Allah`ı haqqı ilə təqdir etmək

  • Quran

Mömin Allah`a Quranda təsvir edilən xüsusiyyətləri ilə inanar. Allah`ın yer üzündə, göylərdə və öz nəfsində yaratdığı dəlilləri, ayələri, iman həqiqətlərini araşdıraraq və Allah`ın sənətini, gücünü görərək Rəbbimizi tanıyar, Onun qədrini haqqı ilə təqdir edər.

Quran ayələrində Allah`ın sifətlərinin bir qismi bu şəkildə xəbər verilir:

Allah, Ondan başqa ilah yoxdur, (əbədi) yaşayandır, (bütün yaratdıqlarının) qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur.(Bəqərə surəsi, 255)

 Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allah`dır. Vəhy onların arasında ona görə nazil olur ki, Allah`ın hər şeyə qadir olduğunu və Allah`ın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz.(Talaq surəsi, 12) 

Ancaq insanların çoxu Allah`ın bu sifətlərini bilmir, Rəbbimizi lazımi qədər tanımırlar. Cahiliyyə insanlarının Allah inancı öz başlarında çıxardıqları bəzi xurafatlara əsaslanır. Bu səbəbdən də Allah`ın sonsuz gücünü və əzəmətini qavraya bilmirlər. Quranda bu insanlar «Onlar Allah`ı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah qüvvətlidir, qüdrətlidir!» (Həcc surəsi, 74) ayəsi ilə təsvir edilir. 

Allah`ı layiqincə qiymətləndirmək imanın ən vacib şərtlərindəndir. Mömin yaşadığı cahiliyyə cəmiyyətindəki yanlış Allah inancından ayrılar və cahiliyyə cəmiyyətinin bütün azğın inanclarını inkar edər.

Mömin Allah`a Quranda təsvir edilən xüsusiyyətləri ilə inanar. Allah`ın yer üzündə, göylərdə və öz nəfsində yaratdığı dəlilləri, ayələri, iman həqiqətlərini araşdıraraq və Allah`ın sənətini, gücünü görərək Rəbbimizi tanıyar, Onun qədrini haqqı ilə təqdir edər.

Ancaq Allah`a iman etdiyini söyləyən bir adam ürəyini Allah`ın zikrindən və ağlını Onu düşünməkdən uzaq tutarsa, belə vəziyyətdə cahiliyyənin azğın Allah inancına doğru meyil etməyə başlayar. Əgər özünü düzəldib Allah inancını Qurana görə müəyyən etməzsə, cahiliyyə inancına keçmək təhlükəsi ilə üz-üzə qala bilər. Allah belə vəziyyətə və ya döyüş əsnasında zəiflik göstərən müsəlmanlardan bəhs edən ayələrə diqqət çəkir. Ayələrdə bildirildiyinə görə, bu insanlar: “Bu işdə bizim üçün bir xeyir varmı?” – deyə Allah barəsində haqsız olaraq, cahil düşüncələrə qapıldılar". (Ali-İmran surəsi, 154)

Mömin belə bir vəziyyətə düşməmək üçün cahiliyyədəki səhv inancların qoyduğu ləkələri tamamilə ürəyindən silməli və Quranda təsvir edildiyi kimi, Allah`ı haqqı ilə təqdir edərək əsl imanı qəlbinə yerləşdirməlidir.

 

2 şərh

Ramil

“… Kim Allah’dan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allah’a təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir”. (Talaq surəsi, 2-3)

Mövzuya görə təşəkkür edirəm.

serqiyye
Men Allahimi coox seviremmm her kes sevsin sevmelidir eks halada.....