QHT (Qeyri Hökümət Təşkilatı).

Əlbətdə QHT-deyəndə Hökümətdən asılı olmayan təşkilatlar başa düşülür.

Bəs müxtəlif ölkələrdə QHT-ları necə adlanır? Məqsədləri nədir?

Fransada bu ekonomie sociale, Böyük Britaniyada public charities, Yaponiyada koeki hocin, Birləşmiş Ştatlarda non-for profit organizations, non governmental organizations və ya voluntary organization kimi adlanır. Avropada əsasən 3-cü sektor kimi qəbul olunur.

Bu adların heç biri tam mənada QHT-lərin mahiyyətini açıqlamır,amma ümumilikdə məqsədlərinin nə olduğunu anladır.

QHT-lər qeyri kommersiya məqsədli təşkilatlardır. Üçüncü sektor deyimi göstərir ki, təşkilat nə hökumət, nə də biznes sferasına aiddir. Bu həm onu göstərir ki, Qeyri-hökumət təşkilatları cəmiyyətdə fərqli və müstəqil rola malikdirlər.

QHT-lər əsasən qrantlar vasitəsi ilə maliyyələşir.

QHT-lər İctimai BirliklərFondlara bölünür.

İctimai Birlik- ictimai əhəmiyyəti olan konkret mənfəətsiz məqsədləri həyata keçirmək məqsədi ilə fərdi şəxslər tərəfindən yaradılan qurumlardır.Gənclər Təşkilatları,Hərəkatlar bu qəbildən olan təşkilatlardır.

Fondlar-Əsasən yardım və hansısa layihələri maliyyələşdirmək məqsədi ilə yaradılır.

QHT-lər siyasətlə məşğul ola bilməzlər.

QHT-haqda qanuna bu ünvandan baxa bilərsiz. http://www.cssn.gov.az/az/index.php?option=com_content&task=view&id=157&Itemid=125

Oxşar məqalələr

7 şərh

papatürk
Agali əslən qədim spartalıdır. Lakonik danışır. qısa və konkret hər şeyi yazıb.+1
Leyla
Azərbaycanda fəaliyyət göstərən ən əsas QHT-lər hansıdır?
Azərbaycanda ən çox pul alan QHT-lər hansıdır?
Azərbaycanda ən faydalı,real işlə məşğul olan QHT-lər hansıdır?
Agali
Bu suallara cavab üçün mövzular açacam.Əsasən Dövlət tərəfindən dəstəklənən QHT-lər çox pul alır. Ən yaxşı fəaliyyəti isə könüllülərdən ibarət QHT-lər görür.
Kaka
QHT-ləri rayon idarələrində müxalifət kimi başa düşürlər. dostum qhtsini reklam eləmək üçün rayonlara düşmüşdü. Ala bilirsən necə qolamışdılar idarələrdən onu. xe xe xe
Türkəl
Şəxsi iş təcrübəmdən deyə bilərəm ki, QHT-lər pis qazanmır, hətta bu sahədə də bir növ inhisar var.
Amma iş təcrübəm o qədər də geniş deyil, odur ki mənim fikrim bütün sahələrə aid edilə bilməz, və subyektiv xarakter daşıyır.
kastanka
Mənim bir dostum deyir ki, Azərbaycandakı QHT-lərin hamısının fəaliyyəti dövlət tərəfindən məhdudlaşdırılır..(Bütün sektorlarda olduğu kimi)Yəni onlar hamısı dövlət üçün işləyir və dolayısıyla qrant üçün.Onlar müəyyən layihələr verir dövlətsə onları maliyyələşdiri ki,ondan asılı olsunlar daima.
bankir
Sizin bir dostunuz düz deyir,amma tam yox. Dövlət fəaliyyəti məhdudlaşdırmır,amma deyir bəzi məsələlərə qarışma.Dövlətin özünə ilişməyib sakit öz işi ilə məşğul olan QHT-lər üçün heç bir problem yoxdur.Siz sabah bir QHT açıb yetim uşaqlara ingilis dili öyrətsəniz,dövlət sizə mane olmayacaq.Amma Azad jurnalistlərin hüququnu qoruma cəmiyyəti açsanız,probleminiz olacağına əmin ola bilərsiniz:-)
Bir məsələ də var.QHT-lərin çoxu qrant üçün işləyir,amma onların hamısı dövlət tərəfindən maliyyələşmir.Əksinə,ən faydalı və sanballı layihələr xarici donorlar tərəfindən maliyyələşir.