Milyonlarla insan eyni şifrəni istifadə edir.

Kanada Ontario Üniversitetində aparılan araşdırma nəticəsində şifrələrin sirri açıldı. 32 milyon insanı əhatə edən bu tətqiqatın nəticələri aşağıdakı kimi olmuşdur. Gizlilik üçün yaradılan şifrələr üzərində araşdırma aparan qurumlardan biri olan Kanada Ontario Üniversiteti tətqiqatçıları 32 milyon şifrəni incələyərək istifadəçilərin seçimlərini sıraladılar. Texnologiya dünyasında piratlıq və şəxsiyyət oğurluğuna qarşı mübarizə üçün vizual hesab şifrələrimizi tez-tez dəyişdirməyimiz istənilir. Bir çoxlarımız üçün daha bir yeni kəliməni yadda saxlamaq çətinləşir. Bir istifadəçinin xatırlamalı olduğu şifrə sayı ortalama 24 ədəddir. İstifadəçilərin yüzdə 43-ü birdən çox hesaba giriş etdiyi üçün eyni şifrəni istifadə edir. İstifadəçilərin yüzdə 34-ü isə xatırlanması asan olan şifrələrə üstünlük verirlər. Yüzdə 66-lıq bir bölüm kompüter tərəfindən təklif edilən qarışıq alqoritimləri seçir. Əslində bu seçdiyimiz şifrələr aşkarlanması asan olan bir quruluşa malikdir.

Piratların sevdiyi şifrələrin yüzdə 17-si ad günləri, yüzdə 10-luq bir bölümü isə soy adlarından ibarətdir. İstifadəçilərin yüzdə 9-u ev heyvanlarının adlarını şifrə olaraq istifadə etməyi seçir.

Bəs şifərlərimizi xatırlamadığımız zaman nə baş verir? Araşdırma nəticələrinə görə hər birimizin özümüzə xas xatırlama metodları vardır. İstifadəçilərin yüzdə 71-i şifrəsini ürəkdən əzbərləyərkən, yüzdə 12-si kompüter və ya telefonda qeyd edir, yüzdə 10-luq bir bölüm istifadəçi isə dəftərə və ya kitaba qeyd edir. Yüzdə 7-lik səviyyədə olan çox dəqiq və titiz istifadəçilər isə xüsusi proqramlardan istifadə edərək şifrələrini mühafizə edirlər. Dünyada ən çox istifadə edilən şifrələr isə bunlardır: ‘123456’, ‘Master’ və’Jesus’. 

Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. 

1 şərh

azadmamedov90
Burada çox gözəl danışır Cem. mənə də belə gəlir ki, indiki zəmanədə sosial olaraq virtual aləmdən istifadə etməkdənsə, maraqlı bir topik oxumaq daha yaxşıdır burada.