Рейтинг
+10.80

ŞƏHİDLƏR

5 üzv, 5 topik

Qubadlının igid qəhrəmanı - Əliyar Əliyev

Qubadlı rayonu 1933-cü ildə yaradılıb, bir şəhər və 93 kənddən ibarət olub, sahəsi 802 kvadrat kilometrdir. Qubadlı 1993-cü ilin 31 avqust tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Qubadlı uğrunda gedən döyüşlərdə Azərbaycanın igid oğulları şəhid olub.
Mayor Əliyar Əliyev — Azərbaycanın Milli Qəhrəmanı və


Davamı →

Şəhidlik ölümə gülməkdir

Bəzi məfhumlar və dəyərlər vardır ki, insan oğlu onun həqiqətini dərk edə bilmir. Bəlkə bu dəyərlər barəsində əsər, hekayə, roman, şeir və qəzəllər yazıla bilər, ancaq mahiyyəti tam dərk edilə bilməz. Belə dəyərlərin başında “şəhidlik” məfhumu gəlir. Mahiyyəti etibarilə fərqli şəkildə təzahür etsə də, Allah dərgahındakı dəyərləri və mükafatları eynidir. Çünki İslam ədəbiyyatında bütün növ şəhidliklər eyni qəbul edilmişdir.
Sözün əsl mənasında həqiqi şəhidə “dünya və axirət şəhidi” də deyilir. Bu qrupa düşmən və ya quldurlarla döyüşdə, malını, namusunu, canını, vətənini müdafiə edərkən zülm və haqsızlıqla öldürülənlər aiddir. Savaşda yaralanan və bu səbəblə ölənlər də bu qrupa daxil edilmişdir. Hz. Peyğəmbər bir hədisində şəhidlərin beş cür olduğunu buyurur. Rəvayətdə bildirilir ki: “Vəba kimi yoluxucu xəstəliklərdən ölənlər, daxili xəstəliklərə tutulanlar, suda boğulanlar, (zəlzələ və s. səbəblərdən) uçqun altında qalanlar və Allah yolunda canından keçənlər” şəhid sayılır. (Buxari; Müslim)
Davamı →

20 Yanvar Şəhidləri

Hər bir toplumun özünü xalq, millət kimi sübut etməsi üçün ərazisi, iqtisadiyyatı, dili, dini, adət-ənənəsi ilə bərabər, bu müqəddəs dəyərləri qoruyacaq və uğrunda canlarını fəda edə biləcək igid övladlarının olması başlıca şərtlərdəndir.
Bəşər övladı yarandığı gündən daim azadlığa, istiqlaliyyətə, hürriyyətə can atmış, bu yolda canından belə keçmişdir. Lakin dünyada elə millətlər olmuşdur ki, onlar istiqlaliyyət yollarını çox çətinliklə qət etmişlər. Belə millətlərdən biri də tarix boyu müstəqillik üçün mücadilə edən və bu yolda heç vaxt geri çəkilməyən Azərbaycan xalqıdır.
Davamı →

Mübariz İbrahimovun Son məktubu

«Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin»

  P.S Gizir Şəhid Mübariz İbrahimov 7 fevral 1988-ci ildə Bilasuvar r-nun Əliabad Kəndində anadan Olub,18 iyun 2010-ci ildə Şəhid olub.
Davamı →

Şəhid ucalığı

      Şəhidlik ən öncə anamıza ana olan vətəni, ata-babalarımızdan bizə miras qalan torpağı qorumaq, onun başı üstünü qara buludlar alanda ölümünü göz önünə alıb döyüşə atılmaq deməkdir.

 
Ardı →