Allergik rinit (Zökəm)

Tənəffüs orqanlarının allergik xəstəliklərinin səbəbi — uşağın tənəffüslə orqanizmə daxil olan allergenlərə (toz, çiçək tozcuqları, yun, quş tükləri va s.) qarşı müvafiq reaksiyadır. Tənəffüs allergiyalarının ilk əlamətləri uşağın bir neçə aylığında təzahür edə bilər. Gündəlik olaraq allergenin (uşaq həyatının ilk aylarında bu əsasən inək südünün tərkibində olan zülaldır — süni uşaq qidalarının əsas tərkib hissəsi) qəbuluna cavab olaraq burunun selikli qişası şişkinləşərək burun yollarını tutur və bu səbəbdən allergik rinit (zökəm) inkişaf edir. Uşağın burnu axır, vaxtaşırı olaraq ağızla nəfəs almaq üçün qida ilə doldurulmuş qabın əmziyini ağzından çıxarır. Bu iltihab əksər hallarda qulaqlara da keçərək, hərarətin yüksəlməsi və kəskin ağrılarla müşayiət edilən allergik otitə (orta qulağın iltihabı) keçir. Allergik rinit gah sakitləşərək, gah da kəskinləşərək illərlə davam edə bilər. Ona görə də heç bir halda uşağınızda olan zökəmə etinasız yanaşmayın! Zökəmin səbəbini aydınlaşdırmaq üçün uşağınızı mütləq həkimə göstərin!

2-3 yaşdan yuxarı olan uşaqlarda allergik rinitin kəskinləşməsi burunda çoxlu miqdarda maye ifraz olunması ilə müşayiət olunur və onları burun damcıları ilə dayandırmaq mümkün olmur. Zökəmdən başqa, uşaqda gözlərin qızarması, göz qapaqlarında şişkinlik və qaşınmanın olması, gözlərdən yaş axması əlamətləri də qeyd edilir.

Allergik rinitin nəticələri çox ciddi ola bilər — uzun müddət ərzində burun tənəffüsünün çətinləşməsi nəticəsində uşaq yaxşı yata bilmir, onda tez-tez baş ağrıları olur, yaddaşı və diqqəti pisləşir, hətta usaq inkişafdan belə qala bilər və s.

Müalicə vaxtında başlanmazsa, allergik iltihab artaraq udlağı, qırtlağı, traxeyanı da zədələyir. Bu zədələnmənin əsas əlaməti öskürəkdir. Uşaqlarda müxtəlif səbəblərdən tez-tez öskürək baş verə bilər. Digər xəstəliklərdəki öskürəkdən fərqli olaraqallergik öskürək tutma şəklində olur, davamlı olaraq uşağı əldən salır. Allergiyası olan uşaq bir neçə gün ərzində öskürür, öskürək əksər hallarda uşağa axşamlar (yastıqda olan quş tüklərinə, yorğan və döşəkdə olan yuna qarşı olan allergiya nəticəsində) əziyyət verir. Allergik öskürək, adətən, quru olur, yəni bu zaman bəlğəm ifraz olunmur.

Azyaşlı uşaqlarda qırtlağın və səs tellərinin allergik şişkinliyi, kəskin və təhlükəli hal hesab edilən yalançı inağa səbəb ola bilər. “Hürmə” şəkilli öskürək və səsin xırıltılı olması valideynləri xeyli dərəcədə narahat etməlidir. Belə öskürəkdən sonra tənəffüsün pozulması əlamətləri artmağa başlayır, uşağın nəfəs alması çətinləşir, onun rəngi əvvəlcə avazıyır, sonra isə göyərir.

Normal tənəffüsün bərpa edilməsi üçün uşağa təcili tibbi yardım göstərilməsi tələb olunur. Yalançı inağ əksər hallarda viruslu infeksiyalar fonunda baş verir. Ancaq yalançı inağ il ərzində 3-4 və daha artıq sayda təkrar olunarsa, allergik səbəbin nə ola bilməsini də axtarmaq lazımdır.

 

5 şərh

BaRLeLiTa
xmm ciddiyə alınmalı xəstəlik imiş((((bilmirdim
Medikamentoz
Sağlamlıq ciddiyə alınmadıqda xəstəliklə nəticələnir.
ayxansevda
bizim uşaqlar allergik uşaqlardı 3 mandarin yesin öskürək başlayır burun axır bir sualim var oxudum ki allergik öskürək quru olur mənim qızımdasa bəlğəmlə müşayət olunur sirop teabronx içir lakin gec kəsir az öskürür amma sinəsində bəlğəm olması hiss olunur həkim allergiya ilə bağlayır belə çıxır ki bəlğəmli öskürək olduğu üçün allargik deyil? bilirəm ki allergiyalı insanlar bir az soyuqladılarsa bronxları tutulur gec sağalırlar dəqiq bilirəm ki mandarin aldım qızım 3 yaşı var 1 kq yaxın yedi sapa sağlam uşaq səhərisi gün bəlğəmli öskürəyi başladı
Medikamentoz
Bu dönəmlərdə allergik reaksiyalar atır,həkim güman edirəm ki,uyğun müalicə tədbirləri ilə Sizi tanış edin,ancaq Siz uşaqlarınızın konkret nəyə qarşı reaksiya etdiyiniz dəqiq müəyyənləşdirməlisiniz.Bunu allerqoloq-mütəxəssisə yaxınlaşaraq təyin etdirin.Ev şəraitində isə profilaktika məqsədilə apteklərdə reseptsiz əldə edə biləcəyiniz uşaqlar üçün dozalanmış diazolindən istifadə edə bilərsiniz.
azadmamedov90
insan 2seyi qaytara bilmir,1 saglamliq,2 cavanliq,elbette ki cavanliqla beraber........ler..
ve saglamligi itiririk pul qazanmaq ucun, pulu xercleyirik saglamligi elde etmek ucun…