Рейтинг
+50.59

Quran

64 üzv, 29 topik

QUR'AN-la söhbət...

  • Quran
Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır. («Bəqərə» 2)
Sən kitabsan?
Quran: «Bu, insanlar üçün bir açıqlama, doğru yolu göstərən rəhbər və öyüd-nəsihətdir.»
(Ali-İmran" 138)
Kim tərəfindən nazil olunub?
Quran: "(Ya Rəsulum!) Həqiqətən, Quran sənə hikmət sahibi olan, (hər şeyi) bilən Allah tərəfindən təlqin (vəhy təlim) olunur."
(«Nəml»6)
Nə üçün nazil oldun?
Quran: «Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir.»
(«Yunis» 57)
Ardı →

Quranda kimya möcüzəsi

  • Quran
Qurani Kərimdə olan element adlı «Hədid (Dəmir)» surəsində, Radon, Kalium, Zirkonyum və Titanyum kimi digər elementlərə də atom nömrələriylə və ağırlıqlarıyla birlikdə işarə edilməkdədir. Halbuki o illərdə elementlər və atom nömrələri hələ kəşf edilməmişdi. Elə buna görə Quran çox böyük bir möcüzə daha göstərməkdədir......


Rn (Radon)

Elementi (Hədid: Dəmir) adlı surədə «R» və «N» hərfləri ilk dəfə burada yan-yana gəlir. Ayənin başlanğıcından bura qədər 86 hərf keçməkdədir. Eyni şəkildə «Radon» elementinin atom nömrəsi də 86dır.


Ardı →

Qurandan cinlər haqqında ayələr

  • Quran
Cinlər zahiri gözlə görünməyən varlıqlardır.Cinlər gözlə görülməyəcək qədər sürətli varlıqlardır.İnsanlar kimi Allaha qulluq və ibadət üçün yaradılmışlardır.Uca Rəbbimiz:«Mən cinləri və insanları ancaq mənə qulluq etsinlər deyə yaratdım»(Zəriyət 56) hökmü ilə cinlərin həm varlıqlarını həm də vəzifələrini bizə bildirmişdir.«Cinlər insanlardan öncə yaranmışlar.Allah Taala onları zəhərli atəşdən yaratmışdır».(Hicri 27,Rəhman 15)


Ardı →

Dağların hərəkət etməsi

  • Quran
Bir ayədə dağların göründükləri kimi sabit olmadıqları, davamlı hərəkət halında olıduqlarıları belə bildirilməkdədir:

Dağları görərsən, donmuş sanırsan; halbuki onlar buludların süründürülməsi kimi süründürülərlər… (Nəml Surəsi, 88)


Ardı →

Quran möcüzələri

  • Quran
Qandakı Oksidləşmə
Qurani Kərimin Mutəffifin surəsi 13-cü ayəsində "Ürəklərin üzəri Pas bağladı..." şəklində bir cümlə vardır. Diqqət yetirsəniz palçıqlandı və ya tozlandı kimi sözləri deyil də «Pas bağladı» ifadəsi istifadə edilməkdədir. Paslanma «Dəmirin Oksidlənməsi» deməkdir. Maraqlıdır ki Quranda bəhs edildiyi kimi bədənimizdəki qanda (səbəbin qan dövranının mərkəzi olan ürəkdir) dəmir davamlı oksidlənməkdədir.

Yəni Quranda bəhs edildiyi kimi ürəyimizdə və damarlarımızda hər gün hər saat paslanmağa bənzər bir reaksiya reallaşmaqdadır və dəmir oksidlənməkdədir. ciyərlərimizə çəkdiyimiz oksigen qandakı hemoglobinde olan dəmir sayəsində bədəndə daşınmaqdadır. Yəni aldığımız oksigen qandakı dəmir ilə reaksiyaya girməkdədir və bir mənada paslanmaqdadır. Lakin biz bu reaksiyası gözlə görə bilmirik. Qısacası bu ayədə elmi və möcüzəvi bir bənzətmə edildiyini düşünülür
Davamı →

19 sonun əvvəlidir...

