Vampirlər mövcuddurmu? +16

      Deyilənə görə, günəşin batmasıyla yenidən doğması arasında olan zaman intervalında, dirilərək məzarlardan çıxdığına, insanlara hücum edib onların qanlarını içdiyinə inanılan fövqəlvarlıqlar «vampirlər» adlanır. “Vampir”in hərfi mənası «qaniçən» deməkdir.


       “Yaşayan ölü bədən”
     Macar mənşəli «vampir» sözü XVIII əsrin əvvəllərindən, daha doğrusu, Avropa dövlətlərinin qitənin şərq ucqarlarıyla maraqlanmağa başlamasından sonra işlənməyə başlanıb. Bir çox tarixçilər bu sözün serb, ya da türk mənşəli olmasını da düşünürlər.

     Ülnlü serb alimi Con Henrix Zopfius özünün 1733 il tarxili «Serb vampirləri» adlı elmi işində yazır: «Vampirlər gecələr öz məzarlarından çıxaraq, yataqlarında sakit yatmış insanlara hücum edib bədənlərindəki qanlarını sorur və onları məhv edirlər. Vampirlər kişi, qadın və uşaqların yaşına və cinsinə baxmadan onlara zərər verirlər...»O vaxtın başqa bir müəllifisə belə yazır: «Vampirlərə verə bildiyim ən gözəl anlayış onun yaşayan, şər ruhlu, qatil ölü bədən olmalarıdır. Yaşayan ölü bədən!..». “Vampir” sözü ayrı-ayrı dillərdə müxtəlif cür adlandırılır. Məsələn, azərbaycanca – xortdan, türkçə – hortlak, rus, ukrain, belarus, slovak və çex dillərində – upir, bolqarca – vampir, polşa dilində – wapierz, yunanca – rikoklas, tatarca –uvır və s.Qərb ədəbiyyatında «vampir» sözünə ilk dəfə 1734-cü ildə İngiltərədə çap olunmuş «Oxford English» lüğətində rast gəlinir. Daha sonra bu söz 1745-ci ildə Harleian Misscelllanidə nəşr edilmiş "Üç ingilis centlmeninin səyahəti" adlı macara əsərində işlənib. Əsərdə qəbirdən şər ruhla xortlayaraq, insanları öldürüb qanını içən meyitlər vampir adlandırılmışdır. 


        Onların əlamətləri və zəif nöqtələri

      Əlamətləri:
      — Gün işığından qorxurlar;
      — Gecələr məzarlardan çıxırlar (xortlar);
      — Qurbanlarını dişləyərək, onların qanlarını içirlər;
      — Məzardan xortlayan vampir adi meyitə xas olan çürümə əlamətlərinə malik olmur.
      — Ağızları daima qanlı olur, qanları laxtalanmır.

     Zəif nöqtələri:
      — Günəş işığı. Əfsanəyə görə, ilk vampir Cainenin Tanrı tərəfindən lənətlənməsindən sonra, vampirlər gün işığına çıxa bilmir;
      — Atəş. Alov vampirlərin dərisini yandıraraq, onları öldürə bilər. Deyilənlərə görə, yaşlı vampirlər gün işığına çıxa bilir.
      — Xaç. Vampir xaçın ona zərər biləcəyinə inanarsa, xaçla onu yaralamaq mümkündür;
      — Sarımsaq. Vampirlər sarımsaqdan qorxurlar;
      — Ölü qanı. Cansız, yəni ölmüş varlıqların qanını içmək vampirlər üçün çox təhlükəlidir;

      — Başlarının kəsilməsi. Vampirlərin məhv edilməsinin ən təsirli üsulu onların başlarının kəsilməsidir.

10 şərh

Talibzade
Belə əfsanələrə inanmasam da yenədə maraqlı idi. Əziyyətiniz üçün təşəkkürlər.
Ramil
Çox sağ olun.
Talibzade
Dəyməz. Əziyyət çəkib yazdığınız üçün siz sağ olun.
istorik_c
Mən vampirlərin varlığına inanıram.Onlar Cənubi Amerikada yaşayırlar. Məməlilər sinfinə və xordalılar tipinə aid uçan yarasaların bir növüdür. Gecələr yatan insan və ya heyvanın boyun hissəsinə yapışaraq qan sorur. Belə hallarda boyun damarlarını zədələdiyi üçün həmin canlı qanaxmadan ölə də bilir.
WinRar
Sənin indandığı bir faktdır hansını ki, hamı qəbul edir (vampir əlamətlərinə məxsus olan yarasa). Söhbət insan olan vampirlərdən gedirsə inanmaq çətindir. Fakt, sübut yoxdur.
istorik_c
Xeyr mən həqiqəti deyirəm.Belə adda heyvan var.Adı da vampirdir. Sadəcə insanlar bu cür qanaxmaları başa düşmədikləri üçün qəbirdən çıxan vampirləri uydurublar.
pascal
Maraqlı mövzudur. Mən də bu haqda bir dəfə yazmaq istədim.
Bu varlıqlara maraq bir az da «Alatoran» seriyaları əsasında çəkilmiş filmlərdən sonra yarandı. Məqalədə də deyildiyi kimi, əgər bu varlıqlar qəbirlərdən xortlayaraq çıxıb, öz qurbanlarının qanın içir, sonra yerlərinə qayıdırlarsa, olmüş qurbanlardan başqa onu kim görə bilər ki, fakt kimi də qeyd olunsun. Vampir, Qar adam haqqında hələ ki, əfsanələr var. Qoy elə əfsanə kimi də qalsın. Allah heç kəsin yoluna onları çıxartmasın. :))
Xülasə, topikə görə təşəkkür. :)
Ramil

Amin!

Siz sağ olun.

imtogrul
Elm, savad və iradə zəifliyi olan hər yerdə hər şey mövcud olacaq, o cümlədən vampirlər də
Ramil
Şərhlərə görə hamınıza təşəkkür edirəm.