Elektron Siqaret Sağlamlığa Ziyandırmı?

Hisar Intercontinental Hospital Ağciyər Xəstəlikləri Mütəxəssisi Prof. Dr. Serhat Fındıkın siqaret bağımlılığı və elektron siqaret haqqında müsahibəsini kayzen.az saytı olaraq diqqətinizə çatdırırıq.

Ağciyər xərçənginin bir nömrəli səbəbi olan siqareti əvəz edən və son zamanlarda siqaret alüdəçiləri  üçün yeni bir alternativ olaraq ortaya çıxan elektron siqaretlə bağılı Prof. Dr. Serhat Fındık bildirir ki, elektron siqaretin içində normal siqaretdən fərqli olaraq 3 mindən çox kimyəvi maddə mövcud deyil. Elektron siqaretin tərkibində yalnız maye nikotin var. Hər biri tək başına xərçəng əmələ gətirə biləcək bu qədər çox kimyəvi maddə arasında bəlkə də ən az zərərlisi nikotindir.

Bilinənin əksinə olaraq nikotin siqaretin ən zərərli maddəsi deyil, amma asılılıq yaradan maddəsidir. Yəni bir başqa sözlə, siqaret çəkilməsinin əsas səbəbi tərkibində olan nikotin maddəsidir. Elektron siqaret üçün təyin olunan maye nikotinin dəyərləri vardır. Bu dəyərlərin üzərində maye nikotin ehtiva edən siqaretlər bədəndəki tarazlığı pozur, təzyiqi yüksəldir, ağciyər xərçəngi, ürək damar xəstəlikləri riskini artırır.

Təxminən 20 il əvvələ qədər filtrli, mentollu ya da «light» siqaretlər çıxmadan əvvəlki dövrdə ağciyər xərçənginin dünya üzərində ən sıx görülən növü yastı hüceyrəli («epidermoid») xərçəngi idi. Bu xərçəng xəstəliyi tipi tez diaqnostika edildiyində müalicəyə daha yaxşı cavab verirdi.

Aparılan araşdırmalar göstərir ki, fərqli növdə siqaretlər (filtrli, mentollü ya da «light») çıxmağa başladıqdan sonra ağciyər xərçənginin növlərinin sıxlığı da artmağa başladı. Müalicə şansı ən yüksək olan yastı hüceyrəli xərçəng ikinci sıraya düşdü, birinci sıraya ağciyər xərçənginin ən təhlükəli tiplərindən biri olan “adenokanser” yüksəldi. Amerika Birləşmiş Ştatları və Avropada ən sıx rast gəlinən ağciyər xərçəngi artıq adenokanserdir. Niyə belə olduğunu araşdırdıqda görərik ki, siqaretin növləri artdıqca, filtr istifadəsi başladıqdan sonar siqareti yarısına qədər çəkən insanlar siqareti sonuna qədər çəkməyə başladı. Beləliklə, siqaret çəkmə müddətinin uzandığı üçün siqaret çəkən adamın tüstünü daha dərinə çəkməyə başladığını gördük. Nəticədə siqaretin təsirləriağciyərlərin daha uc qisimlərinə qədər çatmağa başladı.

«New England Journal of Medicine» adlı tibb jurnalının etdiyi son araşdırmaya görə elektron siqaret hər yerdə çəkilə bildiyi və ətraf mühitə zərər vermədiyi üçün daha çox istifadə edilməyə başlanıb. Xüsusilə də, məktəbli uşaqlar üçün maraq oyandıran bu vərdiş, erkən yaşda siqaret çəkilməsinə səbəb olur və uşaqlar elektron siqaretlə başlayıb daha sonra normal siqaret istifadə etməyə başlayırlar. Bu səbəblə ABŞ-da 3 əyalətdə elektron siqaret qadağan edilib. Daha sağlam gələcək üçün ölkəmizdə də siqaretin istifadəsiylə əlaqədar qadağaların tətbiqinə ehtiyac vardır.

Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.

