KİNO: Memento

Memento - latın sözüdür, "yadda saxla" deməkdir.

Görəsən niyə onun ardınca qaçıram?... Lənətə gələsən....., deyəsən o mənim ardımca qaçır.....

Leonard hər gün yuxudan durur və güzgüyə yaxınlaşır. Özünün kim olduğunu yadına saldıqdan sonra, harada olduğu barədə fikirləşir. Son dəfə nə etdiyini öyrənmək üçün bədənindəki tatuları diqqətlə tədqiq edir, yaxınlığa qoymalı olduğu "Polaroid" şəkilləri axtarır. Lenny..., yox, yalnız sevimli həyat yoldaşı onu belə çağırırdı...., Leonard amneziya xəstəliyinin xüsusi növündən əziyyət çəkir.



Reliz:              2000
Rejissor:         Christopher Nolan
Ssenari:          Christopher Nolan
Baş Rollarda:   Guy Pierce, Carrie-Anne Moss, Joe Pantaliano

- Salam, mənim bu problemim var. Mən özüm haqda hər şeyi bilirəm, amma evimə girən və arvadımı qətlə yetirən basqınçılar tərəfindən zərbə aldıqdan sonra yadımda heç nə qalmır, yeni xatirələr yarada bilmirəm.......niyə gülürsən?.... bunu artıq sənə demişəm? biz artıq görüşmüşük? sən kimsən?


Nadir xəstəlikdən əziyyət çəkən Leonardın yadında yalnız zərbə alan ana kimi olan hadisələr qalıb, bundan sonra baş verənlərdən isə yalnız həyat yoldaşının soyuq cəsədi gözünün qarşısına gəlir. O, söhbətin ortasında söhbəti nədən başladıqdan və kimlə etdiyindən unudur. Ağır vəziyyəti onun qarşısına manelər çıxartsa da, o arvadının qisasını almaq üçün axıra kimi getməyə hazırdı. Tələsməyin. Bu baxmağa öyrəşdiyiniz tematik filmlərdən deyil.



JOHN G. RAPED AND MURDERED MY WIFE

Film öz üslubunda yeganədir. Bunun üçün Nolan qardaşlarına təşəkkür etməliyik. Günümüzün ən adlı-sanlı rejissorlarından olan Christopher Nolan (Yuxusuzluq - Insomnia, Prestij - Prestige, Başlanğıc - Inception) kiçik qardaşı Jonathan'ın yazdığı kiçik novellanı bəyənir və ondan xahiş edir ki, əsəri dolğun hala gətirsin. Bundan sonra isə o yazını kinossenariyə çevirir.

Mən özüm haqda hər şeyi bilirəm: Mənim adım Leonard Shelby'dir. Mən San-Fransiskodanam. Mənim arvadımı öldürüblər.....

Filmin unikallığı ondadır ki, biz Leonardın həyatını ardıcıl halda izləmirik. Gördüyümüz hər növbəti kadr Leonardın əvvəlki gününü əks etdirir və belə nümayiş izləyicini yaddaşsız qəhrəmanın halına salır. Bura haradır? Bu adam kimdir? Biz həyata Leonardın gözləriylə baxırıq və baş verənləri onun kimi təhlil edirik. Biz sabaha doğru yox, dünənə tərəf gedirik. Çünki onun hər günü növbəti gündən daha gözəldir. Leonard hər gün eyni adamı görür, lakin bu görüş onda hər dəfə müxtəlif təəssüratlar yaradır. İlk təəssürat yanlış olar... yaddaşı olmadığından bu, hər dəfə onun üçün "ilk" olur.

Remember Sammy Jenkins


Filmdə baş rolu avstraliyalı Guy Pierce (Los-Ancelesin Sirləri - L.A. Confidential, Qraf Monte-Kristo - The Count of Monte Cristo, Zaman Maşını - Time Machnie) ifa edir. Deyərdim ki, bu aktyorun ən uğurlu rolu və filmidir. Əlbəttə Mementoda Brad Pitt oynasaydı, film ikiqat çox populyar olardı. Lakin burda çox da populyar olmayan məharətli aktyorun olması, filmi daha da həqiqətəbənzər edir.


- Yadında qalan son şey nədir?
- Arvadım........ın ölümü......




Filmdə baş qadın rolunu daha çox Matrix trilogiyasından tanıdığımız Carrie Anne Moss ifa edir. Filmin böyük hissəsində onun yaratdığı personaj qəhrəmanın etibar etdiyi yeganə adam olur.


Mənim səndən də yaxşı yoldaşlarım olub..... Amma səninlə daha maraqlıdır çünki, hər gün sənə danışdığım eyni zarafata gülürsən





Bacarıqlı aktyor triosunu təkrarolunmaz Joe Pantoliano bağlayır. Əgər siz ardıcıl olaraq onun iştirakı ilə 5 filmə baxsanız orda eyni aktyorun oynadığını başa düşməzsiz. Təsadüfü deyil ki, onun adını birinci dəfədir  eşidirsiz.






Çalışın yaddaşınıza çox etibar etməyin.........




* Mətnin yazılmasında copy-paste prinsipindən istifadə olunmamışdır.

* Müəllifin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.







3 şərh

papatürk
Bu məqamlara görə bloq yazmaq,sosial şəbəkələrdə aktiv olmaq yaxşıdır. Əgər yaddaşın pozulsa da keçmiş tarixlərə baxmaqla hər şeyi xatırlamaq mümkündür.
bankir
Kinonun şəkildiyi 2000-ci ildə Facebook,tvitter yox idi. Yoxsa Leonard çətinlik çəkmədən yaddaşını bərpa edə bilərdi:-)
Türkəl
Facebook'dakı login və parolunu da bədəninə döydürməli olardı…