Feysbukda səhifə admin olmaq...

Şəxsi bloqumda 1 ildən artıq feysbuk səhifə idarəçiliyindən çıxardığım bəzi nəticlərə əsasən bir yazı yazmaq qərara aldım.İstəyənlə buyurub oxuya bilər ;)

Bəziləri elə bilirlərki,feysbukda səhifə admini olmaq kimi asan bir şey yoxdur.

Düşünürlər ki,admin olduqda onun-bunun xahişiylə istədiyin paylaşımı edə bilərsən,səhifədə kimi gəldi ban edə bilərsən,ürəyin istədiyin şərhi silə bilər və özünə xoş gələn kimi davrana bilərsən.


Amma bilmirlər ki,
-səhifə admini olmaq hər üzv sayı artıdıqca bir o qədər yükün altına girməkdir;
-səhifə admini olmaq hansısa yazını paylaşmamışdan qabaq yüz ölçüb bir biçməkdir;
-səhifə admini olmaq paylaşım etməmişdən qabaq  "görəsən bu yazıya neçə like və şərh gələr" düşüncəsiylə alışıb yanmaqdır;
-səhifə admini olmaq hər reklam eliyib üzvləri bezdirməmişdən qabaq özü-özünü qınamaqdır;
-səhifə admini olmaq səhifənin üzvlərinin sayını artırmaqçun müxtəlif yollar aramaqdı;
-səhifə admini olmaq hər yerindən duranın açdığı səhifənin şərhlərdə olan reklamını böyük səbr ilə bir-bir silməkdir;
-səhifə admini olmaq günün yarısından çoxunu idarə etdiyin səhifədə keçirmək və səhifənə uyğun hansı paylaşımlar etmək haqqında düşünməkdir;
Və nəhayət səhifə admini olmaq səhifəyə üzv olan bütün üzvləri razı salmaqdır..!
ALLAH  da sizdən razı olsun İNŞALLAH.


Müəllif:Azər


P.S.Onsuzda bilirəm ki,feysbukda çoxsu səhifə adminlərinin və ümumiyyətlə maraqlı paylaşım edən insanların birinci mənbəsi kayzen.az saytdır.Və elə həmin insanlar da elə  bu yazını da "görəsən copy-paste edib paylaşmağa yarıyar?" düşüncəsilə bu cümləyə qədər oxuyub çıxdı :) Əgər yarıyarsa halal xoşun,copy-paste et.Amma heç olmasa axırda mənbə kayzen.az və müəllif adını yazmağı unutma.Yaxşımı?Sağolun :)
 

15 şərh

Nailə Qasarayeva
Səhifə admini olmaq günün yarısından çoxunu idarə etdiyin səhifədə keçirməkdir. Güclü insansız, günün yarısından çoxunu kompüter arxasında keçirirsiz. Mən 2-3 saatımı keçirirəm və çox yorğun özümü hiss edirəm. Bu qədər vaxtı otursam beynim heç işləməz.   Sizə uğurlar!
ORIGINAL
Düzdü.Əvvəl çox güclü insan idim,sonra həmin gücümdən istifadə edib indi çox zəifləmişəm :(
Ferbara
Mən də avqustdan səhifə adminiyəm. İlk ayda çox xoşuma gəldi, hər şey yaxşı gedirdi. Üzvlərin bizə xoş iltifatları adamı daha da ruhlandırırdı. Bununla bərabər istəkləri artırdı. Onlarla hər zaman ünsiyyətdə olmağa çalışırdım. Qısası, səhifə aktiv idi. Səhifənin aktivliyi artdıqca mən sönməyə başlayırdım. Günümün çoxunu kompyuter arxasında keçirmək məni üzürdü. Səhifədən də əl çəkmək olmurdu. İndi isə həmin aktivlik yoxdu.
Hətta həkim müayinəsində oldum. Sən demə yavaş-yavaş sönürmüşəm. Gücümü bərpa etmək üçün 1 aylıq müalicə kursu da keçdim.
Admin olmaq cana, əsəbə çox ziyandır. :)
MaksiMuS
Belke de kobud seslenecek,ama Facebook sosial webeke adlandirilsa da coxsunu real-sosial heyatdan uzaqlawdirib virtual dunyaya hebs edir.Insan real,sosial varliqdir.Ve insan onun tebietine yad olan virtual alemde qonaq ola biler,olmalidi.Neceki qonaq evimize 3-4 saatliq gelir:)) Fbni teyinati uzre istifade etmirler deye gozegorunmez fesadlarindan bixeberdirler.Bu meselenin terefi.
Diger terefden admin olmaq hecde fexrle vurgulanasi 1 iw,vezife deyil.Mende admin olmuwam.Cox menasiz iwdi.Ne qazanmiwam?Hecne.Ne itirmiwem?Deyerli vaxtimi.Onsuzda melumatlanmaq ,oyrenmek isteyen istifadeci kimi de öyrenir.Orginal qaqawimiz incimesin ama vaxt gelecek Menasiz 1 iwle mewgul oldugunun ferqine varacaq.Yawi azdi,belke de musteqil heyata qedem atmayib,o uzden o adminlikden qat qat iw ve öhdeciliklerden bixeberdir.Nece deyerler en g6zel hekim ZAMANDIR.ne qeder izah etsek kifayda.O ki qaldi topikde vugulanan nuanslara?raziyam.en azindan mende o hiss ve heyecani kecirmiwem.
Responsible
Sizinlə razıyam, facebook-un «bəla»sına ən çox yeni qeydiyyatdan keçmiş istifadəçilər düşür( bir vaxt mən də düşdüyüm kimi). Amma bu yaxınlarda təxminən 3 ay olar ki facebook-un mənə heç nə qazandırmadığını gördüm və uzun müddətlik parolumu dəyişib profilimi bağladım. Nəticəsi mənimçün əvvəlkindən daha yaxşı oldu:)
ORIGINAL
Diger terefden admin olmaq hecde fexrle vurgulanasi 1 iw,vezife deyil.
Cox menasiz iwdi.Ne qazanmiwam?Hecne.Ne itirmiwem?Deyerli vaxtimi.Onsuzda melumatlanmaq ,oyrenmek isteyen istifadeci kimi de öyrenir.

