"Mən heç dəyişmədim"

Bəzi insanlar vardır səhv edərlər sonra hər şeyin əvvəlki kimi çox gözəl olmasını istəyərlər və onun üçün «mən heç dəyişmədim» cümləsinə işlədərlər… Buna toxunan gözəl bir hekayə var düşünməyi bacaranlara ...
Köhnə zamanlarda bir-birini çox sevən iki gənc varmış… Günlər bir-birini təqib edərkən sevgililərdə xoşbəxtliklərinə xoşbəxtlik qatırlarmiş ...
Bir gün gənc cavanın ürəyinə bir atəş düşmüş. Uşaqlığından bəri xəyalını qurduğu dünyanı gəzib dolanmaq istəyi içini gəmirməyə başlamış… Günlər keçdikcə içindəki bu istək böyümüş və artıq dözülməz bir hal almış. Sevdiyi qıza bir məktub qoyub dünya gəzməyə çıxmış.
Təxminən iki il bütün dünyanı gəzdikdən sonra sevdiyi qızın yanına gəlmiş və ona «Artıq sənin yanından heç ayrılmayacam deyib evlənmə təklifi etmiş». Gənc qız bu təklifi rədd etmişdi.
Cavan «Mən heç dəyişmədim!» deyə qışqırmış. «Hələ də səni çox sevirəm ...» deyə davam etmiş ...
Gənc qız bir qədər düşünmüş və belə cavab vermişdir...
"Əgər heç dəyişmədinsə… Bir gün yenə məni atıb gedəcəksən.....
."
 

4 şərh

seyidova
Yeni ele xeste ruhlu adamlar var ki sevdiyine bir mektubla getdiyini desin?Hele birde sevdiyinin ne deyeceyni eşitmeden getsin?nc nc esebleşdim lap.Loru dilde deyecm hele arsız-arsızda gelibki men deyişmemişem,seni sevirem.
tarixci1919
Nə gözəl cavabdı. Əslində mən insanın dəyişə bilməsinə inanıram. Kiməsə görə ya da kiminsə sözü ilə yox. Nə bilim bir də görürsən insanın başına elə şey gəlir ki, nəticə çıxarır, keçmişdə elədiyi hansısa səhv hərəkətini başa düşür, peşman olur və bir də təkrarlamır. Amma biri də var başqasını «xətdə saxlayır», gedir işin görür, istədiyini eləyir, sonra qayıdır, əli ilə qoymuş kimi almaq istəyir…
hard
kayzen.az adi Aznet forumu deyil.Bütün hərfləri qalın,kursivlə,BÖYÜK HƏRFLƏRLƏ,TuLlAnAn HəRfLəRlƏ yazmaq olmaz.