Orta Asiyadakı Türk Piramidaları

Çinin Xian şəhərinin 100 km cənub-qərbində yerləşən və "Ağ Piramida" olaraq bilinən 300 metr yüksəkliyindəki dünyanın ən böyük piramidasının ilk fotoşəkili, İkinci Dünya Müharibəsində 1945də çəkilmişdir. Fotoşəkili çəkilən və Ağ Piramida olaraq adlandırılan bu türk piramidası, daha sonra 1994-cü ildə Hartwig Hausdorf adında bir alman araşdırmacının, Şensi əyalətindəki qadağan bölgəni ziyarət etməsiylə təkrar gündəmə gəlmişdir. Bu piramidanın ilk fotoşəkili də 1957-ci ildə Amerikan Life jurnalında nəşr olunmuşdur..



Aşağıdakı fotoşəkildə də görüldüyü kimi, Çin səlahiyyətliləri, bu sivilizasiya sənədlərini dünyanın gözündən gizləyə bilmək üçün, üzərlərinə davamlı yaşıl qalan ağaclar əkmişdir. Beləcə illər sonra bu piramidalar, üzəri meşə ilə bağlı təpəciklərə çevriləcəklər. Beləcə, Çinlilərə aid olmadığı qəti olan bu sivilizasiya şah əsərləri bəlkə bir yüz il daha insanlığın məlumatından uzaq tutulacaq. Əgər belə olmasaydı, yəni, bu piramidalar Çinlilərə aid olsaydı, Çin turist çəkə bilmək üçün, öz sivilizasiyasının köhnəliyini dünyaya izah edə bilmək üçün hər piramidanın hər daşını tək-tək parladardı.


Xian şəhəri yaxınlarında olan 100 qədər piramidanın da kimlər tərəfindən və hansı tarixlərdə tikilmiş olduğu haqqında bir qənaətə gəlinib. Bu piramidalar güman edilir ki Böyük Uyğur Türk İmperatorluğu zamanında eə. 5000 elə 15.000 tarixləri arasında  tikilmişdir. Çünki o dövrlər Böyük Uyğur Türk imperatorluğunun mədəniyyətinin zirvəsində olduğu dövrlərdir..

ps. Google Earth programında bu piramidaların hamısını görə bilərsiniz
 

4 şərh

2ral

google Earth koordinatları(GPS) və skrinşotları v studiyu!


Papatürk gəlib deyəcək ki,qədim uyğur türkləri ilə qədim misirlilər arasında əlaqə var,nə bilim Misir fironları Altay dağlarından çıxıb və s.

papatürk
100 sözə bir görüntü dəyər. aşağıdkı videoda hər şey ətraflı verilib. İngilis dilində minimal bilgi lazımdır sadəcə


papatürk

Google peyklərindən çəkilmiş şəkillər:


Google image 1


Google image 2

Səbinə
Dediyiniz şəhərə baxdım.Amma həmin şəhər Çinin mərkəzində yerləşir. Məqalənin adı dəyişilsə yaxşıdır.Çünki Xian şəhəri Orta Asiyada yerləşmir.
bu piramidaların digərlərindən fərqi odur ki,daş əvəzinə adi torpaqdan tikilib.Yəni adi gil-torpaq qarışığından hündür təpə düzəldiblər. Ona görə də eroziya nəticəsində torpaq sovrulur.