Qrant nə deməkdir?

-Qrant- humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. Qrant yalnız konkret məqsəd (məqsədlər) üçün verilir.
Qrant maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilir. Qrant təmənnasız verilir, onun əvəzi hər hansı bir şəkildə geri istənilə bilməz.

Birbaşa mənfəət əldə etmək üçün istifadə edilən maddi yardım qrant sayılmır. Qrant predmeti olan layihə başa çatdırıldıqdan sonra qrant alanın sərəncamında hər hansı maliyyə vəsaiti və (və ya) başqa maddi vəsait qalarsa, qrant haqqında müqaviləyə (qərara) əsasən başqa hal nəzərdə tutulmamışdırsa, bu vəsait, qrant alanın mülahizəsinə görə qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsinə sərf edilməlidir.

Qrant verilməsi və ya alınması  Azərbaycan Respublikasının Qrant haqqında qanunu əsasında həyata keçirilir.

Qrantlar Beynəlxalq Donor Təşkilatları və ya yerli Donor Təşkilatları tərəfindən layihələr, keçirdikləri müsabiqə şərtlərinə uyğun olduğu halda verilir.



Beynəlxalq Donor Təşkilatlarından bəziləri.

  1. AMERİKA İNKİŞAF FONDU (AİF)
  2. AMERİKALI DOSTLAR XİDMƏT KOMİTƏSİ (ADXK)
  3. ASİYA FONDU
  4. BİRLİK FONDU
  5. AVROPA ŞURASI
  6. AVROPA İNSAN HÜQUQLARI FONDU (AİHF)
  7. FİNNİDA
  8. QADINLAR ÜÇÜN QLOBAL FOND
  9. AVRASİYADA İCTİMAİ HƏRƏKƏT VƏ BƏRPA ÜÇÜN TƏŞƏBBÜS (İHBT)

0 şərh