Рейтинг
+1.88

Satirik hekayələr

5 üzv, 4 topik

Üzeyir bəy Hacıbəyov - Başa düşmədi

Keçәnlәrdә idarәmizә Yevropadan bir nәfәr adam uçub gәlmişdi. Söhbәt arasında dedi ki, bizim Yevropada böyük bir hәyәcan vә qorxu vardır.

D e d i m: — Sәbәbi nәdir?

D e d i: — Sәbәbi odur ki, Yevropaya çox hәyәcanlı xәbәrlәr gәlir ki, müsәlmanlar böyük bir sürәtlә tәrәqqi edirlәr....

D e d i m: — Tәәccübdür, bizim tәrәqqimiz sizi qorxudurmu?

D e d i:

— Bilirsiniz, insaniyyәt nöqteyi-nәzәrincә çox şad elәyir. Biz sevinirik ki, bizim növümüz yavaş-yavaş zillәtdәn qurtarır. Amma o biri tәrәfdәn, bilirsiniz, bu әyyam bir әsri — mübarizeyi-hәyatiyyә әsridir. Yәni, dirilik üçün dava elәmәk әsridir. Onun üçün biz istәmәzdik ki, dirilik üçün dava edәnlәr bizim kimi elm qüvvәti ilә güclü olsunlar. Mәsәlәn, bu gün elm vә mәdәniyyәt qüvvәti ilә yaraqlanmış olan İspaniya Fas әrәblәri ilә dirilik üçün dava elәyir. Onun üçün İspaniyanın firәnglәrә çox bәrk acığı tutubdur. Deyir ki, axı sәn nә üçün bu vәhşilәrә mәdәniyyәt ucunu göstәrib, tüfәng atmaq öyrәtdin ki, onlar da bizә tüfәng atırlar. Bütün alәm dә bunu boynuna alır ki, әgәr Fas әrәblәri Yevropa mәdәniyyәtini öyrәnsәlәr, İspaniyanı beş-on gün içindә darmadağın edib, әvvәlcә dә mәdәniyyәt gücü ilә İspaniyanı öz mülkü etdiyi kimi, bu sәfәr dә elәcә edәr (çünki o zaman ki, Yevropa mәdәniyyәtdәn mәhrum idi, әrәblәr әn şәşәlli bir mәdәniyyәtә malik idilәr, yəni bütün elm vә fәnlәr aralarında getdikcә tәrәqqi edirdi. O halda İspaniyanı әrәblәr alıb, islam dövlәtinin bir vilayәti etmişdilәr… Amma sonradan… әşi, allah mollalara insaf versin)
Davamı →

Biz ilə yevropalıların təfavütü | Üzeyir bəy Hacıbəyli

Yevropalılar ağappaq və tərtəmiz bir libas kimidirlər.
Biz də kirdən rəngi məlum omlayan mündəris bir paltar kimiyik.
Odur ki, haman ağ və tərtəmiz paltarın üstə bir balaca ləkə düşəndə, o saat məlum eləyir, amma kirli paltarın üstünə min o qədər ləkə düşsün, məlum eləməz.
O səbəbdəndir ki, məsələn, Firəngistanda birisi ildə, ayda bazarda bir güllə atanda qəzetlər bir həftə o barədə danışırlar, camaat böyük həyəcana düşür… halbuki bizim yerdə gündə beş-altı adam öldürülür, heç kəsin qulağına girmir…

Ağappaq qar kimi təmiz bir pencəyin üstünə bir damcı mürəkkəb düşərsə, yarım verstdən məlum eylər, amma bizim bədənimizdəki çirkin paltarın üstünə bir girvənkə mazut tök, bir addımdan məlum eləməz.

Davamı →

Üzeyir bəy Hacıbəyli - Tərəqqi və tədənni

Mister Edvard öz-özünә fikir edib dedi: «Görәsәn, bir elә şey qayırmaq olarmı ki, adam üstünә minib yeridә bilsin? Belә ki, daha ata vә eşşәyә ehtiyac olmasın».

Mister Edvard yaxşı mexanik idi. Öz işini dә yaxşı bilirdi. O idi ki, yadına düşmüş bu fikrә başındakı bilik vә tәcrübәlәri kömәk edib, haman istәdiyi şeyi әmәlә gәtirә bildi vә özünә dә belә bir ad qoydu: Velosiped.

Müsyö Bürje bu velosipedi görüb, çox xoşuna gәldi. Özü dә çünki mexanik idi, bunun nә sayaq qayrılmağının sirrini bildi. Ancaq müsyö Burje öz başına qapaz vurmadı vә demәdi ki, «nә üçün bu fikir әvvәldәn mәnim başıma gәlmәdi?» O belә dedi: «A… indi ki, mәn bu sirri bildim, onda mәn bunun daha yaxşısını qayıraram» Gördü ki, bu velosiped üçtәkәrli olduğuna görә, әvvәlәn, ağırdır ki, tez sürmәk olmaz vә saniyәn, mayehtacı da çoxdur. Odur ki, müsyö Bürje dә bir velosiped qayırdı ki, ikiçarxlı, yüngül, mayehtacı az vә minib sürәndә dә tezgedәn oldu.
Davamı →

Üzeyir Hacıbəyov - Evlənmək məsələsi

Bu әyyamda bizdә hәr bir şey aziatski vә yevropeyski olduğuna görә, arvadlarımız da hәmçinin aziatski vә yevropeyskidir.
Aziatski, yәni, oxumamış arvad almaq çox asan şeydir vә nәticәsi dә qorxulu deyildir.
O iş, at almaq kimi bir şeydir. Mәsәlәn, sәn istәyirsәn bir at alasan, pulun da var. Gәlirsәn dәllal yanına, o sәnin üçün bir at alır. Sәn dә o atı gәtirib töylәdә bağlayırsan.

Bәs oxumamış arvad almaq da buna bәnzәr bir şeydir. Mәsәlәn, sәn arvad almaq istәyirsәn. Anana, ya bacına deyirsәn ki, “Get, mәnim üçün bir qız al”. Anan, ya bacın çarşabını başına salıb gedir, oranı axtarır, buranı axtarır, axırda öz xoşuna gәlәn bir qız seçir. Sәn dә o qızı alırsan.
Davamı →