Рейтинг
+34.40

Əziz Nesin satirası

20 üzv, 24 topik

Xanım işçi axtarılır

300-400 ofislik iş mərkəzlərinin birində kabineti olan dostuma dəyməyə getmişdim. Otaqda 4 nəfər idik. Bir-iki saat oturduqdan sonra ayıb olmasın deyə -mən artıq gedim,- dedikdə dostum, -hara tələsirsən, otur sonra gedərsən, – deyirdi. Digər iki nəfər də getmək istəyir, dostum onları da oturmağa məcbur edirdi.

Elə bu vaxt qapı döyüldü, dostum:

-Buyurun, – dedi.

İçəriyə elə bir qadın girdi ki, az qalsın dördümüzün də nəfəsi kəsiləcəkdi. Soyuq suya kəllə vuranda saçından ayaq uclarına qədər titrəmə necə gəlir, bax biz də qadını görəndə elə olduq

Hərəsi otağın bir küncündə uzanmış dörd gənc alman zabiti palkovnik içəri girəndə necə sürətlə ayağa qalxırsa biz də qadını görəndə eləcə ayağa qalxdıq.

-Buyurun əfəndim.

-Xahiş edirəm, belə keçin.

-Burda oturun, daha rahat olar xanım…

Dördümüz də qadını öz yanımızda oturtmaq üçün bazarda çığıran satıcılara dönmüşdük.
Ardı →

Amerika malları satışı

Dünən səhər bizə gəldi:
— Hələ yatağından qalxmamısan?
Ona:
— Hava soyuq, soba da yoxdur, — deyə cavab verdim.
— İsti çay içəydin!
— Qazımızı kəsiblər. Çayımız da yoxdur, qəndimiz də.
— Aydındır. Səndən adam olmaz. İstəyirsən, səni bir an içində varlandırım?
— Lap canımdam bezmişəm. Çıx, get işinə!
— Ciddi deyirəm. Səni on gündə varlandıracağam. Mənə dua elə!
Əhvalatın bundan sonrasını tələsmədən sizə nəql edə bilərəm. Kamalın sözünə uydum. Atamgilə getdik, bir bəhanə tapıb evdəkiləri çölə çıxartdıq. Kamal qapıya bir yük maşını gətirdi. Atamgildə nə qədər cır-cındır və xırda mebel varsa, maşına yükləyib bizim evə gətirdik. Atam isə qayıdıb, evi belə görəndə mənzilə oğru gəlmişdir, — deyə təlaş keçirmiş, lakin buna əhəmiyyət verən olmamışdı.
Ertəsi gün qəzetlərdə Kamalın verdiyi aşağıdakı elan dərc olunmuşdu:


Ardı →

Ucuz Fəhlə

Səhər yenicə açılmışdı. İri bir fabrikin sahibi kabinetində oturub qəhvə içməklə məşğul idi. Birdən qapı zərblə açıldı və qəribə görkəmli bir nəfər içəri daxil oldu. O, işsizlik əlaməti olan nimdaş papağını əlində tutmuş halda fabrik sahibinə müraciətlə dedi:
— Bəy əfəndi, mən iş axtarıram.

Sahib başını qaldırmadan aşağıdan yuxarı onu nəzərdən keçirdi:
— Hansı işi bacarırsan?
— Mən peşə məktəbində təhsil almışam. Birinci dərəcəli çilingərəm.
— Bizə tornaçı lazımdır.
— Mən Almaniyada zavodda beş il tornaçı işləmişəm. Hələ müsbət xasiyyətnamə də veriblər.
— Ancaq bizə ilk nöbədə modelçi gərəkdir.
— Mən birinci dərəcəli modelçiyəm.
Ardı →

Sərt Adam

Həyatda çox sərt adam görə bilərsiniz. Amma heç biri Nüman bəy kimi ola bilməz. Ən sərt adam Nüman bəyin yanında mum kimi yumşaq olar.

