Çay unutqanlığın qarşısını alır.

Çayın mərkəzi sinir siteminə müsbət təsir göstərdiyini bildirən fitoterapiya mütəxəssisləri gün ərzində içilən 1-2 stəkan yaşıl çayın düşünmə və fəaliyyət göstərmə kimi aktiv prosesləri normallaşdırdığını və sizin aktivliyinizi pozitivə doğru dəyişdiyini hesab edirlər. Araşdırmalar göstərir ki,tərkibindəki antioksidantlar bir çox xərçəng növünün formalaşmasının qarşısını almaqda kömək edir. 55 yaşdan yuxarı 716 Sinqapurlu üzərində aparılan araşdırmalar çayın neroprotektiv (sinir sistemi qoruyucu) xüsusiyyətini təsdiq etmiş oldu.Təcrübə müxtəlif qruplar üzərində aparılmışdır, onlar isə çay içmə tezliyi, növü üzrə dərəcələnmiş və sonuncu ehtiyat qrupa isə çay əvəzinə kofe təyin olunmuşdur. Sonuc olaraq aydınlaşdırılmışdır ki, yaşıl çay qəbul edənlərdə xüsusilə sinir sisteminin mühafizəsi ilə əlaqədar yaşlanma yavaşıyır və onların mühitə adekvat reaksiyaları gənc yaşlarda olduğu kimi qalır. Və mühüm olan budur ki, bu keyfiyyətləri çaya verən tərkibindəki kofein deyil, çünki, çay əvəzinə kofe qəbul edənlərdə prinsipal dəyişikliklər aşkar olunmamışdır. Mütəxəssislər bunun sirrinin yaşıl çaydakı polifenollarla, xüsusilə epiqallokatexin qallatın olması ilə əlaqədardır.

0 şərh