Yapon işi - 3D Bio-Çapetmə cihazları

Aljazeera'də yer alan xəbərə görə, Tokio Xəstəxanası Üniversitetinin professoru Tsuyoshi Takato liderliyindəki elmi tətqiqat qrupu biomaterial istifadə edən yeni nəsil bio 3D çapetmə cihazlarının vasitəsilə süni insan orqanı yaratmağı planladıqlarını açıqlandı. Takato'nun qrupu kök hüceyrələrlə proto hüceyrələrini bir arada istifadə edərək hər hansı bir orqanı hazırlamağı planlaşdırır. Yaradılacaq orqan zülallar tərəfindən inkişaf etdiriləcək və insan orqanlarından demək olar ki fərqlənməyəcək. Hələlik test mərhələsində olan elmi təcrübə işlərinin gələcək illərdə həyata keçirilməsi planlaşdırılır.

3D, yəni 3 ölçülü çapetmə ilk olaraq texniki cihazların parçalarının istehsalı üçün hazırlanmışdır. İlk nümunələri böyük, ağır və bahalı olan bu çapetmə cihazları inkişaf edən texnologiya ilə birlikdə kiçildi və qiymətləri daha da ucuzlaşdı. Elm adamları bu cihazları insan orqanlarının istehsalı üçün istifadə etməyi hədəfləyir.

Bio 3D capetmə cihazı vasitəsilə hazırlanacaq parçalar insanlarda olan təbii orqanları təqlid edə biləcək xüsusiyyətə sahib olacaq. Çıxarılan süni orqanlar bədənlə birlikdə böyüyəcəyi üçün, xüsusilə uşaqlarda daha çox rast gəlinən anadangəlmə sümük və bənzəri nöqsanların müalicəsində istifadə edilə biləcək.

Hazırladı: MushviG.H

 

0 şərh