İtburnuda nələr varmış...

Dədə-babadan görmüşük ki, qan təzyiqinin endirilməsində və böyrək xəstəliklərində itburnudan geniş istifadə edilir. Hətta itburnu çayını bir neçə gün dalbadal içmək normal insanın təzyiqini o qədər aşağı sala bilir ki, göz qapaqlarını belə qaldırmağa əziyyət çəkirsən.

C vitamini ilə ən zəngin olan bitkilərdən sayılan itburnu həm də soyuqdəyməyə qarşı, bədəndəki iltihabın təmizlənməsində çox şəfalı dərmanlardan hesab edilir. Özü də itburnu ən çox dəmləmə kimi qəbul edildikdə faydalı olur. İtburnunu bir neçə dəfə dəmləyərək içmək məsləhət görülür. Son illərdə dünyanın əksər ölkələrində itburnunun apteklərdə ən şəfalı dərmanlar arasında satılmasına başlanılıb. Gün ərzində ən çoxu 2, ya 3 stəkan itburnu çayı içmək məsləhət görülür. Artıq içilərsə, baş ağrısına da səbəb ola bilir.

Son dövrlərdə aparılmış araşdırmalar isə itburnunun daha mühüm bir cəhətini meydana çıxarıb. Belə ki, bu şəfalı bitkinin oynaqlarda yığılmış müxtəlif duzların əridilməsində, orqanizmin kirəclərdən təmizlənməsində mühüm rol oynadığı da məlum olub. Azərbaycanın bütün rayonlarında yetişən və ilin bütün aylarında istifadəyə yararlı olan itburnunu günəş altında deyil, kölgədə qurutmaq məsləhət görülür. MEHMET ŞİMŞEK

0 şərh