  • Quran
Qurani Kərimdə “Onun üzərində 19 vardır..” (Müddəsir 30) ayəsi var… Quranın 19 rəqəmi ilə bağlı möcüzələrini sizə təqdim edirəm:

Bismilləhirrahmənirrahim 19 hərfdən ibarətdir: Bə, Sə, Mim, Əlif, Ləm, Ləm, Hə, Əlif, Ləm, Ra, Ha, Mim, Nun, Əlif, Ləm, Ra, Ha, Yə, Mim..

Quran 114 surədən ibarətdir: 114 = 19 x 6


Ardı →

Quran dənizlər haqqında

  • Quran
Quranın «Nur» surəsinin 40-cı ayəsində deyilir:«Onların əməlləri əngin dənizin zülmətinə bənzər.Onu bir dalğa,o dalğanın üstündən bir dalğa,bu(ikinci)dalğanın üstündən də bir dalğa-zülmət üstündən zülmət örtər.O,əlini çıxartdıqda,demək olar ki,onu görməz». İnsan 40 m-dən artıq məsafədə dənizin dibinə enməyə qadir deyildir.Quranda yazılanı alimlər bizim dövrümüzdə kəşf etmişlər.Buna suyun dərinliyində xüsusi sualtı cihazların vasitəsi ilə nail olmuşlar. Müasir elm sübut edir ki,dəniz və okeanların dərinliklərində zülmət və qaranlığın hökm sürməsi haqqında Qurandakı fikir doğrudur.1000 m dərinlikdə işıq tamamilə yoxdur.Həqiqətən də insanın bu dərinlikdə öz əlini görməsi belə mümkün deyildir.
Davamı →

Mənəvi xəzinəmiz

  • Quran
Kainat kitabının tərcüməçisi Qurandır. Qurandakı həqiqətləri də təbiət kitabı açıqlayar. Fizika, tibb, astronomiya kimi elmlər, İslam şəriətini anladır. Çiçəklərin dili başqa, heyvanların dili başqa, dənizlərin, ulduzların dili başqadır… Hamısının tərcüməçisi isə Qurani Kərimdir. Kainatda maddi xəzinələr kimi mənəvi xəzinələr də var. İbrahim əleyhissalamı yandırmayan atəş ilə əlaqədar şərhlərdə «Allah sizin üçün bir maddə yaratmışdır; o maddəni atəş yandırmır. Bu maddəni tapın, çıxarın və bədəninizə sürtün» deyə maddi bir xəzinənin yolu göstərilərkən, ibadətlər kimi mənəvi xəzinələri də Quran bildirir. Harama əl uzatmayan insan pulunun bərəkətini görər. İşləyən qazanar, zəngin olar. Zəkat verən özünü fəlakətlərdən qoruyar.
Ardı →

Quran möcüzələri

  • Quran
Quranda insanları ölümdən sonra diriltmənin Allah üçün çox asan olduğu bildirilir və bu zaman insanların xüsusilə barmaq uclarına diqqət çəkilir:«Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik!»(Qiyamət Surəsi, ayə: 4)
Ardı →

Quranda rəqəm möcüzələri

  • Quran

Dünya kəliməsi 115 dəfə,
Axirət kəliməsi 115 dəfə zikr edilir.


Məleykə kəliməsi 88,
Şeytan kəliməsi 88 dəfə yer alır.

Həyat sözü 145,
Ölüm sözü də 145 dəfə.


Fayda kəliməsi 50 dəfə,
Zərər kəliməsi də 50 dəfə.


İnsanlar sözü 368 dəfə,
Peyğəmbərlər sözü də 368 dəfə.


İblis kəliməsi 11 dəfə,
İblisdən Allaha sığınmaq kəliməsi də 11 dəfə.


Ardı →