9 şərh

pascal
Məqalənin sonunda qara hərflərlə yazdığınız sözlər məndə 2 fikir yaradır. Qoy soruşum. Məqaləni tərcümə etdiyiniz üçün belə yazmısız, yoxsa orjiinal olduğundan?
MuSHviG
Xarici saytdan tercümə etdiyim üçün.
pascal
Aydındı. Onda «Hazırladı» yerinə «Tərcümə etdi» yazılması daha düzgün olmazdımı? Çünki siz də vurğuladığınız həmən saytı burda istinad göstərməmisiniz. Yəni, özünüzün qoyduğu qadağaya, bir növ özünüz əməl etməmisiz. 
«Tərcümə etdi: Filankəs… » yazılsa, sizin məqaləni köçürən — siz istəsəniz də, istəməsəniz də — vicdanı varsa, əməyinizə qiymət verərək, adınızı qeyd edəcək. Qeyd etmək istəməyənsə, o, qara hərflə yazılana heç fikir verən də deyil.
şərh silinmişdir
MuSHviG
Pascal  siz burada şərh yazarkən müəyyən qədər tələsdiniz. Birincisi qoyduğum qayda mənim özümədə aiddir. Hər halda uşaq deyiləm, bilirəm nə yazmışam. Yaxşı baxsanın görərsiz ki, burada başqa saytlardan götürdüyüm məqalərdə istinadı yerləşdirirəm daima. Ancaq rus, ingilis və türk saytlarından götürdüyüm məqalələrdə istinad qoymuram. Bunun bir neçə səbəbi var.

1. Bu təcrübə bir çox dünya və Azərbaycan saytlarında mövcuddur. Siyasi xəbərlərdə düzdü istinad qoyulur, amma elmi məqalələrdə əksər saytlar istinad qoymur. Yəni misal üçün Anspress hardansa elmi məqalə tərcümə edir və mənbə yazanda anspress yazırlar. Bu xəbəri hürriyyətdən tərcümə etmişəm. Amma araşdırsaq görərik ki, başqa saytlarda da mövcuddur. O zaman hansi mənbəni yazmaq lazımdı bilmək olmur. 

2. Bu məqalələrin özü xarici saytlarda olsada onların həmin sayt tərərfindən hazırlanması dəqiq deyil. Çünki müəllif qeyd edilməyib. 

3. İndi informasiya dövrüdü və mən maraqlı informasiyaları oxuyub sizinlə bölüşürəm və o məqaləni kayzen istifadəçiləri üçün hazırlayan mənəm bir başqası deyil. Bir məqalə mənim ən azı yarım saat ən çoxu 1 saat vaxtımı alır. Məncə belə olduqda hazırladı Mushvig yazmaqla mən heç kəsin haqqını tapdalamıram.  

 İndi isə əziz istifadəçimiz Pascal siz düzdür görürəm bu sayta can yandırırsız. Amma bəzə isə bu cür fikirləriniz və istifadəçilərin əziyyətinə diqqətsizliyiniz ilə onları saytdan soyudur və uzaqlaşdırırsız. Çalışaq bir-birimizin əziyyətinə qiymət verək. 

Özüdə buradakı  istifadəçilər copy past olan məqalələrə mənbə yazmayan istifadəçilər dura-dura nədənsəən ən çox mənim üstümə düşür. Xahiş edirəm adminlərdən bu məsələyə çarə tapsınlar!!!
pascal
Müşviq, əsəbləşməyin. Mən sakit tərzdə yazmışam şərhimi.
Mənim də çox tərcümə etdiyim yazılar var, heç lazım da bilmirəm ki, altında imzamı atım. Lap şəxsi yazılarımın altında belə yazmıram. Bir məqaləmi də başqa saytda görmüşdüm, o sayta daxil olub, fikrimi yazıb, çıxdım. Demək istədiyim odur ki, sizin qalın hərflərlə yazdığınıza baxmayaraq, bunu oğurlayıb, adınızı qeyd etmək istəməyən, etməyəcək. Qaldı ki, mənim istifadəçilərin əməyimə qiymət verməməyim… haqsızlıq etməyin. Sizə bir belə şərh ünvanladım deyə, bu o demək deyil ki, sizin əməyinizə dəyər vermirəm. Neynədiyinizi mən də, başqaları da görür. 
pascal
Sizi burdan soyutmaq niyyətim də yoxdur. Sağlam, qarşılıqlı fikir mübadiləsi inkişaf gətirir, bundan hirslənib, harasa qaçmaq lazım deyil.
MuSHviG
Siz yazmaya bilərsiz, amma mən yazmağı üstün tuturam. Hər halda bunun faydasını görmüşəm. Əvvəl başqa saytlar mənim hazırladığım məqaləni istinadsız qoyurdularsa, bu dəyişiklikdən sonra ya mənim adımı, ya da kayzeni mənbə kimi göstərirlər. Məncə vaxtınızı məndən çox bura mənbəsiz məqalə yazan qeyri orjinal istifadəçilərə sərf edin. Mən hazırladığım məqalələrin isə məğzi ilə bağlı şərh yazsanız sevinərəm.
pascal
Qara hərfli sözlər məqalənin sonunda olduğu üçün, mən də məqalənizdən qırağa çıxmamışam. Məqaləyə daxil olana aid sual vermişəm. :)