Belə deyirlər ki, Nüman bəy qırx yaşına qədər cibində tapança gəzdirərmiş. Təsbeh çəkən adam kimi tapançanın tətiyi ilə oynayarmış. Yenə belə deyirlər ki, o bir neçə adama atəş də açıbmış, amma vura bilməyibmiş. Nişançılığına söz yoxdur. Amma gözləri çəp olduğundan hədəfi düz vura bilmir Nüman bəy. Əlbəttə siz bilirsiniz ki, bütün tüfənglərin, tapançaların quşqulu çəp olmayan gözlər üçün düzəldilmişdir. Hər hansı bir tapança zavodu əgər Nüman bəyin çəp gözlərinə uyğun olan quşqullu bir tapança düzəldə bilsə, o zaman Nüman bəy uçan milçəyi gözünün bəbəyindən vurar. O elə usta nişançıdır ki… Məsələ bundadır ki, tapançalar anormal gözə, Nüman bəyin gözləri də normal tapançaya uyğun olmadığından, o heç cür hədəfi vura bilmir. Nüman bəyin sağ gözü baxdığı yerin on bir dərəcə şimal-şərqini, sol gözü də baxdığı yerin səkkiz dərəcə, yeddi saniyə cənub-qərbini görür. Yəni ki, büsbütün ölçüsüz. İki gözü də müxəlif çəplikdə olduğundan ona ikilüləli bir tapança lazımdır. Onun tapancasının gülləsindən canını qurtaranlar:


Ardı →

Tarzanın sahibi kimdir?

Biz Ankaranın Maltəpə məhəlləsində oluruq. Əslimiz ankaralı olmasa da, paytaxtın köhnə sakinlərindənik. Maltəpədə bizim dalandakı üçüncü ev bibimin mülküdür. Bibim ömrünü sizə bağışlayandan sonra, evə biz köçmüşük. Məhəlləmizdə Tarzan adlı bir köpək var. Buraya haradan, nə vaxt gəldiyini bilmirik. Bəlkə də, lap küçük vaxtından burada qalıb. Yaşını da heç kəs bilmir. Bu barədə məhəllədə kimdən soruşsanız, cavabında: — Mən bu məhəlləyə gələndə Tarzan artıq qoca köpək idi, — deyir.
Ardı →

Adamı zorla dəli edərlər

Gözlüklü adam:
— Arxadaşlar, — dedi, — bu elə işdir ki, dərhal qərara gəlmək olmaz. Yaxşıca düşünüb-daşınmaq lazımdır.
Orada olanların ən cavanı:
— Bəli, — deyə gözlüklü adamın sözünə qüvvət verdi. — Biz çox yaxşı fikirləşməliyik. Elə olmasın ki, öz əlimizlə öz başımıza əngəl açaq.
Üzü çilli birisi:
— Əvvəla, — dedi, — gəlin, bunu birdəfəlik həll edək, görək biz indikindən razıyıqmı?
Hamı birdən bağırdı:
— Razı deyilik!!!
Üzü çilli adam yenə soruşdu:
— Nə üçün razı deyilik?
Gözlüklü:
— Qardaşım, axı o dəlidir — dedi.
O biriləri də:
— Bəli, bəli, dəlidir. Lap zırramasındandır, — deyə təkrar etdilər.
Üzü çilli adam:
— Məsələ də elə burasındadır. Biz Yeni seçkilərdə daha dəlini seçməməliyik.
Kök bir kişi:
— Bundan əvvəlki də dəli idi, — dedi.


Ardı →

Qulluqçu tutmaq istəyirdik

Mənim evimizə xidmətçi qadın tutmağa fikrim yox idi. Arvadım məcbur etdi.
Evdə hər gün bu sözləri eşidirdim:
— Üst mərtəbədə yaşayan Nərmingil qulluqçu tutublar. Əri aşağıda ehtiyat hissələr alıb-satır… Əsas maşını sata bilmir, ehtiyat hissələri satmaqla evinə qulluqçu tutub...
Hətta Pərizadgilin də qulluqçuları var. Sən isə ancaq mən elə yazıram, belə yazıram, — deyə basıb kəsirsən...
— A kişi, bizim qonşu Laləgil də qulluqçu tutubdur. Əri nal mıxı satmaq sayəsində zənginləşib. Bu dünya belə gəlib, belə də gedəcək, kimi nal mıxı satmaqla dövlətlənir, kimi da nal sayəsində adam olur.
— Ayfərgilin cüt-cüt qulluqçuları var. Çürük şinlərin sayəsində qarun kimi dövlətləndilər. Əllərim paltar yumaqdan, qab-qacaq təmizləməkdən qabar-qabar olub. Bu evdə on qəpiklik qiymətim qalmayıb. Heç kim məni adam yerinə qoymur. Nə balacası sayır, nə böyüyü sevir...
Səhər, axşam «qulluqçu, qulluqçu» — sözünü eşitməkdən baş-beynim dəng olmuşdu.
Axırda intihar etməyə qərar verən adam kimi, laqeydcəsinə:
— Çox gözəl, — dedim, — bir qulluqçu tapın, tutaq!


