Bir İnsan axtarıram

Həm aşikar gəzirəm,
Həm pünhan axtarıram.
Təmiz ürək, təmiz qəlb,
Pak vicdan axtarıram.

Nə bəy, nə xan, nə nökər,
Nə sultan axtarıram.
Vallah, billah nə şöhrət,
Nə ad-san axtarıram.

Məni anlaya bilən,
Bir insan axtarıram.
Yerdən əlim üzülüb,
Asiman axtarıram.
Qəlbimi qana bilən,
Bir insan axtarıram!

Bəhmən Vətənoğlu
 

0 şərh