Maksimus,səmimi şərhinə görə təşəkkürlər...
Bu yazını bura əlavə etməklə fəxr olunası bir iş olduğunu vurğulamaqçun əlavə etməmişəm,sadəcə sərf etdiyim əməyi az da olsa təsvir etdim...
Nə itirmişəm? dəyərli vaxtımı,razıyam.Bəlkə də daha yaxşı yöndə sərf edə bilərəm zamanı.
Nə qazanmışam? Mən özüm şəxsən bəzən ödənişli olan reklamlardan az-çox qazanıram :)Həmdəki nə xoş halıma ki,özüm admin kimi daha maariflənməklə yanaşı,minlərlə üzvün az da olsa hansısa yöndə maariflənməsinə,düşünmə qabiliyyətinin daha yüksək olmasına nail oluram...
Onu da qeyd edim ki,özüm əvvəllər avara tipajına yaxın bir tipdə olmuşam.Birisinin sayəsində bu qədər düşündürücü və nəticə çıxarılası yazılarla maraqlanmağa başladım.Bununla da həyata baxış tərzimi dəyişdim.Nəysə bu başqa mövzudur...

Niyaz
Maraqlı həyat hekayəniz var ))
bahar

ORIGINAL -ilk öncə demək istəyirəmki,siz çox dəyərli adminsiniz.Admini olduğunuz səhifə mənim ən çox sevdiyim səhifədir.Və çox düzgün qeyd etmisiniz «minlərlə üzvün az da olsa hansısa yöndə maariflənməsinə,düşünmə qabiliyyətinin daha yüksək olmasına nail oluram».


Məncə çəkdiyiniz əziyyətə dəyər.Çox sağolun

Ferbara
Doğrudur. Amma itirdiyim vaxtım və sağlamlığım olsa da, özümdə yeni bir şey kəşf etdim. Səhifə Nizami Gəncəviyə həsr olunub. Mənim admin olana qədər şerlə aram yox idi. Hətta zəhləm gedirdi. Səhifəni idarə edəndən sonra şeri xoşlamağa başladım. Hətta kiçik də qoşurdum. :)
SHATENKA407
ac qulagim dinc qulagim...kimdi sehifeye  user yigsn,ondan sonra gel otur axtar ki gorum ne paylashsam yaxsidi.
MaksiMuS
Sen hecdee shatenka:)) senden olsa yerive nefes alib veren de taparsan:))
Niyaz
Admin olanda bəli doğrudur daim zövqlü və maarifləndirici statuslar axtarışında olursan kitablar,jurnallar,internetin özü bu isə istər-istəməz insanın beynini çalışıdırır.İnsanın İQ səviyyəsi sözün həqiqi mənasında müəyyən bir təbəqədə qərarlaşır.
məryam
Men geç Facebook-da deyilem. Yeqin olmağımada çox var.
Unknown
mövzuyla nə qədər əlaqəli olar bu fikrim bilmirəm,indi yazıramda)))) üzrlü sayın))  
nə az nə çox düz 4 gün əvvəl fb-ni dondurmaq qərarı aldım,səbəb kimi dostlarıma virtual dostlar,ümumiyyətlə bu cür həyatın daha maraqsız gəldiyini,uzun bir müddət uzaq gəzəcəyimi bildirdim.
indi dəyişən nədir? daimi olduğum forumu,  fb-ni əvəz edən kayzen.dir hələki.
buna öz aləmimdə ad da qoymuşam ki bəs bu özünü tərbiyədir,güclü ol.
nə bilim Vallah hələki pis getmirik))