Bax buna biznes deyərlər

Amerikanın Portlend şəhəri öz mərkəzi meydanının qeyri-adiliyi ilə fərqlənir. Burada şəhər sakinlərinin bir çoxunun adına rast gəlmək olar. Bunun üçün ayaqların altına baxmaq kifayətdir. Bir neçə əvvəl mərkəzi meydanın daha keyfiyyətli, daha gözəl kərpiclə döşəməsi fikrinə düşmüş bələdiyyə idarəsi maliyyə çatışmazlığı səbəbindən çətinlik qarşısında qalmışdı.
Lakin bir neçə gündən sonra bu işin həlli yolu tapıldı. Bələdiyyə idarəsi şəhər sakinlərinə belə bir təkliflə müraciət etdi: kim 25 dollara bir kərpic almağa razı olsa, həmin kərpicdə alıcının ad və familiyası həkk ediləcək. Əhali bu təklifə elə bir həvəs göstərdi ki, bircə ayın içərisində meydanın döşəməsi üçün tələb olunduğundan da çox vəsait toplanıldı. Hazırda isə potlendlilər böyük məmnunuyyətlə mərkəzi meydana öz “şəxsi” kərpiclərinin “ziyarət”inə gəlirlər. Hətta, bəkədiyyə idarəsi adları tapmaq üçün xəritə də düşünmüşlər ki, bundan da idarə müəyyən gəlir əldə edəcəkləri planları var. Bu azmış kimi bu məkan turistlər üçün də çox maraqlı bir meydana çevrilmişdir.

Mənbə: Xəzinə kitabı

 

1 şərh

Ferbara
Bizimkilər adlarının tapdalanmasına razı olmaz. :)