Corc Oruell - Heyvanıstan (George Orwell - Animal Farm)

 2-3 ay əvvəl Corc Oruellin «Heyvanıstan (Animal Farm)» əsəri ilə bağlı kitab almışdım, amma indi onun haqqında olan 1954-cü ildə çəkilmiş filmə baxdıqdan sonra oxumağın əhəmiyyəti olmadığını gördüm. Onsuz da bu 3 ay ərzində 13 səhifə oxumuşdum. Film çizgi də olsa, yəni çizgi film də olsa, çox şeyi ifadə edir. Konkret bu əsərdə kommunist rejimin gəlməsi, totalitarlaşma və sonda onun əmələ gətirdiyi problemləri göstərir.

 Film (əsərdə) bəzi şeylərə fikir verilməlidir:
Cons — Sonuncu Rusiya çarı Nikolay;
Qoca Mayor — Karl Marks (və ya Lenin (bir qisim insanların fikrincə));
Napoleon — Stalin;
Snowboll (Qartopu) — Trotski;
[Stalin Trotskini SSRİ-dən qovduğu kimi Napoleon da Snowboll-u fermadan didərgin salır];
Mister Frederik — Hitler;
Mister Wimper — Bernard Şou (və ya Anri Barbüs, Anatol Frans, Linkoln Steffens ola bilər);
[İqtisadi-siyasi blokada illərində Heyvanıstanla qalan dünya arasında əlaqə yaradan mister Wimper isə geniş yayılmış fikrə görə Stalinin totalitar rejimini Qərbdə müdafiə və təbliğ edən Bernard Şou, Anri Barbüs, Anatol Frans, Linkoln Steffens kimi məşhur Avropa intellektuallarının ümumiləşdirilmiş obrazıdır]
Boxer — Staxanov;
uzunqulaq Bencamin — yəhudilər (ümumi təcəssüm);
əl qarğası — ortodoks rus kilsəsi;
ağ keçi — ziyalılar (ümumi təcəssüm);
toyuqlar — qolçomaqlar;
[toyuqların yumurtalarını vermək istəməmələri kollektivləşməyə qarşı mübarizəyə işarədir];
köpəklər — xüsusi xidmət və cəza orqanları;
pişik — qanuni oğrular (ümumi təcəssüm);
qoyunlar — sadə xalq kütləsi;
göyərçinlər — sovet təbliğatının rəmzləri;
[Adı qalsa da, məzmunu donuzların iradəsinə uyğun şəkildə mütəmadi dəyişdirilən Yeddi Prinsip isə xalqa deyil, hakimiyyətə xidmət edən sovet qanunları və Konstitusiya anlamına gəlir];


 QEYD: Yalnız birinci bənd mənim şəxsi fikirlərimə aiddir. Digər bənd və müvafiq müqayisələr Corc Oruellin «Heyvanıstan (Animal Farm)» povestinin Qanun Nəşriyyatı tərəfindən çıxarılan Azərbaycan dilinə tərcüməli kitabındandır.
Kitabı tərcümə edən Vilayət Quliyev (sabiq xarici işlər naziri).

 Kitabın qiyməti: 4 AZN.

 Filmin linki:
www.direkfilm.net/animasyon-alt-yazili/70355-hayvan-ciftligi-animal-farm-izle-1954-turkce-altyazili/
 

0 şərh