Camaat sonra nə deyər?


Giriş: sonra bizə nə deyərlər? – Bu sual həyatın boyu səni izləyəcək.

Hər şeyin – pisin də yaxşı kimi görünməsi cəmiyyətin fikrindən asılıdı. Sənə hazır konservləşdirilmiş şəkildə yaxşı və pisi hazırlayıb qabağına qoyublar. Və sən onu yeməlisən! Onun tərkibindəkiləri öyrənmənə ehtiyac yoxdu. Çünki üstünə "people choice" nişanı vurulub.
Bu zibili yedikcə sən də zombiləşirsən, artıq özün bu zibilin istehsalçısına çevrilirsən.
"People choice" sənin seçimlərini üstəliyir. Sən şəxsdən üzvə çevrilirsən. "Babylon"un sadiq üzvünə.
Onlar sərf edənləri deyirlər, sərf etməyənləri anlayıb danırlar. Onlar yalançıdırlar.
Səni hər tində, hər mərtəbədə, hər tanışlıqda və hər baxışda aldadırlar...
Onlar aldatmağa proqramlaşdırılıblar. Sən də mi onlardansan?
Olmadığını hardan bilirsən? İndi düşünəcəksən ki, "yox, nə danışırsız, mən hər bir şeyi özüm seçirəm".
"Özüm seçirəm" deməmişdən əvvəl bunun öz seçimin olub-olmadığını düşünmüsən?
Düşüncən, həyat tərzin, geyim zövqün – "seçim"lərin necə yarandı? Daha doğrusu yaradıldı.
Olmaz səhv söhbətə getmək. Bəs olar getdiyin yüz səhv söhbətdən bir dərs almamaq?
Olmaz məhləyə qızla girmək. Bəs olar məhləyə tək girən qıza baxmamaq?
Olmaz ataya cavab verməmək. Bəs olar protez beyinlərdən qurtulub sərbəst fikirlə hərəkət etmək?
Dərsdə müəllimə qulaq assan, hər gün əyninə keçirdiyin geydirmə "Dolce & Gabbana" köynəyinin əvəzinə fərqli bir şey geyinsən, dostlarınla qabağına "bomba şey" çıxanda ona ilişməsən, avtobusdan düşərkən tanımadığın tanışın yol pulunu verməsən camaatın sənə nəsə deyəcəyini bir anlıq düşünməyə bilərsən?
Heç olmasa həyatında bir gün belə bu sualı özünə vermədən hər hərəkətində öz seçimlərinlə yaşaya bilərsən?
Bu qısa, beş dəqiqə sonra ölməyəcəyinə belə əmin olmadığın həyatında bircə dəfə azad ola bilərsən?
Yox bilmərsən, dost. "Sonra camaat nə deyər?".
Çıxış: həmişə düşünürdüm ki, müəlliflər yazdıqları problemləri özlərində həll ediblər.
Sonra anladım: yaranan ilk növbədə yaradanın öz beynindəki mübarizəsidir..

thank u brainstorm[in]Babylon!
 

0 şərh