KİNO: Kapitan Fillips

Captain Phillips (2013)
Film real hadisələr əsasında lentə alınıb.
Rejissyor: Paul Greengrass
Ssenari: Kapitan Riçard Fillips, Billy Ray
Baş rollarda: Tom HanksBarkhad Abdi

"İndi iş tapmaq əvvəlki qədər asan deyil. İşəgötürənlər olduqca tələbkar olub, gələcəkdə iş tapmaq övladımız üçün çox çətin olacaq, o gərək indidən bu barədə düşünsün".

Dənizçi Riçard Filips ticarət gəmisinin kapitanıdır. Onun işi qiymətli konteynerlərlə yüklənmiş gəmini bir limandan digər limana idarə etməkdir. Nadir hallarda onun iş öhdəliklərinə əlavə maddələr əlavə olunur, lakin gəmini silahlı dəniz quldurlarından özbaşına müdafiə etmək onların arasında deyil.

Poster

Böyük hissəsi gəmi göyərtəsində və açıq səma altında cərəyan edən film izləyicini 2 saatdan çox müddət ərzində daim həyəcanda saxlayır və darıxmağa qoymur. Burada aktyorlarında misilsiz əməyi vardır. Baş qəhrəman rolunu ifa edən Tom Hanks işinin öhdəsindən yaxşı gəlir və bu Terminal (2004) filmindən bəri onun bəyəndiyim ilk ifasıdır. Əksər hollivud filmlərinə zidd olaraq gəmi heyəti qeyri-atletik, əsasən orta yaşlı insanlardan təşkil olunmuşdur ki, bu da filmi bir qədər də həqiqi göstərir. Filmin ən böyük originallığı isə Somali quldurlarını ifa edən… onlara aktyor deməyə adamın dili gəlmir, yox-yox, onlar da filmdə gözəl təsir bağışlayır, sadəcə olaraq bu onların kinoda ilk işidir. Belə ki, filmdə Somali piratlarını ABŞda yaşayan Somalili qaçqınlar oynayıb. Filmin əsl qəhrəmanları məncə elə onlardır.

pirates

Bu kinoya yalnız Amerikalı gəmi heyətinin rakursundan baxmaq lazım deyil, çünki film qismən Somali piratları haqqındadır. Hind Okeanı sahililərində yaşıyan Somalili balıqçılar iri quldur dəstələri tərəfindən okeana çıxıb iri ticarət və turist gəmilərini qarət etməyə təhrik olunurlar. Kəndlərini basqınçılardan qorumaq və daha yaxşı güzəran əldə etmək üçün bu onların yeganə yoludur. Üçüncü Dünyaya xoş gəlmişsiniz! Bu sadəcə olaraq sağ qalmaq uğrunda mübarizədir. Bu mübarizədə daha güclü və daha amansız tərəf qalib gəlir. Yazının başında işlədilmiş sitat da elə filmin əvvəlində uşaqlarını müzakirə edən Kapitan Filipsə məxsusdur.

Onu da qeyd etməyə dəyər ki filmdə baş rolları ifa etmiş hər iki aktyor, Tom Hanks və Barkhad Abdi öz əməklərinə görə Oskar mükafatına namizəd olublar. Xoş seyrlər!

loading...
 

1 şərh

pascal
Əla filmdi. Ümumiyyətlə, Tom Hanksin filmlərini çox bəyənirəm. Bu da bəyəndiyim filmlər sırasındadı. Triller janrında, real həyatla bağlaşlaşan, bir an belə gözümü ayırmaq istəmədiyim möhtəşəm film. Filmin fianlına qədər daim yüksələn gərginlik insanı özünə cəlb edir. Bu gərginlik içində keçən 2 doloq diqqətli tamaşaçının gözündən qaçmır:

— Keçən il bir yunan gəmisi qaçırdıq. 6 milyon dollar!
— 6 milyon dollarmı? Yaxşı, bəs burda nə edirsən?

İkinci diaolq:

— Balıqçı olub, insanları qaçırmaqdan başqa da dolanışıq yolu olmalı.
— Bəlkə Amerikada vardır. Bəlkə Amerikada...
 
Fikrimcə, insanı düşündürməyə vadar edən bu dioloqlar triller janrında olan bu filmin içərisində dünyaya, insanlara çatdıracaq çox mesajlara diqqət çəkməsinə nail olub.