Əvəzedici Hormonal Müalicə

Menopauza və sonrakı dönəmdə ortaya çıxan bir sıra sağlamlıq problemlərinin birdəfəlik həlli üçün bir neçə onilliklər ərzində estrogen və progestin kombinasiyasında ibarət olan Əvəzedici Hormonal Müalicə (ƏHM) təyin olunurdu. Aparılan son tədqiqatlar isə bunu əksini ortaya qoyduğu üçün 2002 ildən başlayaraq Ümumdünya Səhiyyə Təşkilatının səyi və dəstəyi ilə dünya səviyyəli təbliğat ilə onun təyinatının dayandırılmasına başlanılmışdır.Bu məsələdə mütəxəssislərin ümumi rəyi birmənalı olmasa da təcrübələr göstərir ki,qadınlarda infarkt,insult və xərçəng hallarının qarşısıalınmaz səviyyədə çoxalması daha çox bu terapiyanın tətbiqi ilə əlaqədardır.
 

0 şərh