Ardı →

Açılış təntənəsi

— Buyurun əfəndim, rica edirəm, buraya buyurun. Bizim qəzetçilərə həmişə son dərəcədə zadımız vardır.
Başqa birisi:
— Təbrik edirəm — dedi.
— Təşəkkür edirəm. Amma nəyi təbrik etdiyinizi bilmədim.
Bir başqası ona:
— Qazanınızı...- deyə cavab verdi.
— Həəə!.. Bəli, bəli… Qazanı deyirsiniz… Qazansız keçinmək olmur, bəyəfəndi… Qazan çox mühüm...
— Bufetə buyurun… Vali bəy də təşrif gətirəcəkdir. Harada olsa gəlib çıxacaqdır...
Bir nəfər yanındakına müraciətlə:
— Zati-alinizi haradansa tanıyıram — dedi. — Amma adınız yadımdan çıxıb.
Davamı →

Sizin ölkədə eşşək yoxdurmu?

Dişi ağrıyır kimi, bir əli üzündə başını sağa-sola yellədə-yellədə içəri girdi. Bir yandan əlini yanağına vurur, bir yandan da:
— Tüff, rüsvayı-cahan olduq...- deyə deyinirdi.
O, əslində çox nəcib bir adamdır. Qapıdan girər-girməz, salam vermədən belə deyinməsinə çox təəccüb etdim.
— Xoş gəldiniz, — dedim — buyurun, rica edirəm oturun.
— Rəzil olduq, rəzil…
— Necəsiniz?
— Necə ola bilərəm? Biabır olduq… biabır… Yəqin başına bir fəlakət gəlmişdi. Bəlkə də ailəsinə bir bədbəxtlik üz vermişdi...
— Yerin dibinə girdik, məhv olduq...
— Axı nə üçün? Nə olmuşdur?
— Daha nə olacaq. Bir qotur eşşəyi kişiyə iki min beş yüz lirəyə satdılar...
Üzünə diqqətlə baxdım: Yoxsa dəli olmuşdu? Qorxumu gizlətmək istəmədim. Arvadı çağırmaq üçün bəhanə edərək:


Ardı →

Öz yerini tapanlar

Sultan Mahmuda dedilər ki:
— Əfəndimiz, bir nəfər özünü peyğəmbər elan edib.
Sultan dedi:
— Onu mənim yanıma gətirin.
Yalançı peyğəmbəri gətirdilər. Ayaqyalın, başıaçıq, aclıqdan ordu-orduna keçmiş, üst-başı tökülmüş bir nəfər idi.
Sultan Mahmud dedi:
— Aparın onu qırx gün yağ-balla, fındıq-kişmişlə paxlava-fəsəli ilə bəsləyin!
Qırx gün sonra Sultan Mahmud həmin adamı yanına çağırtdırıb, soruşdu:
— Hə, yenə də peyğəmbərsən?
— Bəli...
— Çox yaxşı, peyğəmbərlərə vəhy gəlir. Sənə də vəhy gəlirmi?
— Bəli, gəlir. Cəbrayıl vasitəsilə gəlir...
— Vəhydə nə deyilir?
— Cəbrayıl vasitəsi ilə allah mənə xəbər göndərir ki, «Sən öz yerini tapdın, oradan daha heç bir yerə tərpənmə!»...


Diksindim. Mənə elə gəldi ki, nadinc məhəllə uşaqlarının topu pəncərəmin şüşəsini qırdı və yazı stolumun yanına düşdü. Birdən diksindim.


Ardı →