez–tez pozulur. Bunları nəzərə alaraq, biz Azərbaycan Respublikasının Əmək Məcəlləsində hamilə qadınların və süd verən anaların hüquqları ilə bağlı bəzi məqamları oxucularımızın diqqətinə çatdırırıq.
Davamı →
 

Azərbaycan Respublikasının Mülki Məcəlləsindən çıxarış:

Maddə 965. Hesabdan pul vəsaitinin silinməsinin növbəliyi

965.1. Hesabdakı pul vəsaitinin məbləği hesaba qarşı irəli sürülən bütün tələbləri ödəməyə kifayət etdikdə hesabdan bu vəsaitin silinməsi müştərinin sərəncamlarının və hesabdan silməyə dair digər sənədlərin daxil olduğu ardıcıllıqla (təqvim ardıcıllığı) həyata keçirilir, bu şərtlə ki, qanunda ayrı qayda nəzərdə tutulmasın.
965.2. Hesabdakı pul vəsaiti müştərinin sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə hesabdan pul vəsaiti aşağıdakı ardıcıllıqla silinir:
965.2.1. birinci növbədə həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi haqqında tələblərin, habelə alimentlərin tutulması haqqında tələblərin yerinə yetirilməsi üçün hesabdan pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi üzrə hesabdan silmə həyata keçirilir; 


Ardı →
 

Əqdlər

  • Hüquq
. 1. Mülki-hüquqi əqdlərin anlayışı;
. 2. Əqdlərin hüquqi təsnifi;
. 3. Əqdin qanunla nəzərdə tutulmuş forması;
. 4. Əqdlərdə razılıq anlayışı;
. 5. Əqdlərdə əvəzli və əvəzsizlik əlaməti;
Davamı →
 

Cinayətkarın şəxsiyyəti

Cinayətkarın şəxsiyyəti dedikdə fərdin bu və ya digər cinayət əməlini törətməsini şərtləndirmiş tipoloji keyfiyyətlərin məcmusu başa düşülür. Cinayətkarın şəxsiyyəti anlayışı özünə biofizioloji, sosial-demoqrafik, sosial-psixoloji, intellektual, emosional, iradi, eləcə də funksional əlamətlərin kompleksini daxil edir.

Ardı →
 

Azərbaycanda dil hüququ

Hər bir insan başa düşməlidir ki, dil qədər insanlığın, mədəniyyətin, mənəviyyatın və s. inkişafına təsir edəcək digər bir vasitə yoxdur. Dilin yaranması ilə insan özündə heç nə ilə müqaisə olunmayacaq yaradıcı bir güc, bir enerji mənbəyi tapmışdır. İnsan dilin köməyi ilə nəinki öz ağlının, zəkasının, təfəkkürünün enerjisindən istifadə etmək imkanı qazanmış, həm də bütün yaradıcılıq mənbələrindən, təbiətin ona bəxş etdiyi enerjisindən ağılla, şüurla istifadə etməklə milyon illər ərzində yaradıla biləcək bir çox məqamları bir neçə ilə yaratdı, öhdəsindən gələ bildi.
Ardı →